Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə ev yanıb, xəsarət alan var - FOTOLAR

© Sputnik / Ibrahim HashimovQəbələdə yanmış evi
Qəbələdə yanmış evi - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
BAKI, 13 yanvar — Sputnik. Qəbələ baş verən yanğında bir nəfər xəsarət alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Nic qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Cəbrayılova Zümrüd Qubad qızına məxsus ümumi sahəsi 252 m² (hər mərtəbəsi 126 m²) olan ikimərtəbəli evdə yanğın baş verib. Hadisə nəticəsində 2-ci mərtəbədə 1 otağın yanar konstruksiyaları yanıb.
© Sputnik / Ibrahim HashimovNic kəndi
Nic kəndi - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Nic kəndi
Hadisə zamanı 34 yaşlı Fəqan Tahir oğlu Ağakişiyev üz nahiyəsindən yanıq xəsarətləri alıb.
O, Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti kafidir. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Həmçinin oxuyun:
Havaya görə daha bir xəbərdarlıq! Maqnit qasırğası gözlənilir
Xəbər lenti
0