https://sputnik.az/20220111/xn-temas-xettinde-veziyyetin-gerginlesmesi-ile-bagli-beyanat-yaydi-438074092.html
XİN təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı
XİN təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı
Sputnik Azərbaycan
İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın... 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T20:50+0400
2022-01-11T20:50+0400
2022-01-12T09:55+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
müdafiə nazirliyi
xin
xarici işlər nazirliyi
kəlbəcər
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_0:103:2000:1228_1920x0_80_0_0_5057ae7eef326926bc24fdf1787387c7.jpg
BAKI, 11 yanvar - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.Məlumatda deyilir: "Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır."Sərhəddə təxribat, hərbi qulluqçumuz şəhid olubAzərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Qeyd edək ki, yanvarın 8-də də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutmuşdu.Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu, şəxsi heyət və texnikamızda itki olmadığı barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama vermişdi.Eləcə də oxuyun:* Kəlbəcərdə vəziyyət gərginləşib: Azərbaycan Ordusu qarşı tərəfi susdurur* Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_114:0:1887:1330_1920x0_80_0_0_26edeb7bf7d835e64b865d9933d55136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcərdə vəziyyət kritik həddə çatıb
kəlbəcərdə vəziyyət kritik həddə çatıb
XİN təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı
20:50 11.01.2022 (Yenilənib: 09:55 12.01.2022) İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
BAKI, 11 yanvar - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.
İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır."
Sərhəddə təxribat, hərbi qulluqçumuz şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, yanvarın 8-də də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutmuşdu.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu, şəxsi heyət və texnikamızda itki olmadığı barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama vermişdi.