Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ anti-ekologiya yarışına başçılıq edib

© AP Photo / David J. PhillipABŞ-da neftayırma zavodu, arxiv şəkli
ABŞ-da neftayırma zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Belə hesab edilir ki, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün bəşəriyyət günü sabahdan ildə ən azı 7,5 milyard ton qazı tutub utilizasiya etməyə başlamalıdır.
BAKI, 14 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları bir sıra göstəricilər üzrə liderdir, yeni 2022-ci ildə isə ölkə çoxları üçün gözlənilməz olan substansiyaya daxil olub.
Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatlar xeyli məyusdurlar: iqtisadiyyatını bərpa etməyə və pandemiyadan çıxmağa cəhd göstərən ABŞ karbonsızlaşdırılma üzrə bəyan etdiyi hədəflərdən get-gedə uzaqlaşır.
Hesablamalara görə, ötən il Amerikada bütün istixana qazlarının tullantısı təxminən yeddi faiz artıb ki, buna da təbii qazın və kömürün rolunun kəskin çoxalması səbəb olub. Bu hələlik ilkin məlumatlardır, ancaq indidən bütün alternativ enerji tərəfdarlarının qəlbini kədər bürüyüb – hətta ABŞ-ın enerji balansında bərpa oluna bilən enerjilərin payı artsa belə.
İki il davam edən pandemiya dünya iqtisadiyyatında şok yaratdı, diskomforta səbəb oldu və milyardlarla insanın həyatını yenidən formatladı, ancaq yaşıl enerjinin məddahları üçün bu çox xoşbəxt dövr idi.
2019-2020-ci illərdə ABŞ-da istixana qazlarının tullantılarının həcmi bütün müşahidə dövrü ərzində tarixi minimuma qədər endi, başqa sözlə, II Dünya müharibəsinin başa çatdığı dövrə bərabər oldu.
Hətta iqtisadi geriləmələrin aradan qaldırılması uğrunda həyəcanlı cəhdlərin edildiyi 2021-ci il belə o qədər də fəlakətli olmadı, hər bir halda, tullantılar qlobal pandemiya ərəfəsindəki rəqəmlərdən beş faiz aşağı düşdü.
İşlər çox yaxşı gedirdi. Alternativ enerjinin payı ABŞ-ın tarixində ilk dəfə olaraq istehsalın beşdə birini, başqa sözlə, ildə 820 terevatt-saat təşkil etdi ki, bu göstərici də nüvə sektoru ilə müqayisə olunurdu. ABŞ isə xatırladaq ki, dünyanın ən böyük nüvə dövlətidir. Ötən ilin oktyabr ayına olan məlumata görə, bu ölkənin texniki arsenalında 93 reaktor var.
Müqayisə üçün: bu göstərici üzrə dünyanın ikinci ölkəsi olan Fransa bundan demək olar ki, iki dəfə az - 56 enerji blokuna malikdir.
Burada mütləq dəqiqləşdirməyə ehtiyac var: amerikalılar bərpa olunan mənbələr seqmentinə külək, günəş, biokütlələrdən alınan enerji ilə yanaşı, hidroenerjini də daxil edirlər.
Amerika HES-ləri bütün elektrik enerjisinin altı faizindən azını təmin etmir, Energy Information Administration dövlət qurumu isə su elektrik enerjisi hasilatının ən az daha bir faiz artacağını proqnozlaşdırır.
Müsbət xəbərlər bununla da bitmir. Külək və günəş enerjisi stansiyalarının sahibləri 2022 və 2023-cü illərdə müvafiq olaraq 29 və 28 giqavatlıq istehsal gücünə nail olmağı planlaşdırdıqlarını bildiriblər.
Faktiki olaraq, söhbət potensial imkanların iki dəfə artırılmasından gedir, ancaq bütün müsbət tendensiyalar elə bununla da yekunlaşır.
Əgər enerji informasiya idarəsinin hesabatını diqqətlə oxusaq görərik ki, karbohidrogenlərdən imtina ilə bağlı bütün gurultulu hesabatlar plan, gözlənti və ümid xarakteri daşıyır. Mədən yanacaq növlərinin hasilatı və istehlakının nəticələrinə dair ilkin rəqəmlər isə qazanxanaların sobalarından hər bir evə elektrik və istilik enerjisi şəklində daxil olan fiziki faktdır.
