Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Valideynlər sənaye inqilabına necə mane olurlar?

© AFP 2023 / LOIC VENANCEAna övladları ilə birgə, arxiv şəkli
Ana övladları ilə birgə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinifində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.
İnəyini satıb oğlunu Bakıya oxutmağa göndərəndə ucqar kənddəki Tamerlan kişi övladı üçün katib olmasa belə kolxoz sədri, prokuror, müstəntiq... xəyalları qururdu. Onun arzularının arasında oğlunun kosmosa raketlər uçurmağa həvəsli olan SSRİ-nin tanınmış mühəndisi, robot texnologiya mütəxəssisi olması yox idi.
SSRİ-də internet şəbəkəsinə kimlər mane oldu?
...1970-ci il 1 oktyabr. Kompüter alimi Viktor Qluşkov bütün ölkənin komputür şəbəkəsini əlaqələndirəcək layihəsini təqdim etmək üçün Kremlə gəlmişdi. Yeri gəlmişkən, SSRİ-nin əsas rəqibi ABŞ artıq bundan 1 il əvvəl oxşar texnologiyanı tətbiq edirdi. Qluşkovun layihəsi üçün ciddi vəsait tələb olunurdu.
Maliyyə naziri Vasili Qarbuzov və həmfikirlərinin isə başqa hədəfləri var idi, həm pul onlara və digər nazirliklərə də lazım idi, həm də maliyyəni bu cür “israf” etmək olmazdı. Beləliklə, yeniliklərə müqavimət göstərənlərin çoxluğu sayəsində Qarbuzov klassik metodların inkişafının tətbiqinin daha təhlükəsiz olduğuna Politbüronu inandırmaqla Qluşkovun ideyasını dəfn etdi.
Nəticədə, bürokratik əngəllər Sovet ölkəsini bəlkə də bir neçə on il geri atdı. Faktiki olaraq SSRİ-ni çökdürənlərlə bu cür ənəgəllərlə inkişafı tormozlayanlar eyni qrup adamlar idi.
Bir sözlə, ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinifində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.
Sənaye inqilabını prokurorlar edəcək?
Bu gün dünya IV Sənaye İnqilabı dövrünü yaşayır. Azərbaycan yeni çağırışlar qarşısında çevik reaksiya verməyə çalışır, yeni texnologiyaların ölkəmizə gətirilməsi prioritet istiqamət kimi müyyən edilib.
Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. “Doing Business 2019” hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda qurulan “ağıllı” kənd və şəhərlər yeni modellərin tətbiqi baxımından önəmlidir - həm də ona görə ki, bu təcrübənin bütün ölkəyə yayılması nəzərdə tutulur. Ancaq bir sual yaranır: bu texnologiyaların istifadəsinin davamlılığının təmin olunması üçün yerli kadrlar varmı? Və biz cəmiyyət olaraq yeni sənaye inqilibanın ardınca gedirikmi?
Təəssüf ki, yox. Yenə də Tamerlan kişi oğlunun prokuror, hakim, katib (oxu: icra başçısı) olmasını arzulayır. Onun hədəfləri sırasında oğlunun robot və ya gen mühəndisi olması yoxdur.
Ali məktəblərə aparılan qəbul imtahanlarının nəticələrinə baxdıqda bu, aydın görünür: humanitar ixtisaslarda “tıxac”dır, III qrup ixtisaslarda hər il yaşanan rəqabət, balların yüksəlməsi təsadüfi deyil. I qrup ixtisaslarda – yəni əsasən mühəndislik ixtisaslarında isə (komputer, robototexnika, mexatronika mühəndisliyi və s.) yerlər boş qalır. Bəzən 150-160 bal tələbə bileti almağa bəs edir... Və biz mümkün 700 baldan 150 bal toplayan tələbədən kosmosa raket uçurmasını təbii ki, çox da gözləmirik.
Halbuki, dünya süni intellekt, insansız maşınlar, genlərin dəyişdirilməsi, təkrar edirəm, bəli, genlərin dəyişdirilməsi üzərində işləyir – bu, artıq möcüzə deyil.
İkinci Qarabağ Müharibəsi yeni texnologiyaların, süni intellektin əhəmiyyətini bir daha nümayiş etdirdi. “Bayraktar” ənənəvi silahlara qan uddurdu və sübut etdi ki, gələcək innovasiyalardan asılıdır.
Nə baş verəcək?
Bu il yeni vakansiyalar tibb və robototexnika qovşağında yaranacaq, vakansiyaların artımı isə İT, sığorta və bank sektorunda davam edəcək. Bunu “Rabota.ru” sayının iş axtarışı və kadr seçimi xidmətinin baş direktorunun müavini Aleksandr Veterkov Sputnik radiosunun müsahibəsində deyib.
İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu da tezliklə hansı peşələrin yerini süni intellekt alacağı ilə bağlı araşdırma aparıb. Tədqiqatçılar belə qənaətə gəliblər ki, texnologiya mühasibləri, fotomodelləri, poliqrafiya sənayesində, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorlarını, kassirləri və satıcıları, kənd təsərrüfatı üzrə kiçik kadrları, təmizləyiciləri, maşinistləri, montyorları, kiçik inzibati işçiləri, qaynaqçıları, tikinti işçilərini, sürücüləri, meşəçiləri və poçtalyonlara əvəz edə bilər.
Süni intellekt insanları işsiz qoyacaqmı – indi hər kəs bu sual da qayğılandırır. Ancaq əksər tədqiqatçılar o fikirdədirlər ki, texnologiyalar ənənəvi peşələri sıradan çıxarsa da, paralel olaraq onlardan daha çox sayda yeni peşələr meydana gətirir.
Odur ki, işsizlik yox, işçi problemi ilə üzləşməmək üçün övladımızın “katib” olması arzusunu hansısa yeni texnologiya mütəxəssisi olması arzusu ilə əvəz etməliyik.
Xəbər lenti
0