CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havaya görə bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti çətinləşəcək - AAYDA

© Sputnik / Murad OrujovBakıda yağışlı havada avtomobil, arxiv şəkli
Bakıda yağışlı havada avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitinə görə gücləndirilmiş iş rejiminə keçib.
BAKI, 13 yanvar — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti barədə sürücülərə müraciət edib.
İdarənin müraciətində qeyd olunur ki, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq, dağətəyi ərazilərdə sulu qar, qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi tövsiyə edib.
BDYPİ küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları, şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər, kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir.
Agentlik gücləndirilmiş iş rejiminə keçdi
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitinə görə gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, dağlıq dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı, şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz hərəkətinin təmin olunması qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.
Həmçinin oxuyun:
Güclü qar yağacağı gözlənilir - proqnoz verildi
Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəbər lenti
0