Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bir neçə gün sonra toyu olacaqdı... - Danışan FOTOLAR

© Sputnik / Ilham Mustafayev Ayaz Nəzərovun dəfn mərasimi
 Ayaz Nəzərovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə şəhid edilmiş hərbi qulluqçumuz dəfn edilib.
BAKI, 12 yanvar — Sputnik. Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərov dəfn edilib. Şəhidimiz doğulduğu Tovuz rayonunun Bozalqanlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
© Sputnik / Ilham MustafayevŞəhid Ayaz Nəsirovun dəfn mərasimi
 Ayaz Nəzərovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Şəhid Ayaz Nəsirovun dəfn mərasimi
Qeyd edək ki, şəhid Ayaz Nəzərov nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib, mağarın içinə toy xonçaları düzülüb.
© Sputnik / Ilham Mustafayev

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi - Sputnik Azərbaycan
1/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

© Sputnik / Ilham Mustafayev

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi - Sputnik Azərbaycan
2/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

© Sputnik / Ilham Mustafayev

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi - Sputnik Azərbaycan
3/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

© Sputnik / Ilham Mustafayev

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi - Sputnik Azərbaycan
4/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

1/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

2/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

3/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

4/4

Şəhid Ayaz Nəsirovun dəfn mərasimi

Kəlbəcər istiqamətində təxribat
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Həmçinin oxuyun:
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Xəbər lenti
0