DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vyanada ATƏT Daimi Şurasının xüsusi iclası olacaq

© Photo : OSCE / Mikhail EvstafievATƏT bayraqları
ATƏT bayraqları - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
ATƏT Daimi Şurasının xüsusi iclası Rusiya-NATO Şurasının Brüsseldəki iclasının səhəri gününə planlaşdırılıb.
BAKI, 13 yanvar - Sputnik. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurası Vyana şəhərində xüsusi iclas keçirəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda Polşa Xarici işlər naziri Zbiqnev Rau Polşanın 2022-ci ildə ATƏT-də sədrliyinə dair proqramını təqdim edəcək.
Tədbirdə Avropa təhlükəsizliyinin "cari və kəskin" təyinatlı olmayan ümumi məsələlərinin müzakirəsi planlaşdırılıır. Raudan sonra ATƏT-in 57 üzv ölkəsinin nümayəndələri çıxış edəcəklər.
Bu ərəfədə Polşa XİN bildirmişdi ki, ölkənin ATƏT-də 2022-ci ildəki sədrliyinin prioriteti münaqişələrin həllinə dəstək verilməsi, pandemiyanın doğurduğu çağırışlara cavab vermək, ATƏT öhdəliklərinin yerinə yetirilməsində əməkdaşlıq olacaq.
"Polşanın ATƏT-də sədrliyinin əsas məqsədi regional və dondurulmiş münaqişələrin ATƏT strukturlarının dəstəyi ilə həll edilməsi olacaq. Polşa bütün maraqlı tərəflər arasında ədalətli vasitəçi, mediator kimi davranmaq niyyətindədir", - XİN-in məlumatında deyilir.
ATƏT-in həmçinin fəaliyyətdə olan sədri kimi Zbiqnev Rau bildirib ki, üzv ölkələr arasında dialoq beynəlxalq hüququn prinsipləri, həmçinin ATƏT mexanizmlərilə alətlərinin istifadə olunmasına əsaslanmalıdır.
ATƏT Daimi Şurasının xüsusi iclası Rusiya-NATO Şurasının Brüsseldəki iclasının səhəri gününə, yəni yanvarın 13-nə planlaşdırılıb. Bundan öncə, bazar ertəsi isə Cenevrədə Rusiya-ABŞ nümayəndə heyətlərinin ikitərəfli danışıqları keçirilmişdi.
Eləcə də oxuyun:
* Azərbaycan-Ermənistan sərhədində son vəziyyətə ATƏT-dən reaksiya
* Rusiya və NATO arasında görüş bitdi: yekunlar
Xəbər lenti
0