Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Ermənistan üçün Yaponiya taleyi mümkün olacaqmı?

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Ermənistan üçün hazırda fürsət anıdır: hərbsizləşdirilmiş Yaponiya bütün gücünü elmə, təhsilə sərf etdi, indi birincilər sırasındadır.
BAKI, 18 yanvar — Sputnik. Koqnitiv dissonans vəziyyətini psixoloqlar belə izah edirlər ki, bu halda insanın düzgün hesab etdiyi baxışla onun hərəkəti, yaxud istəyi arasında uyğunsuzluq mövcud olur. Məsələn, Ermənistan əhalisinin əksəriyyəti başa düşür ki, onların acından günorta durma səbəbləri arasında ilk yerdə güclü qonşuları – Türkiyə və Azərbaycanla "qanlı bıçaq" olması dayanır.
Baş nazir Paşinyan da artıq anlayır ki, Zəngəzur dəhlizi Ermənistan üçün hansı iqtisadi mənfəət gətirəcək, ancaq bunu ya zəlzələdən (oxu: daxili təzyiqin qorxusundan), ya da vəlvələdən (oxu: stereotiplərdən asılılıqdan) etiraf etməkdə çətinlik çəkir.
Görünür, erməni cəmiyyəti üçün köhnə asılılıqlardan, pis vərdişlərdən qurtulmaq üçün bir az vaxt lazımdır, indi orada Azərbaycana, Türkiyəyə yaxınlaşmaq istəyi hücumlarla qarşılanır, həmin adamlar vətən xaini elan edilirlər və s.
Halbuki, regionda qalıcı sülh üçün tarixi şans yaranıb. Elə Ermənistanın özü üçün də fürsət anıdır, qalib Azərbaycan, regiondakı proseslərin həlledici amilinə çevrilmiş Türkiyə və Rusiya İrəvana bataqlıqdan çıxmaq üçün "xilas jileti" atıb. Bataqlıqdan qurtulmaq üçün erməni cəmiyyətinə ilk növbədə koqnitiv dissonansdan xilas lazımdır.

Yaponiya necə bacardı?

Henri Kissincer "Dünya nizamı" kitabında Yaponiyanın məğlubiyyət, müstəmləkəçilik dövründən sonra necə müasirləşdiyini şərh edir. Ermənistandan kiminsə vassalına çevrilmək tələb olunmur (halbuki, elə indiyə kimi Ermənistan yalnız formal müstəqil olub), sadəcə, axına qarşı üzmək yox, ona qoşulmaq lazımdır.
Qayıdaq gündoğar ölkəyə.
1868-ci ildə Tokuqava rejimi süqut etdikdən sonra ölkədə hakimiyyət ABŞ-ın təsiri altında formalaşdı. Tarix sonralar bir də təkrar olundu - ABŞ Xirosima və Naqasakiyə atom bombası atdı, tarixin ən böyük cinayətlərindən biri yaponlar üçün bəlkə də dönüş tarixinə çevrildi.
Ötən əsrin ortalarında Yaponiya ordusu ümumiyyətlə ləğv edildi. Beləliklə, hərbsizləşdirilmiş ölkə bütün gücünü elmə, təhsilə, humanitar istiqamətlərə sərf etdi. Digər bir tərəfdən öz milli dəyərlər sisteminin - əzmkarlıq, işgüzarlıq kimi xarakterik xüsusiyyətlərin - üzərinə Qərbin texnologiyalarını yerləşdirərək robotlar, texnologiyalar ölkəsi kimi dünya liderləri sırasına çıxdı, Yaponiyanın iqtisadi sıçrayışı isə dövrümüzdə sadəcə, möcüzə kimi qəbul edilir.

Yaponiya tarixdə ilişib qalmadı, müharibələri bəhanə gətirib yerində saymadı...

İkinci Dünya Müharibəsinə qədər texnologiyaları qəbul etməyən ölkə ilk növbədə "beyin dəyişikliyi" edərək, elmə, texnikaya qucaq açdı, yerli istehsalı, onun ən müasir texnologiyaya dirsəklənməsini təşviq etdi.
1960-cı illərə qədər bütün dünyada yapon malları ucuz, lakin keyfiyyətsiz hesab olunurdu – indi "kitayski" deyəndə əsasən nə qavrayırıqsa, o vaxt "yaponski" eyni şey idi. Rasionallıqla zəhmət hesabına yaponlar ilk növbədə məişət əşyalarının keyfiyyətli istehsalını təmin etdilər, bununla dünyada onlar haqda olan fikrin rebrendinqinə nail oldular, indi baxış belədir: "Yaponiya malıdırsa, keyfiyyətlidir".
...Uzunmüddəti müharibələrdən çıxmış Cənubi Qafqaz üçün də yeni dövr başlanır. Azərbaycan Dördüncü Sənaye İnqilabına qoşulmaqla, yeni texnologiyalara yiyələnməklə, iqtisadi inkişaf templərilə onsuz da sürətli inkişaf relsləri üzərindədir. Hazırda bütün bölgənin prosesə qoşulması indiyə qədər tormozlayıcı amilə çevrilmiş İrəvandan asılıdır. Seçim sadədir: ya müharibə və koqnitiv dissonans səhifəsini qapadıb gələcəyə getmək, yaxud da kotan dövrünə qayıtmaq.
Xəbər lenti
0