Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO ölkələri "Rusiya geosiyasi ekspansiyasına" qarşı çiyin-çiyinə

Abunə olmaq
Bu geosiyasi paradiqmaya görə, artıq rəqiblər yoxdur və Rusiya onu özünə düşmən hesab edənlərə qardaş kimi qucaq açmağa hazırdır.
BAKI, 10 yanvar — Sputnik, Yelena Karayeva. Bu gün Cenevrədə başlayan Rusiya-Amerika danışıqlarından əvvəl "NATO müttəfiqləri ilə məsləhətləşmələr" keçirildi və aydın məsələdir ki, Vaşinqton müzakirələrin tonunu belə ("biz çoxuq, siz isə tək") özü müəyyənləşdirmək niyyətindədir.
Yaxşı unudulmuş keçmişi təzə yerinə sırımaq cəhdi Rusiyada yalnız gülüş doğura bilər. Eynilə Şimali Atlantika Alyansına daxil olan ölkələrin xarici işlər nazirlərinin debatı da Moskva üçün sürpriz olmamışdı.
NATO ölkələri "Rusiyanın təcavüzkar hərəkətləri", "imperiya vərdişləri", "Yalta müqaviləsinin çertyojları əsasında yaşamaq səyləri" barədə köhnə mantraları təkrarlamağa imkan tapdılar. Yalta konfransı və onun yekunları ilə bağlı hücumlar isə lap zəhlətökəndir. Xüsusilə də, "Yalta sxemi"nin qəbuledilməzliyi ilə Ukraynanın yanaşı qoyulduğu bəyanatlar. Belə ki, Yalta konfransı zamanı Ukraynanın SSRİ-nin tərkibinə daxil olan respublika kimi BMT-də yer alması məsələsi həll edilmiş və razılaşdırılmışdı (Stalin Ukraynanın hilterizm üzərində qələbəyə böyük töhfə verdiyini və bunun çox qiymətli olduğunu Çörçill və Ruzveltə izah etməyə çalışaraq bu məsələdə təkid edirdi).
Yalta konfransının bu gün təkzib edilən nəticələri təkcə diplomatiyaya deyil, həm də iqtisadiyyata və siyasətə sirayət edib. Dünya (NATO-nun Baş qərargahındakı məmurların xoşuna gəlsə də, gəlməsə də) onilliklər boyunca daha təhlükəsiz və etibarlı şəkildə yaşayırdı. Yaranan böhranlar aradan qaldırılır və iki sistem, iki dünyagörüşü arasında ideoloji qarşıdurma nə qədər qızğın getdə də, xüsusilə Avropada açıq hərbi münaqişəyə çevrilmirdi.
Yüksək kürsülərdən "Yalta" öldü" və bundan sonra Krımda imzalanmış sənədlərdə qeyd olunan nəticələrin əvəzinə "yeni düşüncə" tətbiq olunacaq deyə bildiriləndə hər şey dəyişdi.
Bu geosiyasi paradiqmaya görə, artıq rəqiblər yoxdur və Rusiya onu özünə düşmən hesab edənlərə qardaş kimi qucaq açmağa hazırdır.
Eləcə də keçmiş düşmənləri Rusiyanı qəbul etməyə hazırdırlar. Ancaq bir şərtlə: həmin dövrdə "beynəlxalq arenada" qəbul olunduğu kimi ölkəmiz öz xarici siyasətindən, möhkəm dövlət suverenliyindən və maraqlarından imtina etməli idi.
Və nə qədər ki, (müxtəlif səbəblərdən) bu status-kvo saxlanılırdı, bizim Qərb tərəfdaşlarımız bununla bağlı narahat deyildilər, ancaq elə ki, Moskva etiraz etməyə başladı, dərhal onu cilovlamaq qərarına gəldilər.
Üstündən bir neçə ay keçəndən, Rusiya desantçılarının Priştina aeroportundakı yürüşündən sonra Rusiyanın qarşısının alınması ilə bağlı siyasi qərar hüquqi forma da qazandı – Şimali Atlantika Alyansı NATO-ya namizədlik mərhələsini razılaşdırdı.
Namizədlik formal şəkildə üzvlük olmadan hərbi-siyasi alyansa daxil olmağa imkan verirdi və indi də verir.
Bəs bu necə ola bilər?
Bax beləcə.
NATO həm ordu personalının təlimlərini, həm də hərbi texnika ilə təchizatı nəzərdə tutan milli müdafiə proqramlarının yaradılması və maliyyələşdirilməsinə yardım edir. Bu proqramlar həm də konkret ölkənin silahlı qüvvələrinin sıralarında hərbi təlimatçıların və müşahidəçilərin olmasına imkan verir. Bundan başqa, bu cür proqramlar bəzən alyansın aldığı kəşfiyyat məlumatlarının bir hissəsini əldə etməyə və bu məlumatlardan istifadəyə imkan verir ki, bu da NATO büdcəsindən maliyyələşən dövlətlərin demək olar ki, istənilən hərbi şıltaqlığını təmin edə bilər.
Namizədliyə yol açılan kimi aqressiya da başladı. Sixinvali sakinləri bunu hamıdan əvvəl hiss etdilər: Gürcüstan 2008-ci ilin aprelində NATO-ya qəbul edilməyə namizəd oldu və düz dörd aydan sonra hərbi güc rolunu oynamaq qərarına gələrək Cənubi Osetiyada yerləşdirilmiş Rusiya sülhməramlılarına hücuma keçdi.
