https://sputnik.az/20220113/hava-seraiti-ile-bagli-suruculere-xeberdarliq-edildi-438115168.html
Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Sputnik Azərbaycan
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş... 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T10:33+0400
2022-01-13T10:33+0400
2022-01-13T10:33+0400
sürücü
azərbaycan xəbərləri
hava
şaxta
hava proqnozu
soyuq
qarlı-şaxtalı hava şəraiti
soyuq hava
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426309550_0:174:3073:1902_1920x0_80_0_0_a4312363d796c041a7f9dda4a049f354.jpg
BAKI, 13 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edib. BNA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, 14-15 yanvar tarixlərində paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Bunu nəzərə alaraq sürücülərə xüsusən enişli-yoxuşlu yollarda diqqətli olmaları tövsiyə edilir: "Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər".Bu qış 30 ilin ən soyuq qışı olacaqQeyd edək ki, bu gün axşamdan başlayaraq ölkə ərazində havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın mətbuata açıqlamasına görə, bu təsir effekti qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb-enmə nəticəsində yarana biləcək hisslə müqayisə edilə bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında qeyd edib ki, Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. O bildirib ki, qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.U.Tağıyevanın sözlərinə görə, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır:"Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".Şaxtalı-qarlı hava kütlələri ölkəyə daxil olacaqO, bildirib ki, , həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq:"Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır.Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq.Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək:"Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426309550_0:0:2731:2048_1920x0_80_0_0_ad9cbb130db3d9653bfd5ba2e786ba47.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sərt hava gözlənilir sürücülərə xəbərdarlıq edildi
sərt hava gözlənilir sürücülərə xəbərdarlıq edildi
Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
BAKI, 13 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edib. BNA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, 14-15 yanvar tarixlərində paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir.
Bunu nəzərə alaraq sürücülərə xüsusən enişli-yoxuşlu yollarda diqqətli olmaları tövsiyə edilir: "Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur.
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər".
Bu qış 30 ilin ən soyuq qışı olacaq
Qeyd edək ki, bu gün axşamdan başlayaraq ölkə ərazində havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın mətbuata açıqlamasına görə, bu təsir effekti qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb-enmə nəticəsində yarana biləcək hisslə müqayisə edilə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında qeyd edib ki, Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. O bildirib ki, qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
U.Tağıyevanın sözlərinə görə, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır:
"Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
Şaxtalı-qarlı hava kütlələri ölkəyə daxil olacaq
O, bildirib ki, , həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq:
"Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır.
Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək:
"Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir".