https://sputnik.az/20220110/azerbaycandaki-testler-omikronu-askarlaya-bilir-438028148.html
Azərbaycandakı testlər "Omikron"u aşkarlaya bilir?
Azərbaycandakı testlər "Omikron"u aşkarlaya bilir?
Sputnik Azərbaycan
Koronavirusun bütün ştamları istər "Alfa", "Beta", "Delta", istərsə də "Omikron" COVID-19 PCR testində müsbət göstərir.
2022-01-10T16:52+0400
2022-01-10T16:52+0400
2022-01-10T16:52+0400
səhiyyə
test
aşkar
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/18/437547444_0:0:3573:2009_1920x0_80_0_0_f21941f3f1978510980a1538066892b4.jpg
BAKI, 10 yanvar — Sputnik. Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün istifadə olunan PCR testlərinin "Omikron" ştamını aşkarlamadığı barədə iddialara cavab verib.Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Report"a açıqlamasında yeni ştam da koronavirusun digər növləri kimi adi PCR test üsulu ilə aşkarlandığını bildirib.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə "Report"a bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir: "Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştamları istər "Alfa", "Beta", "Delta", istərsə də "Omikron" COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştam olmasını fərqləndirə və təyin edə bilmir. Ştamın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ "influenza"dır".Qeyd edək ki, Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb.Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.Qeyd olunub ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".Həmçinin oxuyun:Azərbaycanda koronavirusun "Omikron" ştammı aşkarlandı"Omikron"un bu simptomu özünü gecələr göstərirOmikron ştammının yayılmasını necə ləngitmək olar?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/18/437547444_300:0:3031:2048_1920x0_80_0_0_140cda41a7a0adb3a6ba45f74facebbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycandakı testlər "omikron"u aşkarlaya bilir?
azərbaycandakı testlər "omikron"u aşkarlaya bilir?
Azərbaycandakı testlər "Omikron"u aşkarlaya bilir?
Nazirlik PCR testlərinin "Omikron" ştamını aşkarlamadığı barədə iddialara cavab verib.
BAKI, 10 yanvar — Sputnik. Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün istifadə olunan PCR testlərinin "Omikron" ştamını aşkarlamadığı barədə iddialara cavab verib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Report"a açıqlamasında yeni ştam da koronavirusun digər növləri kimi adi PCR test üsulu ilə aşkarlandığını bildirib.
"Çünki mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur. Mövsümü virusa yoluxanlardan götürülən test nəticələrinin neqativ çıxması bir daha sübut edir ki, həmin nümunələrdə COVID-19 virusu yoxdur", - deyə o vurğulayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə "Report"a bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir: "Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştamları istər "Alfa", "Beta", "Delta", istərsə də "Omikron" COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştam olmasını fərqləndirə və təyin edə bilmir. Ştamın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ "influenza"dır".
Qeyd edək ki, Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".