https://sputnik.az/20220113/bu-gun-butun-gozler-spaniyada-olacaq-438079171.html
"Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib
"Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib
Sputnik Azərbaycan
"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.
2022-01-13T02:11+0400
2022-01-13T02:11+0400
2022-01-13T11:43+0400
futbol
idman
ispaniya
komanda
real
kubok
"barselona" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438079140_0:320:3073:2048_1920x0_80_0_0_538be2b77983616c561bba3e07f11e94.jpg
BAKI, 12 yanvar — Sputnik. Futbol üzrə İspaniya Super Kubokuna start verilib.Report-un məlumatına görə, ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşən Superkubokun ilk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan El-Klasiko Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.Görüşdə hesabı 25-ci dəqiqədə "kral klubu"nun hücumçusu Vinisius Junior açıb. 41-ci dəqiqədə Kataloniya təmsilçisinin heyətində Lük de Yonq tarazlığı bərpa edib. 72-ci dəqiqədə Kərim Benzema yenidən "Real Madrid"i önə keçirsə də, cəmi 11 dəqiqə sonra Ansu Fati hesabı bərabərləşdirib. Beləliklə, 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə 3-cü topu rəqibin qapısından keçirən Federiko Valverde Karlo Ançelottinin baş məşqçi olduğu kollektivi finala yüksəldib. Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsi olub."Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.***12.01.22Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.Sputnik Azərbaycan xəbər verir ki, Superkubok tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşəcək.İlk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 "El Klasiko"nun 99-da paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib."El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.Hazırda Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.(Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438079140_165:0:2896:2048_1920x0_80_0_0_ca5fa2336a78faf9895518c07940da5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bu gün bütün gözlər ispaniyada olacaq
bu gün bütün gözlər ispaniyada olacaq
"Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib
02:11 13.01.2022 (Yenilənib: 11:43 13.01.2022) İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 248 "El Klasiko"nun 100-də paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.
BAKI, 12 yanvar — Sputnik. Futbol üzrə İspaniya Super Kubokuna start verilib.
Report-un məlumatına görə, ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşən Superkubokun ilk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan El-Klasiko Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 25-ci dəqiqədə "kral klubu"nun hücumçusu Vinisius Junior açıb. 41-ci dəqiqədə Kataloniya təmsilçisinin heyətində Lük de Yonq tarazlığı bərpa edib. 72-ci dəqiqədə Kərim Benzema yenidən "Real Madrid"i önə keçirsə də, cəmi 11 dəqiqə sonra Ansu Fati hesabı bərabərləşdirib. Beləliklə, 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə 3-cü topu rəqibin qapısından keçirən Federiko Valverde Karlo Ançelottinin baş məşqçi olduğu kollektivi finala yüksəldib. Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsi olub.
"Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.
Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Superkubok tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşəcək.
İlk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.
İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 "El Klasiko"nun 99-da paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.
"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.
Hazırda Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.