Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Avropanı dondurmağa ehtiyacı yoxdur - o özü bir enerji siyasəti ilə bunu edir

© AP Photo / Markus SchreiberBerlində Reyxstaqın binası, arxiv şəkli
Berlində Reyxstaqın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Bu gün hətta ən ümidsiz astroloq belə pandemiyanın, maliyyə və enerji böhranının nə vaxt bitəcəyini təxmin etməyi öhdəsinə götürmür.
Qərb mediası olduqca narahatdır. Almaniya hökumətinin sözün həqiqi mənasında yaxın günlərdə ölkədə qalan altı atom elektrik stansiyasından üçünün fəaliyyətini dayandıracağı məlum olub.
Ekoloji cəhətdən narahat olan dünya ictimaiyyəti sevinməlidir, ancaq bu, belə deyil. Xarici nəşrlərin başlıqları ilə tanış olsanız, görəcəksiz ki, onların böyük əksəriyyəti çox qaranlıq xarakter daşıyır. Həm enerji, həm də maliyyə sektorunda ekspertlər razılaşırlar ki, Berlin öz "yaşıl" ambisiyalarını nümayiş etdirmək üçün ən uyğun olmayan vaxtı seçib.
Almaniya dörd trilyon dollardan çox pulla Avropanın əsas iqtisadiyyatıdır. O eyni zamanda, Avropanın kollektiv iqtisadiyyatının etibarlılığını tarazlayan, təmin edən həm təməl, həm də onu irəli sürükləyən lokomotiv kimi çıxış edir. Buna görə də bütün maraqlanan oyunçular Berlinin həyata keçirdiyi, nəticələri istisnasız olaraq bütün qonşuları, ticarət tərəfdaşlarını əhatə edəcək layihələri bu qədər diqqətlə izləyirlər.
Ən böyük narahatlıq üç stansiyanın - Qrohnde, Gundremmingen C və Brokdorfun - işinin dayandırılması faktı deyil (bu, çoxdan planlaşdırılırdı), bunun üçün seçilmiş məqamdır.
Bir çox ölkələrin hökumətləri, büdcələri üçün 2021-ci il minor notla başa çatır. Qlobal iqtisadiyyatı və hava şəraitini bərpa etmək cəhdlərinin birləşməsi enerji daşıyıcılarının qiymətlərini indiyədək görünməyən həddə çatdırıb ki, bu da məntiqi olaraq daimi qıtlığı, resurs çatışmazlığı, elektrik enerjisi qiymətlərinin bir il əvvəlkindən dəfələrlə yüksək səviyyəsini formalaşdırıb. Məsələn, Almaniyada bir meqavat-saat artıq 430 avrodan bahadır ki, bu da bir il əvvəlkindən 350 faiz çoxdur. Oxşar qiymətlər Avstriya, Fransa və Belçikada da var, baxmayaraq ki, 2020-ci ilin dekabrında bir meqavat-saat birjalarda yüz avrodan bir qədər yüksək alınıb.
Paralel olaraq anbarlarda yanacaq ehtiyatında azalma müşahidə olunur. Məlumdur ki, noyabrın əvvəlindən Avropanın operator şirkətləri yeraltı qaz anbarından 14 milyard kubmetrdən çox qaz çıxarıblar. Yeraltı su anbarlarının ümumi doldurulması 60 faiz qiymətləndirilir. Bu, son beş ilin ən pis nəticəsidir. Yalnız 2018-ci ildə "Şərqdən gələn vəhşi heyvan" adlı buzlu siklonun qitənin Avropa hissəsində tüğyan etdiyi zaman daha kədərli vəziyyət vardı. Daha sonra aşağı temperatur dövrü o zaman martın əvvəlinə qədər uzandı, hətta cənub bölgələrini də qalın qar təbəqəsi ilə örtdü, buna görə hər yerdə nəqliyyat əlaqəsi pozuldu, yüzlərlə aviareys ləğv edildi.
Çətin dövr idi, ancaq hamı başa düşürdü ki, şaxtalar gec-tez geri çəkiləcək. Bu gün hətta ən ümidsiz astroloq belə pandemiyanın, maliyyə və enerji böhranının nə vaxt bitəcəyini təxmin etməyi öhdəsinə götürmür.
Məcburi ekoloji gündəmə sadiq olan xarici media daha bir fakt haqqında susur, onsuz birjaların, elektrik stansiyalarının sahiblərinin, son istehlakçıların narahatlığı xüsusilə başa düşülən deyil. Onlar qeyd etməkdən utanırlar ki, Almaniya ilin sonuna qədər, yəni sözün əsl mənasında həftənin qalan hissəsində üç atom elektrik stansiyasından (AES) əlavə, iqtisadiyyatın dekarbonlaşdırılması üzrə könüllü olaraq öhdəliklər çərçivəsində daha 11 kömür istilik elektrik stansiyasını (İES) dayandırmağa hazırlaşır. Yəni ölkədə elektrik enerjisi istehsalı hər yerdə qeyd edildiyi kimi üç yox, dərhal 6,4 giqavat azalacaq.
