https://sputnik.az/20220111/eserlerini-sehidlere-hesr-eden-heveskar-ressam---vdeo-438035440.html
Əsərlərini şəhidlərə həsr edən həvəskar rəssam - VİDEO
Əsərlərini şəhidlərə həsr edən həvəskar rəssam - VİDEO
Sputnik Azərbaycan
Rəssam: "Hər hansısa bir işi sifariş verirlər, amma qiymətə gələndə simiclik edirlər"
2022-01-11T10:15+0400
2022-01-11T10:15+0400
2022-01-11T10:15+0400
rəssam
mədəniyyət
şəhid
əsər
https://cdnn1.img.sputnik.az/img/07e5/04/04/426617937_0:50:1200:725_1920x0_80_0_0_19ce2761b8223dbc600a0b3ddaf37dd9.jpg
BAKI, 11 yanvar — Sputnik. Ramazan Məmmədli Qax rayonunda anadan olub. Uşaqlıqdan rəssamlığa böyük sevgisi olsa da, valideynləri onu bu fikrindən daşındırmağa çalışıb. Amma necə deyərlər, niyyətin hara, mənzilin də ora. Rəssam yaradıcılığı və bu sahədə qarşılaşdığı çətinliklərlə bağlı Sputnik Azərbaycan-a danışarkən bildirdi ki, yaşadığı bölgədə rəssamlığı gəlirli sahə hesab etmirlər. Ona görə də valideynləri onu başqa sahəyə yönəltməyə çalışıblar:"Mən uşaqlıqdan rəsmlər çəkirdim və müxtəlif müsabiqələrə qatılırdım. Amma valideynlərim və bölgəmizdəki insanlar deyirdilər ki, "bu sənətdən nə qazanacaqsan? Ondansa get özünə elə bir sənət seç ki, sabah pul qazana biləsən". Elə buna görə də valideynlərim məni musiqi məktəbinə, qarmon sinfinə qoydular".Müsahibizin ilk təhsili Turizm kollecində, reklamçılıq fakültəsində alıb. Rəssamlıq Akademiyasına qəbul olunsa da təhsil haqqı yüksək olduğundan bu sevdadan əl çəkən gənc rəssam hazırda Memarlıq və İnşaat Universitetində menecmentlik üzrə təhsil alır:"İxtisasım rəssamlıq olmasa da, bu sənəti inkişaf etdirirəm. Sosial şəbəkələrdən, internetdən tanınmış dünya və Azərbaycan rəssamlarının əl işlərinə baxıram, onlardan nələrisə öyrənməyə çalışıram".Əvvəllər onu bu sənətdən uzaqlaşdırmağa çalışan valideynləri indi Ramazanla fəxr edirlər:"Təkcə nənəm məni dəstəkləyirdi. Deyirdi "qoyun özü seçsin öz sənətini". İndi valideynlərim deyirlər ki, "kaş o vaxt səni rəssamlıq məktəbinə qoyardıq".Ramazan Albaniyanın Tirana şəhərində keçirilən "Əbədi gənc olmaq və olmamaq" adlı beynəlxal rəsm sərgisinə qatılıb və həmin əsər qalib olub:"Əsərimdə müharibədən əziyyət çəkən uşaqları təsvir etmişəm. Müharibənin baş verməsində yeganə günahsızlar uşaqlardır. Amma ən çox onlar bundan əziyyət çəkirlər. Həmin əsərdə təsvir etdiyim uşaqlardan biri Xocalı soyqırımında doğmalarını itirmiş uşaqdır. Digəri isə ötən il Gəncədə ermənilərin törətdikləri terror zamanı yaralanan və valideynlərini itirən uşağı təsvir etmişəm. Dünya isə bu fəlakəti görmək və eşitmək istəmir".Daha çox portret janrında işləyən Ramazan Məmmədli bildirir ki, çəkdiyi portretlərin böyük bir qismi şəhidlərimzə həsr olunub:"Hər birimiz şəhidlərimizə borcluyuq. Onların portretlərini çəkəndə sanki özümü onlara olan borcumu qismən