https://sputnik.az/20211113/xursidbanu-natevan-usagi-olsun-deye-bura-nezir-dedi-feteli-xan-burani-son-menzil-secdi-435156549.html
Xurşidbanu Natəvan uşağı olsun deyə bura nəzir dedi, Fətəli xan buranı son mənzil seçdi
Xurşidbanu Natəvan uşağı olsun deyə bura nəzir dedi, Fətəli xan buranı son mənzil seçdi
Sputnik Azərbaycan
Özündə tarixin sirlərini daşıyan Bibiheybət məscidini bu gün ABŞ, İsrail, Rusiya, Almaniya kimi ölkələrdən ziyarət etməyə gəlirlər. 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T19:00+0400
2021-11-13T19:00+0400
2021-11-13T19:00+0400
bakı
cəmiyyət
məscid
şeyxülislam hacı allahşükür paşazadə
bibiheybət mədəni
bibiheybət qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/40284/63/402846319_0:52:1000:615_1920x0_80_0_0_0da2bb4954f331b4b9994379547b65c8.jpg
BAKI, 13 noyabr — Sputnik. Bakının cənub girişində, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanın dünyada tanınan müqəddəs ziyarətgahlardan biridir. İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbrinin yerləşdiyi bu ziyarətgah inanclı insanların pənah yerinə çevrilib. Yol kənarında yerləşdiyindən Bibiheybət məscisinin yanından keçən insanların çoxu bu müqəddəs məkanı ziyarət etməmiş keçmir. Bibiheybət ziyarətgah kompleksinin imamı, Qafqaz müsəlmanları İdarəsinin Qazilər şurasının üzvü Hacı Rahib Babayev Sputnik Azərbaycan-a dünyanın müxtəlif ölkələrindən insanların axışdığı bu ziyarətgah barədə məlumat verib.R. Babayev bildirib ki, ziyarətgahın Bibiheybət adlandırılması türbədə dəfn olunan İmam Museyi-Kazımın övladlarından olan Xanım Həkimənin adı ilə bağlıdır. Həkimə xanım dövrünün xeyirxah insanlarından olub. O, öz məsləhətləri ilə insanları düz yola çəkdiyindən, ətrafdakılara daim kömək etdiyindən, Həkiməyə insanlar “bibi” deyə müraciət edirdilər. Sonralar bu məscid "Bibiheybət" adı ilə ziyarətgah kimi tanınıb.Səkkizinci imam ər-Rza indiki Məşhəd şəhərində şəhid olduqdan sonra Musa əl-Kazımın qızı Həzrəti Həkimə təzyiqlərdən qurtulmaq üçün 3 qardaşı uşağı ilə İranın Ənzəli şəhərindən Bakıya gəlir. Mənbələrdə göstərilir ki, təqiblərdən qurtulmaq məqsədilə Bakıya pənah gətirən Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. YYeddinci İmam Musa əl-Kazımın 17-18 qızı olub. O, zəmanəsinin imamı olsa da, çox kasıb yaşadığına görə qızlarına elçi gəlmirdi. Gələn elçilər isə xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər. İmamın evində cəmi bircə köhnə yamaqlı çarşab olduğuna görə azan vaxtı namaz qılmaq üçün onun qızları növbə gözləmək məcburiyyətində qalırdılar. Bu kimi səbəblərdən Həzrəti Həkimə xanım ailə qura bilmir, ömrünü qardaşı balalarına həsr edir. Həkimə xanımın bacılarından biri - Mənsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran kəndində, digər bacı - həzrəti Leyla xanım isə Bakının Bilgəh kəndində dəfn olunub.Həkimə xanımı və üç qardaşı uşağını Bakı şəhərinə gətirən gəmiçinin adı Baba Sücəddin olub. Baba Sücəddin Bakını Həkimə xanım üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı imkanlı bir dostuna tapşırır. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin adam imiş. O, bütün ömrü boyu evində himayə etdiyi İmam övladlarına xidmət edib. Öz arzusuna uyğun olaraq Həkimə xanımın ayaq tərəfində dəfn edilib.Məscid XII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. 1281-1282-ci illərdə tikilən məscidin divarındakı tarixi kitabələrdə onun memarının Mahmud ibn Sədi olduğu qeyd edilib. Bibiheybət ziyarətgahı sovetlərin ilk illərində repressiyaya məruz qalaraq yerlə-yeksan edilir. 1934-cü ildə tamamilə dağıdılır. Türbələr yerin altında olduğundan onlara toxunulmur.1990-cı ildə hökumət orqanlarına xahişlə müraciət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çətinliklə də olsa, məscid tikintisi üçün torpaq sahəsi ayrılmasına nail olur. Nəhayət, 1991-ci ildə darmadağın edilmiş məscidin bünövrəsi aşkar edilir. 1995-ci ildə isə Zəfər alaqapısı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazımın (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edilir. Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev məscidin yenidən tikilməsi barədə sərəncam imzalayır. "Kompleks tikilməzdən öncə bu gördüyünüz yerdə evlər vardı. Mərhum Heydər Əliyev həmin evlərin sakinlərinə kompensasiya verərək onları buradan köçürdü. Məscidin bərpası üçün dövlət büdcəsindən 3 milyard manat ayrıldı. 1997-ci il iyulun 23-də, Həzrət Peyğəmbərin (s) mübarək Mövluduna təsadüf edən gündə Bibiheybət məscidinin tikintisinə başlanılıb. Cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılıb. Beləliklə, bu möhtəşəm ziyarətgah kompleks Prezident İlham Əliyevin və Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə açılaraq dindarların ixtiyarına verilir", - deyə Hacı Rahib Babayev bildirib. Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Məscidin günbəzi də mükəmməl şəkildədir. Burada smaltadan, rəngbərəng şüşə materiallarından istifadə edilərək Qurani-Кərimdən “ən-Nisa”, “əl-Kövsər” və “əl-İxlas” surələri yazılıb. Məsciddə 2 minarə ucaldılıb və minarələrdən biri Ulu Öndər Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır. Bibiheybət məscidində eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür.“Pir” kimi tanınan ziyarətgahın adı ilə bağlı günümüzə qədər gəlib çatan bir çox rəvayətlər nəql edilir. Rəvayətlərdən birinə görə, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının şairə qızı Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olarsa, pirə yol çəkdirəcək. Bir müddət sonra xanımın nəziri qəbul edilir, o, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla pirə gəlir.Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun başdaşı Tarix Muzeyində saxlanılır.Arxiv sənədlərinə görə, 29 avqust 1935-ci ildə Mərkəzi İcra Komitəsinin qərarı ilə bu müqəddəs ziyarətgah bağlanır. Sentyabrın 25-də sökülməsi haqqında qərar verilir. 1937-ci ildə məscid partladılır. Bundan sonra burada Zəfər alaqapısı tikilir.Hazırda nəinki Azərbaycanda, dünyada məşhur olan bu ziyarətgahı ziyarət etmək üçün müxtəlif ölkələrdən insanlar gəlir. Hacı Rahib deyir ki, pandemiyadan əvvəl ərəb ölkələri ilə yanaşı qeyri-müsəlman ölkələrindən də Bibiheybət məscidini ziyarət etməyə gələnlər olub:R. Babayev deyir ki, Bibiheybət dünyada məşhur ziyarətgah olduğundan, bu kompleksin gələcəkdə dini turizm marşrutuna salınması yaxşı olar: "Bu gün Azərbaycanda olan bir neçə ziyarətgah var ki, onları ziyarət etməyə, görməyə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Buna Əshabi-Kəhf ziyarətini də misal çəkmək olar. Qeyd etdiyimi kimi dünya ölkələrində turistlərin Bibiheybət ziyarətgahına da marağı böyükdür. Əlbəttə pandemiyadan sonra Bibiheybət ziyarətgahını görmək istəyən insanlara fürsət yaratmaq üçün bu kompleksi də dini turizm marşrutuna salmaq olar".R. Babayev pandemiya dövründə məscidə üz tutanların məcburiyyətdən azaldığını söyləyir. Amma deyir ki, insanlar pandemiya dövründə Bibiheybət ziyarətgah kompleksinə girişə icazə verilmədiyi vaxtlarda belə, ziyarətgahın çölündə dualar edirmişlər: "Koronavirus elə bir xəstəlikdir ki, bu virusdan biz də öz yaxınlarımızı itirmişik. Ona görə də insanları qadağalara əməl etməyə səsləyirik. Bununla belə pandemiya insanların ibadətlərinə, inanclarına heç bir təsir göstərmədi. Onlar gəlib ziyarətgahın çölündə dua edirdilər. Bu,adamların Bibiheybət ziyarətgahına əsrlər boyu olan inancından irəli gəlir".İmam onu da deyib ki, hər cümə, hər namaz üstündə ibadətə gələnlər torpaqlarımızın azadlığı üçün dua edirdilərsə, bu gün torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunur, yaralı qazilərimizə Allahdan şəfa istənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40284/63/402846319_56:0:944:666_1920x0_80_0_0_7e225b5f71f824225ecddb19e7081150.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, məscid, şeyxülislam hacı allahşükür paşazadə, bibiheybət mədəni, bibiheybət qəsəbəsi
bakı, məscid, şeyxülislam hacı allahşükür paşazadə, bibiheybət mədəni, bibiheybət qəsəbəsi
Xurşidbanu Natəvan uşağı olsun deyə bura nəzir dedi, Fətəli xan buranı son mənzil seçdi
Özündə tarixin sirlərini daşıyan Bibiheybət məscidini bu gün ABŞ, İsrail, Rusiya, Almaniya kimi ölkələrdən ziyarət etməyə gəlirlər.
