DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər koronavirusdan qoruyan molekul yaratdılar

© Photo : NIAID-IRFCovid 19
Covid 19 - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Tədqiqatın müəllifləri həmin molekulun "Omikron" da daxil olmaqla, koronavirusun bütün məlum ştamlarına yoluxmanın qarşısını aldığını bildiriblər.
BAKI, 11 yanvar — Sputnik. Helsinki Universitetinin alimləri koronavirusa qarşı qısamüddətli qorumanı təmin edə bilən molekul yaradıblar. Bu barədə universitetin rəsmi saytında məlumat yerləşdirilib.

"Hüceyrələrin kultivasiyası və heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, alimlər tərəfindən hazırlanmış yeni TriSb92 molekulu, hətta infeksiya riski yüksək olan hallarda belə, ən az səkkiz saat ərzində koronavirus infeksiyasından qoruyur. Peyvəndin təmin etdiyi mühafizədən fərqli olaraq, TriSb92-in təsiri onun tətbiqindən dərhal sonra özünü göstərməyə başlayır", – deyə məlumatda bildirilir.

Tədqiqatın müəlliflərindən biri Anna Myakela izah edib ki, bu molekul burun vasitəsilə yoluxma ehtimalı olan siçanları koronavirusdan qoruyub, həmin molekulun tətbiq olunmadığı siçanlar infeksiyaya yoluxublar.
Myakel TriSb92-nin "Omikron" da daxil olmaqla, koronavirusun bütün məlum ştamlarına yoluxmanın qarşısını aldığını bildirib. Eyni zamanda, qeyd edib ki, molekul peyvəndə rəqib deyil, əksinə ona əlavə hesab olunur.
Finlandiya Milli Səhiyyə və Rifah İnstitutunun məlumatına görə, epidemiya başlayandan bəri bu ölkədə 328 mindən çox koronavirusa yoluxma və 1656 ölüm halı qeydə alınıb.
Həmçinin oxuyun:
Azərbaycandakı testlər "Omikron"u aşkarlaya bilir?
Azərbaycanda koronavirusun "Omikron" ştammı aşkarlandı
"Omikron"un bu simptomu özünü gecələr göstərir
Omikron ştammının yayılmasını necə ləngitmək olar?
Xəbər lenti
0