ödəmiş kimi hiss edirəm. Bəzilərini onların doğmalarına şəxsən təqdim etdim. Hər dəfə gedəndə günlərlə özümə gələ bilmirəm deyə, çalışıram əsərlərimi başqa insanların vasitəsi ilə onların ailələrinə göndərim".Rəssam bildirir ki, hər insanın portretini işləmək o qədər də asan deyil. Bəzi insanlar var ki, onların üz cizgilərini yaratmaq daha çətin olur:"Ən rahat üz cizgiləri olan insan Milli qəhrəman Polad Həşimovdur. Bundan başqa, Hikmət Hacıyevin də üz cizgilərini işləmək rahatdır. Hikmət bəyin portretini işlədikdən sonra sosial şəbəkədə paylaşdım. Sonra Hikmət bəyin özü də paylaşdı və mənə təşəkkür etdi. Ən çox çətinlik çəkdiyim isə şəhid Xudayar Yusifzadənin təsviri idi. Çünki, onun gülüşünü alındırmaq çox çətin oldu. Əksər rəssamlar onun gülüşünü, üzündəki qəmzəni yarada bilməyiblər".Həmsöhbətimiz qeyd edir ki, bizdə rəssamların əsərlərinə lazımi qiymət verilmir:"Hər hansısa bir işi sifariş verirlər, qiymət deyəndə razılaşmırlar. Baha olduğunu deyirlər. Halbuki evlərinə ondan da bahalı əşyalar alırlar. Amma rəsm əsərinə gələndə simiclik edirlər. Mən "Aqropark"da fəhləlik edirdim. Bizə rəhbərlik edən Türkiyə vətəndaşı mənim işlərimi görmüşdü və məndən xahiş etdi ki, oradakı binanın divarlarına rəsm əsəri çəkim. Çəkdim, böyük məbləğdə pul ödədi. Bizdə isə bu, mümükünsüzdür".Həmçinin oxuyun:Gələcəyin stomatoloqu bormaşınla zinət əşyaları yaradırFaşistləri lərzəyə salan Mehdi Hüseynzadə - maraqlı faktlarTəhsilhaqqını ödəyə bilməyən tələbələri rüsvay edənlər cəzalandırıldı? ADMİU-dan açıqlama
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/04/426617937_141:0:1161:765_1920x0_80_0_0_0c7157d9f453968df9797a577391bc4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsərlərini şəhidlərə həsr edən həvəskar rəssam - video
əsərlərini şəhidlərə həsr edən həvəskar rəssam - video
Əsərlərini şəhidlərə həsr edən həvəskar rəssam - VİDEO
Uşaqlıqdan bu rəssamlığa böyük sevgisi olsa da, valideynləri onu bu fikrindən daşındırmağa çalışıb. Amma, necə deyərlər, niyyətin hara, mənzilin də ora.
BAKI, 11 yanvar — Sputnik. Ramazan Məmmədli Qax rayonunda anadan olub. Uşaqlıqdan rəssamlığa böyük sevgisi olsa da, valideynləri onu bu fikrindən daşındırmağa çalışıb. Amma necə deyərlər, niyyətin hara, mənzilin də ora.
Rəssam yaradıcılığı və bu sahədə qarşılaşdığı çətinliklərlə bağlı
Sputnik Azərbaycan-a danışarkən bildirdi ki, yaşadığı bölgədə rəssamlığı gəlirli sahə hesab etmirlər. Ona görə də valideynləri onu başqa sahəyə yönəltməyə çalışıblar:
"Mən uşaqlıqdan rəsmlər çəkirdim və müxtəlif müsabiqələrə qatılırdım. Amma valideynlərim və bölgəmizdəki insanlar deyirdilər ki, "bu sənətdən nə qazanacaqsan? Ondansa get özünə elə bir sənət seç ki, sabah pul qazana biləsən". Elə buna görə də valideynlərim məni musiqi məktəbinə, qarmon sinfinə qoydular".