BAKI, 13 noyabr — Sputnik. Bakının cənub girişində, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanın dünyada tanınan müqəddəs ziyarətgahlardan biridir. İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbrinin yerləşdiyi bu ziyarətgah inanclı insanların pənah yerinə çevrilib. Yol kənarında yerləşdiyindən Bibiheybət məscisinin yanından keçən insanların çoxu bu müqəddəs məkanı ziyarət etməmiş keçmir.
Bibiheybət ziyarətgah kompleksinin imamı, Qafqaz müsəlmanları İdarəsinin Qazilər şurasının üzvü Hacı Rahib Babayev Sputnik Azərbaycan-a dünyanın müxtəlif ölkələrindən insanların axışdığı bu ziyarətgah barədə məlumat verib.
R. Babayev bildirib ki, ziyarətgahın Bibiheybət adlandırılması türbədə dəfn olunan İmam Museyi-Kazımın övladlarından olan Xanım Həkimənin adı ilə bağlıdır. Həkimə xanım dövrünün xeyirxah insanlarından olub. O, öz məsləhətləri ilə insanları düz yola çəkdiyindən, ətrafdakılara daim kömək etdiyindən, Həkiməyə insanlar “bibi” deyə müraciət edirdilər. Sonralar bu məscid "Bibiheybət" adı ilə ziyarətgah kimi tanınıb.
Səkkizinci imam ər-Rza indiki Məşhəd şəhərində şəhid olduqdan sonra Musa əl-Kazımın qızı Həzrəti Həkimə təzyiqlərdən qurtulmaq üçün 3 qardaşı uşağı ilə İranın Ənzəli şəhərindən Bakıya gəlir. Mənbələrdə göstərilir ki, təqiblərdən qurtulmaq məqsədilə Bakıya pənah gətirən Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. Y
Yeddinci İmam Musa əl-Kazımın 17-18 qızı olub. O, zəmanəsinin imamı olsa da, çox kasıb yaşadığına görə qızlarına elçi gəlmirdi. Gələn elçilər isə xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər. İmamın evində cəmi bircə köhnə yamaqlı çarşab olduğuna görə azan vaxtı namaz qılmaq üçün onun qızları növbə gözləmək məcburiyyətində qalırdılar. Bu kimi səbəblərdən Həzrəti Həkimə xanım ailə qura bilmir, ömrünü qardaşı balalarına həsr edir. Həkimə xanımın bacılarından biri - Mənsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran kəndində, digər bacı - həzrəti Leyla xanım isə Bakının Bilgəh kəndində dəfn olunub.
Həkimə xanımı və üç qardaşı uşağını Bakı şəhərinə gətirən gəmiçinin adı Baba Sücəddin olub. Baba Sücəddin Bakını Həkimə xanım üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı imkanlı bir dostuna tapşırır. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin adam imiş. O, bütün ömrü boyu evində himayə etdiyi İmam övladlarına xidmət edib. Öz arzusuna uyğun olaraq Həkimə xanımın ayaq tərəfində dəfn edilib.
Məscid XII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. 1281-1282-ci illərdə tikilən məscidin divarındakı tarixi kitabələrdə onun memarının Mahmud ibn Sədi olduğu qeyd edilib. Bibiheybət ziyarətgahı sovetlərin ilk illərində repressiyaya məruz qalaraq yerlə-yeksan edilir. 1934-cü ildə tamamilə dağıdılır. Türbələr yerin altında olduğundan onlara toxunulmur.
1990-cı ildə hökumət orqanlarına xahişlə müraciət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çətinliklə də olsa, məscid tikintisi üçün torpaq sahəsi ayrılmasına nail olur. Nəhayət, 1991-ci ildə darmadağın edilmiş məscidin bünövrəsi aşkar edilir. 1995-ci ildə isə Zəfər alaqapısı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazımın (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edilir.
Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev məscidin yenidən tikilməsi barədə sərəncam imzalayır.
"Kompleks tikilməzdən öncə bu gördüyünüz yerdə evlər vardı. Mərhum Heydər Əliyev həmin evlərin sakinlərinə kompensasiya verərək onları buradan köçürdü. Məscidin bərpası üçün dövlət büdcəsindən 3 milyard manat ayrıldı. 1997-ci il iyulun 23-də, Həzrət Peyğəmbərin (s) mübarək Mövluduna təsadüf edən gündə Bibiheybət məscidinin tikintisinə başlanılıb. Cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılıb. Beləliklə, bu möhtəşəm ziyarətgah kompleks Prezident İlham Əliyevin və Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə açılaraq dindarların ixtiyarına verilir", - deyə Hacı Rahib Babayev bildirib.
Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Məscidin günbəzi də mükəmməl şəkildədir. Burada smaltadan, rəngbərəng şüşə materiallarından istifadə edilərək Qurani-Кərimdən “ən-Nisa”, “əl-Kövsər” və “əl-İxlas” surələri yazılıb. Məsciddə 2 minarə ucaldılıb və minarələrdən biri Ulu Öndər Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır. Bibiheybət məscidində eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür.
“Pir” kimi tanınan ziyarətgahın adı ilə bağlı günümüzə qədər gəlib çatan bir çox rəvayətlər nəql edilir. Rəvayətlərdən birinə görə, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının şairə qızı Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olarsa, pirə yol çəkdirəcək. Bir müddət sonra xanımın nəziri qəbul edilir, o, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla pirə gəlir.
Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun başdaşı Tarix Muzeyində saxlanılır.
Arxiv sənədlərinə görə, 29 avqust 1935-ci ildə Mərkəzi İcra Komitəsinin qərarı ilə bu müqəddəs ziyarətgah bağlanır. Sentyabrın 25-də sökülməsi haqqında qərar verilir. 1937-ci ildə məscid partladılır. Bundan sonra burada Zəfər alaqapısı tikilir.
Hazırda nəinki Azərbaycanda, dünyada məşhur olan bu ziyarətgahı ziyarət etmək üçün müxtəlif ölkələrdən insanlar gəlir. Hacı Rahib deyir ki, pandemiyadan əvvəl ərəb ölkələri ilə yanaşı qeyri-müsəlman ölkələrindən də Bibiheybət məscidini ziyarət etməyə gələnlər olub:
"Amerika, İsrail, Rusiya, Almaniyadan belə bu ziyarətgaha gələnlər olub. Turist kimi bu müqəddəs məkana üz tutanlar Bibiheybət məscidinin tarixi ilə maraqlanırdılar".
R. Babayev deyir ki, Bibiheybət dünyada məşhur ziyarətgah olduğundan, bu kompleksin gələcəkdə dini turizm marşrutuna salınması yaxşı olar:
"Bu gün Azərbaycanda olan bir neçə ziyarətgah var ki, onları ziyarət etməyə, görməyə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Buna Əshabi-Kəhf ziyarətini də misal çəkmək olar. Qeyd etdiyimi kimi dünya ölkələrində turistlərin Bibiheybət ziyarətgahına da marağı böyükdür. Əlbəttə pandemiyadan sonra Bibiheybət ziyarətgahını görmək istəyən insanlara fürsət yaratmaq üçün bu kompleksi də dini turizm marşrutuna salmaq olar".
R. Babayev pandemiya dövründə məscidə üz tutanların məcburiyyətdən azaldığını söyləyir. Amma deyir ki, insanlar pandemiya dövründə Bibiheybət ziyarətgah kompleksinə girişə icazə verilmədiyi vaxtlarda belə, ziyarətgahın çölündə dualar edirmişlər:
"Koronavirus elə bir xəstəlikdir ki, bu virusdan biz də öz yaxınlarımızı itirmişik. Ona görə də insanları qadağalara əməl etməyə səsləyirik. Bununla belə pandemiya insanların ibadətlərinə, inanclarına heç bir təsir göstərmədi. Onlar gəlib ziyarətgahın çölündə dua edirdilər. Bu,adamların Bibiheybət ziyarətgahına əsrlər boyu olan inancından irəli gəlir".
İmam onu da deyib ki, hər cümə, hər namaz üstündə ibadətə gələnlər torpaqlarımızın azadlığı üçün dua edirdilərsə, bu gün torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunur, yaralı qazilərimizə Allahdan şəfa istənilir.