İndi isə rəsmi statistika və kalkulyatorlara müraciət edək.
Almaniya son illərdə elektrik enerjisi istehsalında sabit azalma nümayiş etdirir. 2018-2020-ci illər ərzində alman energetikləri müvafiq olaraq 637, 603 və 567 teravatt-saat istehsal ediblər.
İstehlak məsələsinə gəlincə, deyəsən, narahat olmağa dəyməz. 2019-cu ildə Almaniya cəmi 567 teravatt-saat istifadə edib ki, bu da 2010-cu ilə nisətən 11 faiz aşağıdır.
Ancaq əsas məsələ rəsmi hesabatların səviyyəsindən aşağıda gizlənir. Berlin öz iqtisadiyyatının gələcək artımını qorumaq, təmin etmək üçün mümkün olan bütün səyləri həyata keçirir, o isə elektrik enerjisi istehlakını artırmadan sadəcə olaraq mümkün deyil. Əgər almanlar qarşıya qoyulan məqsədlərinə nail olsalar, o zaman 2030-cu ilə qədər onların sənayesinin, əhalisinin normal həyat fəaliyyətini təmin etmək üçün ən azı 700 teravatt-saata ehtiyacı olacaq.
Buna baxmayaraq Almaniyanın enerji asılılığı çox şərtidir. Ölkə öz enerji ehtiyaclarının üçdə birindən bir qədər çoxunu təmin etmək iqtidarındadır, qalan hissəsini xaricdən almaq məcburiyyətində qalır.
Üç nüvə və on kömür elektrik stansiyasının bir anda dayanması enerji balansından minimum 50 teravatt-saatı, yəni demək olar, onda bir hissəsini çıxarır. Hələ də ən azı iki aylıq soyuq hava, Almaniyanın "Qazprom" ilə müqaviləsinə baxmayaraq, çox asılı olduğu enerji qiymətlərinin proqnozlaşdırılmaması ilə çox isti olmayan qışın ortasını xatırladacaq.
"Qazprom"la müqavilə bağlamasına baxmayaraq, Almaniya da çox asılıdır.
Olaf Şoltsun yeni komandası tərəfindən həyata keçirilən xətt təkcə Rusiya üçün anlaşılmaz deyil. Berlinin bu süni dalandan necə çıxacağı bütün dünya nəşrlərini maraqlandırır, çünki dekarbonlaşdırma planının həyata keçirilməsi ilə bağlı cəsarətli bəyanatlardan başqa, heç bir anlaşılan məlumat yoxdur.
Mütəxəssislər yeni kanslerin addımlarını tam çaşqınlıqla qəbul edirlər.
Başlanğıc üçün Almaniya "Fukusima" AES-də baş verən qəzadan sonra müstəqil, könüllü olaraq nüvə enerjisindən tamamilə imtina etmək qərarına gəldi. Dünya bazarları fırtınalı olmasa da, hamı bu qərarı alqışlasa da, indi bu, daha çox öz ayağına güllə vurmaq kimi görünür. Qəza zamanı 54 nüvə reaktorunun işlədiyi, sonradan təhlükəsizlik yoxlamaları, araşdırmaları üçün demək olar ki, tam dayandırılan Yaponiya onları yenidən çox fəal şəkildə işə qaytarır. Sadəcə ona görə ki, onlarsız enerji təminatını təmin etmək mümkün deyil.
İndiyədək hakimiyyət orqanları, AES sahibləri qanuni şəkildə yerli sakinlərlə reaktorun işə salınması ilə bağlı razılığa gəliblər. İndi Rusiyanın şərq qonşusu yenidən otuz yeddi reaktoru işə salır. Yəni Berlin AES-in dayandırılması üçün öz planlarını bir az da ləngitmək istəsəydi, dünya ictimaiyyəti azacıq gileylənərdi, çünki demək olar, hər bir ölkənin oxşar problemləri var.
Ekoloji amili də ayrıca qeyd etmək lazımdır. Uzun illərdir ki, nüvə enerjisini ekoloji cəhətdən təmiz hesab etməyə çalışırlar, çünki istismar prosesində atom elektrik stansiyaları minimum miqdarda istixana qazları istehsal edir – ancaq bu qərar beynəlxalq bürokratiya okeanında batır.
