Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Faiq Ağayev çoxdan gözlənilən klipini təqdim etdi - VİDEO

© Photo : Facebook / Faiq AgayevFaiq Ağayev
Faiq Ağayev  - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Hər zaman qeyri-adi imici ilə tamaşaçıları təəccübləndirən Xalq artisti bu dəfə də ənənəsinə sadiq qalıb. Xalq artisti "Deyə.." adlı mahnısını ötən ilin noyabr ayında sevənlərinə təqdim etmişdi
BAKI, 12 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayev yeni klipini pərəstişkarlarına təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artistinin "Deyə ..." adlı yeni klipini "Youtube" portalında paylaşılıb.
Sözügedən klipin rejissoru Nail Naiboğludur. Hər zaman qeyri-adi imici ilə tamaşaçıları təəccübləndirən Xalq artisti bu dəfə də ənənəsinə sadiq qalıb. Tamaşaçılar onu fərqli bir obrazda görəcəklər.
Mahnının sözləri və musiqisi Rzzaya, aranjemanı isə Emin Kərimə məxsusdur. Xatırladaq ki, Xalq artisti "Deyə.." adlı mahnısını ötən ilin noyabr ayında sevənlərinə təqdim etmişdi.
Məlumat üçün bildirək ki, Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olub.
2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekorda imza atıb. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-ci ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan edib.
Həmçinin oxuyun:
Xalq artisti Faiq Ağayevdən kövrək addım
Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO
Xəbər lenti
0