https://sputnik.az/20220116/rusiyada-yasayan-azerbaycanli-futbolcusu-yaslandiqca-koklerini-axtarirsan---vdeo-438211984.html
Rusiyada yaşayan azərbaycanlı futbolçu: Yaşlandıqca köklərini axtarırsan - VİDEO
Rusiyada yaşayan azərbaycanlı futbolçu: Yaşlandıqca köklərini axtarırsan - VİDEO
Sputnik Azərbaycan
Aleksandr Səmədov deyib ki, Bakı çox xoşuna gəlir, gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görür. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T15:36+0400
2022-01-16T15:36+0400
2022-01-16T16:13+0400
idman
futbol
uefa
rusiya
moskva
https://cdnn1.img.sputnik.az/img/41611/37/416113769_0:153:3101:1897_1920x0_80_0_0_7019a96dccb18535806d31841314e7a1.jpg.webp
BAKI, 16 yanvar - Sputnik. Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov deyib ki, Azərbaycana böyük hörmətlə yanaşır. "Çünki köküm oradandır, atam bu ölkədə anadan olub", - deyə Səmədov "Qardaşyana cavab ver" Youtube kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. 15 və ya 20 yaşımda gedib Azərbaycan milli komandasında oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında UEFA Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq".Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib: 2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb:"Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinə bələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 12 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".Qeyd edək ki, əslən azərbaycanlı olan peşəkar futbolçu Aleksandr Səmədov 1984-cü ildə Moskvada anadan olub. Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar tənqidlər və narazılıqlarla qarşılanıb. 2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Aleksandr Səmədov 30 iyul 2019-cu ildə futbolçu karyerasını başa vurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41611/37/416113769_184:0:2915:2048_1920x0_80_0_0_fb71e87281857d060d7ed5304f1582de.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbolçu azərbaycanın təklifini geri çevirməsinin səbəbini açıqladı
futbolçu azərbaycanın təklifini geri çevirməsinin səbəbini açıqladı
Rusiyada yaşayan azərbaycanlı futbolçu: Yaşlandıqca köklərini axtarırsan - VİDEO
15:36 16.01.2022 (Yenilənib: 16:13 16.01.2022) Aleksandr Səmədov deyib ki, Bakı çox xoşuna gəlir, gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görür.
BAKI, 16 yanvar - Sputnik. Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov deyib ki, Azərbaycana böyük hörmətlə yanaşır.
"Çünki köküm oradandır, atam bu ölkədə anadan olub", - deyə Səmədov "Qardaşyana cavab ver" Youtube kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. 15 və ya 20 yaşımda gedib Azərbaycan milli komandasında oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".
Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında UEFA Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq".
Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib:
"Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən. Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir. Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm".
2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb:
"Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinə bələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 12 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".
Qeyd edək ki, əslən azərbaycanlı olan peşəkar futbolçu Aleksandr Səmədov 1984-cü ildə Moskvada anadan olub. Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar tənqidlər və narazılıqlarla qarşılanıb.
2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Aleksandr Səmədov 30 iyul 2019-cu ildə futbolçu karyerasını başa vurub.