https://sputnik.az/20220114/pasinyandan-zengezur-dehlizinin-acilmasi-istiqametinde-muhum-addim-438183113.html
Paşinyandan Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım
Paşinyandan Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım
Sputnik Azərbaycan
Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaradıb
2022-01-14T20:23+0400
2022-01-14T20:23+0400
2022-01-14T20:23+0400
dünya xəbərləri
ermənistan
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
mehri
https://cdnn1.img.sputnik.az/img/07e5/06/07/427143021_0:0:3072:1728_1920x0_80_0_0_374e389726faef2de3ca3467cad34487.jpg
BAKI, 14 yanvar - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.Yaradılan işçi qrupuna 10 nəfər daxil edilib. İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.Sputnik Ermənistan xəbər verir ki, o, hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.Xatırladaq ki, Ermənistanın baş naziri Brüssel görüşü zamanı Zəngəzur dəhlizi boyu dəmiryolu əlaqəsinin bərpa olunması barədə razılığa gəlindiyini etiraf edib.Azərbaycan isə öz tərəfindən Zəngəzur dəhlizinə daxil olan dəmiryolu layihələri ilə bağlı işlərinə artıq başlayıb.Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanov ötən ay bildirib ki, Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir. İşləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.O qeyd edib ki, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir. Əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesab edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".Eləcə də oxuyun:* Zəngəzur dəhlizi üçün tunellər tikilir* Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir* Turistlərin xəyalı gerçək olur: Zəngəzurdan keçib Naxçıvana gedən dəmir yolu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/07/427143021_176:0:2907:2048_1920x0_80_0_0_d0f6b3e6d46bde3363b74c49731b8eef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyan zəngəzur dəhlizini açmağa hazırlaşır
paşinyan zəngəzur dəhlizini açmağa hazırlaşır
Paşinyandan Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım
İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.
BAKI, 14 yanvar - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.
Yaradılan işçi qrupuna 10 nəfər daxil edilib. İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.
Sputnik Ermənistan xəbər verir ki, o, hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.
Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.
Xatırladaq ki, Ermənistanın baş naziri Brüssel görüşü zamanı Zəngəzur dəhlizi boyu dəmiryolu əlaqəsinin bərpa olunması barədə razılığa gəlindiyini etiraf edib.
Azərbaycan isə öz tərəfindən Zəngəzur dəhlizinə daxil olan dəmiryolu layihələri ilə bağlı işlərinə artıq başlayıb.
Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanov ötən ay bildirib ki, Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir. İşləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.
O qeyd edib ki, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir. Əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:
"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesab edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".