Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ryabkov: Rusiya və ABŞ-ın razılığa gəlməsi ilə bağlı əminlik yoxdur

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini onu da bildirib ki, ABŞ Moskvanın təhlükəsizlik təşəbbüsündən öz məqsədləri üçün yararlanmağa, eyni zamanda, NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırmağa çalışır.
BAKI, 13 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov növbəti dəfə Qərbin Rusiya ilə təhlükəsizlik zəmanətlərinə dair uzlaşmasına münasibətini bildirib. O, RTVI telekanalına müsahibəsində deyib ki, ümid ən axırda ölsə də, tərəflərin razılığa gəlmə şansı ilə bağlı əminlik yoxdur.
"Mən hər zaman dialoqun tərəfdarıyam. Dialoq həmişə qarşıdurmadan, sükutdan, hər hansı bir imitasiyadan, tələyə düşməkdən daha yaxşıdır. Ümid ən axırda ölür, ancaq indiki halda, bunun mümkün ola biləcəyi ilə bağlı əminlik yoxdur", – deyə Ryabkov vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini onu da bildirib ki, ABŞ Moskvanın təhlükəsizlik təşəbbüsündən öz məqsədləri üçün yararlanmağa, eyni zamanda, NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırmağa çalışır.
Onun sözlərinə görə, indi NATO-nun əsas rəqibi Rusiyadır və buna görə də öz maraqlarını müdafiə etməyə çalışır.
Moskva Qərbin Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməməklə bağlı mövqeyini ikiüzlülük və hiyləgərlik kimi qiymətləndirir.
"Bizm Qərb tərəfdaşlarımız bu məsələdə maksimal şəkildə ikiüzlülük və hiyləgərlik nümayiş etdirirlər. Kiminsə özünün təhlükəsizlik maraqlarının ola biləcəyi isə Qərb düşərgəsindən heç kimin ağlına da gəlmir. NATO-da hər kəs məhz alyansın öz maraqları ilə məşğuldur", – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.
Bu gün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Vyana platformasında tərəflər arasında məsləhətləşmələr keçirilir.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Həmçinin oxuyun:
Rusiyaya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair zəmanət lazımdır - Ryabkov
NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN
Rusiya və ABŞ-ın danışıqları başa çatıb
Xəbər lenti
0