Ötən maliyyə ilinin göstəriciləri standart olaraq fevral ayında yayımlanacaq, bununla belə, artıq indidən ABŞ-da kömür hasilatının artdığını anlamaq olar. Ən təvazökar qiymətləndirmələrə görə belə amerikalı mədənçilər 2020-ci ildə olduğundan, on faiz daha çox kömür çıxarıblar. Başqa sözlə, hasilatda artım 55-60 milyon ton təşkil edib.
Əlbəttə ki, çıxarılan kömür heç yerə buxarlanmayıb. Əvvəllər azalan və yalnız bu yaxınlarda nüvə sektoru və bərpa olunan enerji ilə ayaqlaşamağa başlayan kömür əsaslı elektrik enerjisi istehsalı, demək olar ki, 1000 teravatt-saata çataraq yenidən liderlik zirvəsinə yüksəlib. Bununla yanaşı, kömür ixracı da artıb (52 faiz) ki, burada əsas yeri də Asiya, yəni Hindistan, Cənubi Koreya və Yaponiyadan olan alıcılar tutub.
ABŞ hələlik Birləşmiş Millətlər Təşkilatının nüvə enerjisinin ekoloji cəhətdən zərərsiz hesab olunması ilə bağlı qərarını şərh etməyib, bununla belə, yerli ekoloqlar bunu müstəqil şəkildə etməyə hazırdırlar. Ancaq təəssüf ki, Amerikada nüvə reaktorları sürətlə köhnəlir, yeni obyektlərin istifadəyə verilməsi perspektivi isə naməlumdur.
Hər iki palatanın təsdiqlədiyi sonuncu layihə "Vogtle" AES-nin inşası ilə bağlı olub ki, bu da 2012-ci ilə aiddir. Bu, ölkədə tikinti mərhələsində olan yeganə stansiyadır, amma hələlik həmin layihədən bir xəbər yoxdur.
Yeri gəlmişkən, klassik enerji mənbələrinin hələlik külək çarxları və günəş panellərini əvəz edə bilməyəcəyi faktı növbəti dəfə öz təsdiqini tapıb. Məsələn, Amerikanın Kanadanın Albert əyaləti ilə qonşu Şimali Dakota ştatında güclü şaxta səbəbindən Keyston neft kəmərinin işi dayanıb. Bu Co Baydenin bağlanması haqqında qərar verməyə hazırlaşdığı həmin o kəmərdir. Temperaturun mənfi 35 dərəcəyə kimi enməsi kəmərin sahibi olan "TC Energy" şirkətini neft məhsullarının ötürülüməsini dayandırmağa vadar edib ki, bu da dərhal yerli bazarda çaxnaşmaya və benzinlə dizelin qiymətinin artmasına səbəb olub.
Ən böyük artım isə təbii qazın hasilatında və istehlakında özünü göstərib. Son 15 ildə ABŞ-da əhalinin ehtiyaclarını ödəmək üçün istehsal olunan elektrik enerjisində təbii qazın payı iki dəfə artıb, bununla belə, artımın miqyasını daha dəqiq anlamağa ehtiyac var. Əgər 2005-ci ildə enerji şirkətləri təbii qaz əsasında 750 terevatt-saat enerji istehsal edirdilərsə, 2021-ci ildə onun payının 1600 terevatt-saata çatacağı gözlənilir. Bu nüvə və yaşıl enerjidən birlikdə əldə olunan enerjiyə bərabərdir.
Yeri gəlmişkən, BMT təbii qazı da təhlükəsiz yanacaq mənbələri siyahısına daxil etmək istəyir, ancaq müasir "yaşıllar" bununla qəti şəkildə razılaşmırlar. Və onların narazılığı üçün kifayət qədər əsas var. "U.S. Environmental Protection Agency"-nin məlumatına görə, 2019-cu ildə qaz hasilatı, yanacaq istehsalı və istismardan çıxarılan quyulardan sızmalar ABŞ-da bütün metan emissiyalarının üçdə birini təşkil edib. Həmin metan qazı isə atmosferi digər istixana qazlarından 50 dəfə daha artıq qızdırır.
