https://sputnik.az/20220110/ryabkov-nato-ile-konstruktiv-dialoq-ucun-serti-aciqlayib-438016089.html
Rusiya ABŞ və NATO ilə konstruktiv dialoq üçün şərti açıqlayıb - Ryabkov izahat verdi
Rusiya ABŞ və NATO ilə konstruktiv dialoq üçün şərti açıqlayıb - Ryabkov izahat verdi
Sputnik Azərbaycan
Ötən gecə Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub. 10.01.2022, Sputnik Azərbaycan
2022-01-10T13:39+0400
2022-01-10T13:39+0400
2022-01-10T13:48+0400
nato
rusiya
abş
bmt
cenevrə
sergey ryabkov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 10 yanvar — Sputnik. Moskva ABŞ-ın Ukrayna ərazisində raketlərin yerləşdirilməməsi barədə nə elan edəcəyini dinləməyə hazırdır. Ancaq Cenevrədə keçiriləcək görüşdə konstruktiv dialoq yalnız NATO-da Ukraynanın gələcəyi ilə bağlı Budapeşt sammitinin qərarlarına yenidən baxılmasının daha geniş kontekstində mümkündür.Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mediaya verdiyi müsahibəsində qeyd edib.Bu yaxınlarda ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi Amerika tərəfinin təhlükəsizlik zəmanətləri üzrə Rusiyanın təkliflərinin müəyyən aspektlərini, o cümlədən raketlərin Ukrayna ərazisində yerləşdirilməməsini Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirib."Mənim bununla bağlı proqnozlarım kifayət qədər pessimistdir, ancaq biz israrla izah edəcəyik ki, bu əsas məsələ həll olunmadan mümkün dialoq nəticə verməyəcək", - nazir müavini deyib.Ötən gecə Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub. Təhlükəsizlik zəmanətləri ilə bağlı bu "ilkin" danışıqların nəticələrinə əsasən Ryabkov söhbətin çətin, ancaq işgüzar xarakter daşıdığını qeyd edib.Müzakirələrin əsas hissəsi bazar ertəsi BMT-nin Cenevrə bölməsinin nəzdindəki ABŞ-ın daimi nümayəndəliyinin ərazisində qapalı formatda keçiriləcək.
abş
cenevrə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya ukrayna ilə bağlı nato-ya öz şərtlərini diqtə etdi
rusiya ukrayna ilə bağlı nato-ya öz şərtlərini diqtə etdi
Rusiya ABŞ və NATO ilə konstruktiv dialoq üçün şərti açıqlayıb - Ryabkov izahat verdi
13:39 10.01.2022 (Yenilənib: 13:48 10.01.2022) Ötən gecə Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub.
BAKI, 10 yanvar — Sputnik. Moskva ABŞ-ın Ukrayna ərazisində raketlərin yerləşdirilməməsi barədə nə elan edəcəyini dinləməyə hazırdır. Ancaq Cenevrədə keçiriləcək görüşdə konstruktiv dialoq yalnız NATO-da Ukraynanın gələcəyi ilə bağlı Budapeşt sammitinin qərarlarına yenidən baxılmasının daha geniş kontekstində mümkündür.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mediaya verdiyi müsahibəsində qeyd edib.
Bu yaxınlarda ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi Amerika tərəfinin təhlükəsizlik zəmanətləri üzrə Rusiyanın təkliflərinin müəyyən aspektlərini, o cümlədən raketlərin Ukrayna ərazisində yerləşdirilməməsini Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirib.
"Biz onların dediklərini dinləyəcəyik. Ancaq bunu daha geniş kontekstdə ifadə etmək lazımdır: onlar 2008-ci il Budapeşt sammitinin qərarının geri götürülməsini təmin etməyə, Ukraynanın, eləcə də digər ölkələrin NATO-ya üzv olmayacaqlarına dair hüquqi zəmanət verməyə hazırdırlarmı? Sual açıqdır", - deyə Cenevrədəki danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Ryabkov qeyd edib.
"Mənim bununla bağlı proqnozlarım kifayət qədər pessimistdir, ancaq biz israrla izah edəcəyik ki, bu əsas məsələ həll olunmadan mümkün dialoq nəticə verməyəcək", - nazir müavini deyib.
Ötən gecə Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub. Təhlükəsizlik zəmanətləri ilə bağlı bu "ilkin" danışıqların nəticələrinə əsasən Ryabkov söhbətin çətin, ancaq işgüzar xarakter daşıdığını qeyd edib.
Müzakirələrin əsas hissəsi bazar ertəsi BMT-nin Cenevrə bölməsinin nəzdindəki ABŞ-ın daimi nümayəndəliyinin ərazisində qapalı formatda keçiriləcək.