Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Pozulan atəşkəs və təxribat iddiası - Danışıqları kim sabotaj edir?

Əsgər - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Paşinyan KTMT tərkibində Rusiyaya qarşı çirkin siyasətini pərdələməklə yanaşı, Qərbdəki imperialist dairələrdən aldığı direktivləri yerinə yetirməyə çalışır.
BAKI, 11 yanvar — Sputnik.Ötən ilin sonunda Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi görüşlərdə əldə olunmuş razılıqlar regionda vəziyyətin stabilləşməsi və problemlərin həlli istiqamətində real fəaliyyətə başlanılacağı gözləntisi yaradıb.
2022-ci ilin ilk on günlüyü isə Azərbaycan-Ermənistan arasındakı müəyyən edilməmiş sərhəd xəttində atəşkəsin pozulması ilə yadda qaldı. Hətta erməni tərəfi Azərbaycan hərbçilərinin mülki vətəndaşları atəşə tutması ilə bağlı məlmat yaydı. Azərbaycan Müdafiə nazirliyi Ermənistan tərəfinin uydurma iddialarını təkzib etdi.
Yanvarın 11-də isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Bəs atəşkəsin pozulması kimə lazımdır?
Sputnik Azərbaycan mövzu ilə bağlı politoloq Tural İsmayılovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq Tural İsmayılov bildirib ki, Ermənistan təxribatlarının danışıqlar prosesinə təsir edəcəyini ehtimal etmir: "Regionda sülhün, etimad mühitinin formalaşması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsi ilə bağlı şərtləri təkcə qalib tərəf kimi Azərbaycan diqtə etmir. Regional oyunçular da vəziyyətin stabilləşməsində maraqlı olduqlarını dəfələrlə ifadə ediblər. Eyni zamanda Rusiyanın vəziyyətin stabilləşməsi ilə bağlı mövqeyi ortadadır".
Onun sözlərinə görə, Cənubi Qafqazda sabitlik naminə Azərbaycanın diqtə etdiyi şərtlər Rusiya tərəfindən dəstəklənir: "Biz burada Türkiyə amilini kənara qoya bilmərik. Türkiyə Azərbaycan və Rusiya ilə eyni mövqeni bölüşür. Düşünürəm ki, ötən il yanvarın 11-də keçirilmiş Moskva görüşünün birilliyində Ermənistanın törətdiyi bu tipli təxribatlar görüşlərdə əldə olunmuş nəticələri sabotaj etməyə cəhd kimi dəyərləndirilməlidir".
Tural İsmayılovun sözlərinə görə, Paşinyan KTMT tərkibində Rusiyaya qarşı çirkin siyasətini pərdələməklə yanaşı, Qərbdəki imperialist dairələrdən aldığı direktivləri yerinə yetirməyə çalışır.
Politoloqun fikrincə, bu təxribatlar əldə olunmuş razılıqları Qərbdə gözdən salmağa xidmət edir: "Bununla da Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün dünyanın iqtisadi inkişafına töhfə verəcək layihələrinin icrasını yubatmağa çalışırlar. Qərbdəki müəyyən dairələr regionda qeyri-sabit mühitin qalmasında maraqlıdır".
Politoloq İlyas Hüseynov hesab edir ki, 2021-ci ildə bir sıra məsələlərdə konsensus əldə oluna bilmədi və cari ildə atəşkəsin pozulması narahatedici məqamdır.
Ötən il Zəngəzur dəhlizi ilə bağlı dəmiryolu marşrutunun müəyyən ediməsinin əlamətdar hadisə olduğunu vurğulayan politoloq deyib:
"Tərəflər arasında bu məsələ ətrafında yekdil rəyin formalaşması onu deməyə əsas verir ki, gələcəkdə avtomobil nəqliyyatının işə düşməsinə dair tərəflərin mövqelərinin uzlaşdırılması danışıqların əsas qayəsi olacaq. Digər problem isə sərhədlərin delimitasiya olunmamasıdır ki, bu da digər problemlərə zəmin yaradır".
İlyas Hüseynov onu da vurğulayıb ki, bu məsələnin ötən il həllini tapmaması Ermənistanın genişmiqyaslı təxribatına imkan yaratdı: "Azərbaycan Ermənistana qarşı humanist addımlar atır. Amma atəşkəsin pozulması onu göstərir ki, regionda həllini gözləyən vacib problemlər qalır. Cari ildə sərhədlərin müəyyənləşdirilməsi məsələsini başa çatdırmaq regionda sülhün və təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".
"Sərhədlərin delimitasiya və demarkasiya məsələsinin həlli regional təhlükəsizlik arxitekturasını bir qədər möhkəmləndirəcək. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü tezis çox əhəmiyyətlidir" - deyə politoloq əlavə edib.
Eləcə də oxuyun:
* Sərhəddə təxribat, hərbi qulluqçumuz şəhid olub - MN
* Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Xəbər lenti
0