Karbonsuz gələcəklə bağlı ümidlərə sonuncu zərbə də fərdi və digər avtonəqliyyat növləri üzrə statistikadan gəldi. ABŞ-da sərt karantin rejimi ləğv olunan kimi şirkətlər itirdikləri qazancın əvəzini çıxmağa başladılar ki, bu da yükdaşımalarda görünməmiş buma səbəb oldu.
Ötən il Amerika logistikasının aparıcı qüvvəsi sayılan yük avtomobillərindən çıxan istixana qazlarının rekord artımı ilə yekunlaşdı.
Bütün milli emissiyaların otuz faizindən çoxu, əvvəlki ilə nisbətən bir anda on faiz artdı.
Fəaliyyətdə olan Amerika administrasiyasının canfəşanlığı da vəziyyəti düzəldə bilməyib. Ötən ilin noyabr ayında hökumət atmosferdən karbonun tutularaq lazımi şəkildə utilizasiya olunması üçün texniki qurğuların tikintisinə icazə verən qanun qəbul etdi. Bu ehtiyaclar üçün büdcədən üç milyard yarım vəsaitin ayrılması nəzərdə tutulur.
Söhbət iki texnologiyadan gedir. Birincisi – havadan birbaşa karbonu tutan ("direct air capture"), ikincisi isə "tutub saxlayan" ("capture and storage") qurğulardır.
Birincisi, nəhəng ventilyatorların quraşıdırılmasını nəzərdə tutur ki, onlar da havanı xüsusi çənlərə qovacaq, burada karbon xüsusi kimyəvi məhlullarla birləşəcək və qazların qalan hissəsi yenidən atmosferə buraxılacaq. Sonra alınan təmiz CO2-ni ayırmaq üçün həmin qarışıq qızdırılacaq, məhlullarla qarışdırılacaq, kristallaşdırılacaq və yerə basdırılacaq.
İkinci üsul hələ ötən əsrin 70-ci illərində, neftçilər tükənmiş quyulara karbon qazı vurmağa, bu yolla həmin qiymətli mayenin əlavə həcmini sıxışdırmağa başlayanda aşkar edilib. Məlum olub ki, bu qazın bir hissəsi yeraltı boşluqlarda qalır, amma bunun bütövlükdə ətraf mühitin vəziyyətinə necə təsir etdiyini heç kim dəqiq deyə bilməz. Bu fakt, yeri gəlmişkən, bir vaxtlar karbon qazının yeraltı təbii boşluqlarda yığılıb qalması əsas gətirilərək Norveçin "Equinor ASA" şirkətinin vergi ödəməkdən yayınmasına imkan vermirdi.
Belə hesab edilir ki, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün bəşəriyyət günü sabahdan ildə ən azı 7,5 milyard ton qaz tutub utilizasiya etməyə başlamalıdır, yəni bəşər sivilizasiyasının hasil etdiyi həcmin ən azı beşdə biri qədər.
Eyni zamanda, hazırda, hətta ən optimist proqnozlara görə belə, atmosfer yalnız 40 milyon tondan bir qədər çox, yəni 0,01 faiz karbondan təmizlənir. Üstəlik, bu gün CO2-nin tutulması üçün heç bir sənaye və ən əsası iqtisadi cəhətdən əsaslandırılmış texnologiya yoxdur, yəni, konqres tərəfindən qəbul edilmiş qanun Amerikanın ekoloji gündəminin yeni iqtisadi reallıqlarla bağlı uğursuzluğunu ört-basdır etmək üçün hazırlanmış uydurmadan başqa bir şey deyil.
Yekunda daha bir aşkar faktı da nəzərə çatdırmaq olar. Əgər Amerikanın dünya siyasi arenasında təsirinin azaldılması məsələsini hələ də müzakirə etmək mümkündürsə, Vaşinqtonun qlobal istiləşmə ilə mübarizə sahəsində tam və qeyd-şərtsiz fiyaskoya uöraması artıq danılmaz faktdır. Və bizi növbəti dəfə parlaq, karbonsuz gələcək üçün mübarizə aparmaq istəməməkdə ittiham edəndə bunu yada salmalıyıq.

Həmçinin oxuyun:

Avropa Rusiyaya pul ödəməyə məhkumdur: baha başa gələcək
Rusiyanın Avropanı dondurmağa ehtiyacı yoxdur - o özü bir enerji siyasəti ilə bunu edir
Xəbər lenti
0