https://sputnik.az/20211022/herb-tarixinde-yenilikler---polkovnik-veten-muharibesinin-ildonumunde-aciqlayir-434489666.html
Hərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayır
Hərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayır
Sputnik Azərbaycan
Hərbçilərimizin ustalığı sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T20:35+0400
2021-10-22T20:35+0400
2021-10-22T20:35+0400
raket
hərbi
s-300
dsx
polkovnik
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1e/425069166_0:25:3075:1755_1920x0_80_0_0_5e1260e6d7441fdeb069dd56af5e213d.jpg
BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin bütün strukturlarına, o cümlədən Dövlət Sərhədi Xidmətinə (DSX) xüsusi tapşırıqlar vermişdi. Ali Baş Komandanın verdiyi bütün tapşırıqlar uğurla yerinə yetirilib".Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb. Xatırladaq ki, Böyük Britaniyanın "Middle East Eye" saytı da Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama yaymışdı. Mətbu orqanın məlumatına görə, Azərbaycan Qarabağ Müharibəsində təkmotorlu AN-2 təyyarəsindən "S-300" zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edib. Belə ki, AN-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırılıb. Təyyarələr S-300 kompleksini aktivləşdirərək AN-2 vurulduqdan sonra onu vuran sistemin koordinatlarını Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürüb. Bunun sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.Eləcə də oxuyun:* İlham Əliyev S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə baş çəkib* İsrail hekayəti: başımızın üzərindəki "Dəmir gümbəz"* DSX rəisi: "Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər"* "Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər" – Hərbi ekspert
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1e/425069166_287:0:3016:2047_1920x0_80_0_0_86eaff02b8e7a389d4693ccd44d23f54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
raket, s-300, dsx, polkovnik
raket, s-300, dsx, polkovnik
Hərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayır
Hərbçilərimizin ustalığı sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.
BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin bütün strukturlarına, o cümlədən Dövlət Sərhədi Xidmətinə (DSX) xüsusi tapşırıqlar vermişdi. Ali Baş Komandanın verdiyi bütün tapşırıqlar uğurla yerinə yetirilib".
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik
Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.
O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb.
"Müharibə zamanı AN-2 təyyarələrinin tətbiqi nəticəsində düşmənin zenit-raket sistemləri aşkar edilib. Bunun nəticəsində isə düşmənin müvafiq qurğuları, o cümlədən S-300 zenit-raket kompleksləri və digər texnikalarının ilk gündən aşkar edilərək məhv edilməsinə nail olmuşuq. Bu vasitələrin müharibənin ilk gündən məhv edilməsi bütün qoşunun irəli getməsinə şərait yaradıb. Hesab edirəm ki, DSX-nin hərbi qulluqçuları Vətən müharibəsi zamanı üzərilərinə düşən vəzifələri ləyaqətlə və şərəflə yerinə yetiriblər".
Xatırladaq ki, Böyük Britaniyanın "Middle East Eye" saytı da Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama yaymışdı. Mətbu orqanın məlumatına görə, Azərbaycan Qarabağ Müharibəsində təkmotorlu AN-2 təyyarəsindən "S-300" zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edib. Belə ki, AN-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırılıb. Təyyarələr S-300 kompleksini aktivləşdirərək AN-2 vurulduqdan sonra onu vuran sistemin koordinatlarını Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürüb. Bunun sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.