Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"da ilin transferi gerçəkləşib

© Photo : Facebook / Qarabağ FK"Qarabağ" klubunun futbolçuları, arxiv şəkli
Qarabağ klubunun futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
"Qarabağ" daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.
BAKI, 16 yanvar — Sputnik. "Qarabağ" klubu bu günlərdə növbəti transferini açıqlayıb.
Sputnik Azərbaycan Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Leandro Andrade ilə müqavilə imzalayıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın "Çerno More" klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade komandada 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.
Ötən il "Qarabağ" Ukraynanın "Minay" klubun Rüstəm Əhmədzadəni transfer etmişdi. Ondan əvvəl isə "Qarabağ" klubu La Liqa təmsilçisi "Leqanes"in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlamışdı.
Xəbər lenti
0