Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Faiq Ağayevdən kövrək addım

© Photo : Facebook / Faiq AgayevНародный артист Азербайджана Фаик Агаев, фото из архива
Народный артист Азербайджана Фаик Агаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Konsertdə Faiq Ağayevin dəvəti ilə müğənnilər Sevda Yahyayeva və Türkvision-un qalibi Fərid Qasımov da çıxış edib. Onlar populyar hitlərini səsləndiriblər.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Faiq Ağayev şəhid övladları üçün konsert verib. Sputnik Azərbaycan xəbər verir ki, konsert iyulun 8-i gecə saatlarında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə "Qaliblər Düşərgəsi"ndə baş tutub.  

Qeyd edək ki, konsertdə Faiq Ağayevin dəvəti ilə müğənnilər Sevda Yahyayeva və Türkvision-un qalibi Fərid Qasımov da çıxış edib. Onlar populyar hitlərini səsləndiriblər. Konsert Facebook sosial şəbəkəsində canlı yayımlanıb. 

Konsertdən əvvəl Faiq Ağayev öz sosial şəbəkə hesablarında "Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün konsertim olacaq" ifadələrini paylaşmışdı. 

Məlumat üçün bildirək ki, Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olub.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekorda imza atıb. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-ci ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan edib.

 

Xəbər lenti
0