https://sputnik.az/20220115/qiyabi-qebul-elan-olundu-438191007.html
Akademiyaya qiyabi qəbul elan olundu
Akademiyaya qiyabi qəbul elan olundu
Sputnik Azərbaycan
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan "Fəlsəfə doktoru" elmi dərəcəsi olan hərbi qulluqçular qəbul edilirlər.
2022-01-15T11:29+0400
2022-01-15T11:29+0400
2022-01-15T11:31+0400
silahlı qüvvələr
hərbi
qəbul
akademiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042544_0:0:1400:789_1920x0_80_0_0_59bee697d317723e90e355ed4e0f9f3e.jpg
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib.Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub:Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul olunurlar. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprelədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.Həmçinin oxuyun:İldırımsürətli əməliyyatın iştirakçıları kursantlarla təcrübələrini bölüşdülərHərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayırBaş Qərargah rəisi kursantlarla görüşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042544_34:0:1350:987_1920x0_80_0_0_8bf62558b07bd1402cdcf34c6ce4b24e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qiyabi qəbul elan olundu
Akademiyaya qiyabi qəbul elan olundu
11:29 15.01.2022 (Yenilənib: 11:31 15.01.2022) Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib.
Müdafiə Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub:
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul olunurlar. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.
Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.
Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprelədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.