Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gənc rəssam qeyri-adi texnika ilə eyni vaxtda bir neçə portret yaradır

Abunə olmaq
Qazaxıstanlı rəssam Asel Sabirxanqızı qeyri-adi texnikadan istifadə edərək, eyni anda bir neçə tamamilə fərqli portret çəkir. Ətraflı videomuzda.
Almatılı rəssam Asel Sabirxanqızı rəsmlərini sosial şəbəkələrdə "Assol" təxəllüsü ilə paylaşır. Aselin sözlərinə görə, rəsm çəkməyə sevgi onda uşaqlıqdan yaranıb. Sonra bu hobbi əsl peşəyə və həyat tərzinə çevrilib. Asel müsahibəsində bunları bildirib:
“Əvvəl karandaşla çəkirdim rəsmləri, sonra rəssamlığa aşiq oldum və bu işi daha peşəkar yerinə yetirmək qərarına gəldim. Rəssamlıq məktəbinə, sonra isə kollecə daxil oldum”.
Rəsm ustasının əsas yaradıcılıq istiqaməti kətan üzərində yağlı boya ilə hiperrealist portretlərdir. Belə rəsmlərə böyük tələbat var və rəssam üçün gəlir mənbəyidir. Asel öz bacarıqlarını daim təkmilləşdirir, digər rəsm üsullarını da öyrənir.
Rəssam eyni anda üç portret yaratma prosesini "TikTok"-da yerləşdirib:""TikTok"-da üç portretlə çəkdiyim video 1,3 milyon baxış qazanıb. Çoxlu şərhlər yazdılar və insanlardan çox bəyənmə gəldi”.
Bütün bu uğurlarına baxmayaraq, Assol bununla kifayətlənməyi planlaşdırmır. Rəssam bir sıra müəllif rəsmləri yaratmağı, təkcə Qazaxıstanda deyil, xaricdə də sərgi keçirməyi planlaşdırır.
Xəbər lenti
0