Yeri gəlmişkən, bu hələ yumşaq variantdır. NATO ənənəvi olaraq Rusiyanın yaxınlığında, Balkanlarda genişlənmək üçün Yuqoslaviyanı dağıtmalı oldu. Sonradan demək olar ki, bu ölkənin tərkibinə daxil olan bütün respublikaları tədricən öz üzvlüyünə qəbul etdi. Hətta Yunanıstanın Şimali Makedoniyanın NATO-ya qəbul edilməsi ilə bağlı etirazını dəf etməyi bacardı - bir vaxtlar keçmiş Yuqoslaviyanın bir hissəsi olan bu ölkə öz adının qarşısına "Şimali" təyinin əlavə edərək tarixi adını dəyişməyə belə razılıq verdi.
Yalta razılaşmasını pozmaq qərarına gələn bizim Qərb tərəfdaşlarımız, artıq bu gün anlaşıldığı kimi, bu ilk addımın səhv qərarlar silsiləsi ilə nəticələnəcəyini gözləmirdilər. Birincisi, onlar Rusiyanın ona kimin hücum etməsi ilə bağlı yaddaşının bu qədər güclü olacağını düşünməmişdilər, ikincisi NATO həm də Rusiyanın təhlükəsizliyinə və mövcudluğuna birbaşa təhdidlər qarşısında daha mülayim davaranacağına bel bağlamışdı.
Rusiya onun paytaxtına məsafənin bu qədər qısaldılması ilə razılaşmır. Rusiya həm də onunla ultimatum dilində danışılması ilə (üstəlik gicgahına tapança dirəməklə da razı deyil) razı deyil və heç vaxt da razı olmayacaq.
Və bütün bu təhdid cəhdlərinə tamamilə ətraflı və şəffaf cavablar verildi. Özü də sakit tonla.
O ki qaldı Avropa və Amerika mətbuatının "Ukrayna ilə sərhədə qoşunların toplanması" ilə bağlı isterikasına hətta qeyri-obyektiv yoxlamalar belə bu məlumatların (əgər belə demək mümkünsə) dezinformasiyadan başqa bir şey olmadığını təsdiqləməyə imkan verir. Bu Amerikanın cənub sərhədlərindən təxminən min kilometr uzaqlıda ordu kazarmalarının mövcudluğunu əsas götürərək ABŞ-ın Meksikaya hücuma keçəcəyindən şübhələnmək kimi bir şeydir.
Alyans ölkələrinin otuza yaxın xarici işlər nazirləri bir neçə saat ərzində Amerika diplomatiyasının şefi Blinkenin nitqinə qulaq asdılar. O nazirlərə "Rusiya geosiyasi ekspansiyasını" izah eləyəndən sonra onlar da itaətkarlıqla vaxtilə rus hərbçiləri tərəfindən xilas edilmiş Parisi və yenə də rus əsgərləri tərəfindən azad edilmiş Berlini hansı "rus təhlükəsinin" gözlədiyindən danışmağa başladılar.
Rusiyadan fərqli olaraq yaddaş pozğunluğundan əziyyət çəkən avropalılar köhnə təbliğat klişesini təkrarlayırdılar və söhbət seçkilərdən gedəndə bura "rus izlərini" də əlavə edirdilər. Necə deyərlər heç yeridir? Ancaq qorxu nağılının bir az da qorxulu hal alması üçün bu da işə yarayır.
Bu cür ritorika, əslində (nəticə, demək olar ki, sıfıra bərabərdir, çünki adi ağlı başında olan avropalılar Rusiya haqqında əvvəllər necə rəğbətlə danışırdılarsa, indi də o cür danışırlar) - natiqlərin özlərindən xəbər verir.
Kürsüdən "yeni düşüncəni" müntəzəm şəkildə xatırladan, arxa otaqda isə keçmiş Sovet blokunun ölkələrini alyansa qoşulmağa inandıran onlardır, biz deyilik.
"Ümumbəşəri dəyərləri" elan edib daha sonra istər Balkanlarda, istərsə də postsovet məkanında mülki şəxslərin edam və ölümlərini amansız soyuqqanlılıqla izləyənlər onlardır, biz deyilik.
"Tərəfdaşların bərabər hüquqlarından" dəm vurub sonra da aqressiv avantüristləri öz orbitlərinə çəkərək hücum etməyə və öldürməyə məcbur edən onlardır, biz deyilik.
Danışıqlar ərəfəsində Rusiyanı növbəti dəfə alçatmaq və təhqir etmək məqsədilə mətbuatda təbliğat kampaniyası düzəldən də onlardır, biz deyilik.
Onlar öz tarixlərini unutduqları kimi, indi Şimali Atlantika Alyansının bir hissəsi olanlar da unudublar ki, XXI əsrdə nə amerikalılar, nə də avropalılar deyil, məhz ruslar onları real "yeni düşüncəyə" uyğun olaraq real yeni təhlükələrdən xilas edib.
Rusiya Avropanın büdrədiyi yerdə ona əlini uzadaraq ayrı-ayrı ölkələri və bütün qitəni qandan, zorakılıqdan, dəhşətdən çəkib çıxarıb.
Həmçinin oxuyun:
Rusiya ABŞ və NATO ilə konstruktiv dialoq üçün şərti açıqlayıb - Ryabkov izahat verdi
Putin: "KTMT sülhməramlıları Qazaxıstandan çıxarılacaq"
Xəbər lenti
0