Müsahibizin ilk təhsili Turizm kollecində, reklamçılıq fakültəsində alıb. Rəssamlıq Akademiyasına qəbul olunsa da təhsil haqqı yüksək olduğundan bu sevdadan əl çəkən gənc rəssam hazırda Memarlıq və İnşaat Universitetində menecmentlik üzrə təhsil alır:
"İxtisasım rəssamlıq olmasa da, bu sənəti inkişaf etdirirəm. Sosial şəbəkələrdən, internetdən tanınmış dünya və Azərbaycan rəssamlarının əl işlərinə baxıram, onlardan nələrisə öyrənməyə çalışıram".
Əvvəllər onu bu sənətdən uzaqlaşdırmağa çalışan valideynləri indi Ramazanla fəxr edirlər:
"Təkcə nənəm məni dəstəkləyirdi. Deyirdi "qoyun özü seçsin öz sənətini". İndi valideynlərim deyirlər ki, "kaş o vaxt səni rəssamlıq məktəbinə qoyardıq".
Ramazan Albaniyanın Tirana şəhərində keçirilən "Əbədi gənc olmaq və olmamaq" adlı beynəlxal rəsm sərgisinə qatılıb və həmin əsər qalib olub:
"Əsərimdə müharibədən əziyyət çəkən uşaqları təsvir etmişəm. Müharibənin baş verməsində yeganə günahsızlar uşaqlardır. Amma ən çox onlar bundan əziyyət çəkirlər. Həmin əsərdə təsvir etdiyim uşaqlardan biri Xocalı soyqırımında doğmalarını itirmiş uşaqdır. Digəri isə ötən il Gəncədə ermənilərin törətdikləri terror zamanı yaralanan və valideynlərini itirən uşağı təsvir etmişəm. Dünya isə bu fəlakəti görmək və eşitmək istəmir".
Daha çox portret janrında işləyən Ramazan Məmmədli bildirir ki, çəkdiyi portretlərin böyük bir qismi şəhidlərimzə həsr olunub:
"Hər birimiz şəhidlərimizə borcluyuq. Onların portretlərini çəkəndə sanki özümü onlara olan borcumu qismən ödəmiş kimi hiss edirəm. Bəzilərini onların doğmalarına şəxsən təqdim etdim. Hər dəfə gedəndə günlərlə özümə gələ bilmirəm deyə, çalışıram əsərlərimi başqa insanların vasitəsi ilə onların ailələrinə göndərim".
Rəssam bildirir ki, hər insanın portretini işləmək o qədər də asan deyil. Bəzi insanlar var ki, onların üz cizgilərini yaratmaq daha çətin olur:
"Ən rahat üz cizgiləri olan insan Milli qəhrəman Polad Həşimovdur. Bundan başqa, Hikmət Hacıyevin də üz cizgilərini işləmək rahatdır. Hikmət bəyin portretini işlədikdən sonra sosial şəbəkədə paylaşdım. Sonra Hikmət bəyin özü də paylaşdı və mənə təşəkkür etdi. Ən çox çətinlik çəkdiyim isə şəhid Xudayar Yusifzadənin təsviri idi. Çünki, onun gülüşünü alındırmaq çox çətin oldu. Əksər rəssamlar onun gülüşünü, üzündəki qəmzəni yarada bilməyiblər".
Həmsöhbətimiz qeyd edir ki, bizdə rəssamların əsərlərinə lazımi qiymət verilmir:
"Hər hansısa bir işi sifariş verirlər, qiymət deyəndə razılaşmırlar. Baha olduğunu deyirlər. Halbuki evlərinə ondan da bahalı əşyalar alırlar. Amma rəsm əsərinə gələndə simiclik edirlər. Mən "Aqropark"da fəhləlik edirdim. Bizə rəhbərlik edən Türkiyə vətəndaşı mənim işlərimi görmüşdü və məndən xahiş etdi ki, oradakı binanın divarlarına rəsm əsəri çəkim. Çəkdim, böyük məbləğdə pul ödədi. Bizdə isə bu, mümükünsüzdür".