Qərb ekoloji fəalları Almaniya üçün atılan addımlar fonunda gələcək yolun alternativsizliyini göstərirlər - yalnız kömür istehlakının artımı, son üç ildə ölkənin enerji balansında payı 22 faizdən 16 faizə azalıb. Bu da öz növbəsində, 2050-ci ilə qədər karbonsuz iqtisadiyyata keçidlə bağlı bütün planlara son qoymağa zəmanət verir.
Bunu dolayısı ilə Almaniyanın özündən gələn xəbərlər də təsdiqləyir. Yeni siyasi komanda hər kəs üçün anlaşılmaz hoqqabazlıq edərkən alman energetikləri fəaliyyət göstərirlər. Məsələn, "Uniper" şirkəti artıq özünə məxsus "Scholven-B" kömür elektrik stansiyasını bağlamaqdan imtina etdiyini, gələn ilin sonuna qədər bu məsələnin baxılmasına hazır olduğunu elan edib. Şübhə yoxdur ki, sahiblər artıq Avropa "EEX" enerji birjasının kotirovkaları ilə tanış olublar, burada yanvarın 1-dən etibarən bir meqavattın qiyməti 600 avrodan yuxarı qoyulur.
Burada aydınlaşdırmaq lazımdır ki, "Uniper" və onların həmkarları bunu həddindən artıq acgözlükdən deyil, ən azı indiki mövqelərini qorumaq üçün edirlər. "BloombergNEF" analitik agentliyinin məlumatına görə, alman enerji gəlirliyi tarixi çöküş yaşayır. 2017-ci ildə bazar oyunçularının gəlirliliyi 27 faiz təşkil edirdi, gələn il onun 10 səviyyəsində olacağı gözlənilir, 2023-cü ildə isə şirkət-operatorlar yatırılan hər avroya görə üç sentdən çox olmayan gəlir əldə edə biləcəklər.
Cari tendensiyalar dünyanın əks ucunda da düzgün qiymətləndirilir.
Dünyanın ən böyük kömür ixracatçısı olan Avstraliya hökuməti bir il müddətinə maliyyə planlarının yenidən nəzərdən keçiriləcəyini rəsmi olaraq elan edib. Kanberra gələn ildə enerji resurslarının satışı və ixracından əldə olunan gəlirlərin 22 faiz artaraq 272 milyard dollar təşkil edəcəyini gözləyir. Avstraliyalılar təkcə enerji kömür satışından təxminən 40 milyard qazanacaqlar.
Faktiki olaraq, yeni rəhbərlikdə "yaşıllar"ın mümkün qədər geniş təmsil olunduğu Almaniya bir əli ilə iqlim üçün təhlükəsiz AES-ləri bağlayır, digər əli ilə isə bazar oyunçularını kömürdən istifadəni geri qaytarmağa məcbur edir.
Başqa bir fakt isə sənayeçilərin və maliyyəçilərin həyəcanını daha da artırır.
Bir həftə bundan əvvəl Fransadan bəzi xoşagəlməz xəbərlər yayıldı. Orada nüvə təhlükəsizliyi sahəsində nəzarətçi "Sivo" (Civaux) AES-də birinci konturun su sirkulyasiyası borularında çatlar aşkar edib. Stansiya misilsiz gücünə görə analoqu olmayan (1560 meqavat) "PWR" redaktorlardan istifadə edir, qəza ehtimalını aradan qaldırmaq üçün onların hər ikisi təcili olaraq dayandırılıb. Bu müvəqqəti bir çətinlik olardı, ancaq "Sivo"nun əkiz bacısı, eyni vaxtda oxşar dizaynla tikilməkdə olan "Şo" (Chooz) atom elektrik stansiyası var. Tənzimləyici sağlam qərar verdi, burada da üç "PWR" reaktorunun söndürülməsini əmr etdi.
Avropanın əsas elektrik enerjisi ixracatçısı olan Fransanın enerji balansı bir neçə gün ərzində sözün əsl mənasında beş giqavat gücü aşağı saldı ki, bu da öz vətəndaşlarının təminatını, o cümlədən ixracı sual altına qoyur.
Qış şaxtaları ilə birlikdə Avropaya ən qaranlıq gələcək yaxınlaşır. Burada heç kim lampanın axşam yanıb-yanmayacağına, ay sonunda ödənişlərdə hansı rəqəmlərin olacağına əmin deyil. Avropalılar bunun üçün ancaq özlərini günahlandıra bilərlər. Onlar özləri öz fantaziyalarına qərq olmuş, fizika və bazar qanunlarına məhəl qoymayan siyasi rəhbərləri seçiblər.
Bəlkə, bir gün onlar hətta bu böhran haqqında kitablar da yazacaqlar – bunu ancaq yaşamaq qalır.
Xəbər lenti
0