Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çayın keyfiyyəti artacaqmı? - Dövlət standartı təsdiqlənib

© Sputnik / Murad OrujovÇay, arxiv şəkli
Çay, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək.
BAKI, 15 yanvar — Sputnik. Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 "Çay və çay məhsulları. Terminlər və təriflər" adlı yeni dövlət standartı qəbul edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, standartın layihəsi "Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs (AzStand) tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək.
Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.
Çayın keyfiyyəti yüksələcək
Dövlət standartı Azərbaycan Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı"nın 8.1.2 bəndinin (Çayçılıq sahəsində standartların beynəlxalq tələblərə uyğunlaşdırılması) icasını təmin etmək, həmçinin çayçılıq sahəsində məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə beynəlxalq standartlara və müasir tələblərə uyğun olaraq hazırlanıb.
© pixabay / pixel2013Цитрусовый чай
Цитрусовый чай - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Цитрусовый чай
Dünyada çayın qiyməti bahalaşıb
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 11,8 min ton çay idxal edilib. İdxal edilən çayın dəyəri 51,6 milyon ABŞ dolları olub.
2020-ci ilin eyni dövründə dəyəri 46,2 milyon dollar olmaqla 11,4 min ton çay idxal edilib. Beləliklə, çayın idxalı dəyər ifadəsində bahalaşıb, həcm baxımından isə cüzi artıb.
Çayçılıq sahəsində Dövlət Proqramı var
Qeyd edək ki, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.
Çay məhsulları üzrə idxalın əvəzlənməsi nəzərdə tutulur
Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
Ölkədə 21 min hektara yaxın ərazi çayın becərilməsinə imkan verir.
Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
Həmçinin oxuyun:
Tarif Şurasının qərarı: 168 dərman üçün qiymət təsdiqləndi - SİYAHI
Azərbaycanda ət də bahalaşdı - Yeni qiymətlər -VİDEO
Dərman və dolların qiyməti müəyyən olundu - Azəriqaz isə sayğacları dəyişir - İCMAL
Xəbər lenti
0