Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Super Liqasında növbəti turun proqramı açıqlanıb

© AFP 2023 / ODD ANDERSENVoleybol oyunu
Voleybol oyunu - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq görüşlər pandemiya səbəbindən azarkeşsiz keçiriləcək.
BAKI, 17 yanvar — Sputnik. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib.
Sputnik Azərbaycan Federasiyanın Mətbuat Xidmətinə istinadla xəbər verir ki, məlumata görə, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.
Yanvarın 18-də ilk olaraq III turun "Azərreyl" və "Murov" komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – "Abşeron" duelinə start veriləcək.
Yanvarın 21-də isə I turun "Azərreyl" – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, görüşlər pandemiya səbəbindən azarkeşsiz oynanılacaq.
Xəbər lenti
0