https://sputnik.az/20220109/nuve-besliyi-qazaxistan-ve-rusiya-abs-danisiqlari---heftenin-onemli-hadiseleri-437976758.html
Nüvə beşliyi, Qazaxıstan və Rusiya-ABŞ danışıqları - Həftənin önəmli hadisələri
Nüvə beşliyi, Qazaxıstan və Rusiya-ABŞ danışıqları - Həftənin önəmli hadisələri
Sputnik Azərbaycan
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi 1968-ci ildə imzalanıb, 1970-ci ildə qanuni qüvvəyə minib. Müqavilə 11 may 1995-ci ildə müddətsiz uzadılıb.
2022-01-09T10:33+0400
2022-01-09T10:33+0400
2022-01-09T10:33+0400
qazaxıstan
siyasət
abş
iran
ankara
rusiya federasiyası
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437972784_0:160:3072:1888_1920x0_80_0_0_bb3f7429bb69395824503629e4e33d39.jpg
BAKI, 9 yanvar — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.Nüvə beşliyi nüvə müharibəsi etməmək barədə bəyanat yaydıYanvarın 3-ü ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.Bu dövlətlərin rəsmi saytlarında yerləşdirilən bəyanatda nüvə müharibəsində qalibin olmayacağı vurğulanır:“Nüvə silahlarının tətbiqi çox böyük əhatəli fəsadlara səbəb olacağı üçün hələ də mövcud olan nüvə silahlarının yalnız müdafiə məqsədlərinə, hərbi təcavüzə yol verməmək, müharibənin qarşısını almaq məqsədlərinə xidmət etməsinin vacibliyini təsdiqləyirik. Fikrimizcə, bu cür silahların yayılmasına son qoyulmalıdır”.Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər.Sözügedən bəyanatı şərh edən rusiyalı politoloq Marat Başirov deyib ki, tərəflər Rusiya Prezidenti Vladimir Putinə əzmkarlığına görə təşəkkür etməlidirlər. Çünki məhz onun əzmkarlığı sayəsində belə məsələlər uzun müddətə təxirə salınmır.Digər rusiyalı politoloq, Ən Yeni Dövlətlər İnstitutunun direktoru Aleksey Martınov da vurğulayıb ki, prosesin təşəbbüskarı Rusiya tərəfidir. Təkcə Rusiya şəxsi məqsədlərdən deyil, hamının təhlükəsizliyindən çıxış edir."Bu, əslində Rusiya Prezidenti Vladimir Putinin şəxsən nail olduğu məsələdir. O, istəyinə çatdı. Təəccüblü olan odur ki, bu sənədin təşəbbüskarı olan Rusiyadan başqa, imzalayanların hər biri öz mənfəətini güdür. Rusiya isə hamının təhlükəsizliyi nöqteyi-nəzərindən çıxış edir”, - deyə Martınov əlavə edib.Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək məqsədilə iş birliyini artırmaq, nüvə silahlarından tam və ya qismən imtina etməyi hədəfləyən beynəlxalq müqavilədir.Bu müqavilə 1968-ci ildə imzalanıb, 1970-ci ildə qanuni qüvvəyə minib. Müqavilə 11 may 1995-ci ildə müddətsiz uzadılıb.Rəisi Paşinyanla danışdı: Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan məmnundurYanvarın 3-ü İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb."Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”, - Rəisi deyib.İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.Prezident Şuşa ilə bağlı sərəncam imzaladıYanvarın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında sərəncam imzalayıb.Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:"Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır".Sərəncama əsasən, 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilib. Nazirlər Kabinetinə "Şuşa İli" ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.Qazaxıstanda iğtişaşlarİlin əvvəlində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.Qırğızıstan isə Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndib. Bakı və Ankara Qazaxıstandakı vəziyyət müzakirə olunubYanvarın 6-sı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub."Nazirlər, Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Nazirliyin məlumatında deyilir.Rusiya-ABŞ danışıqları nə vəd edir?ABŞ nümayəndə heyəti bazar günü, yanvarın 9-da Cenevrədə Rusiya nümayəndələri ilə strateji sabitlik üzrə ikitərəfli dialoq çərçivəsində danışıqların ilkin mərhələsinə başlayacaq. Əsas məsələ isə gələn həftənin birinci günü, yanvarın 10-da keçiriləcək.Bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi telefonla keçirdiyi brifinqdə deyib."Bizim nümayəndə heyətimiz sabah Cenevrəyə gəlir. Mümkündür ki, bazar günü onlar danışıqların ilkin mərhələsinə başlasınlar, ancaq əsas görüş sabahı gün olacaq", - o deyib.Onun sözlərinə görə, ABŞ Rusiya ilə dialoq çərçivəsində hərbi təlimlərin qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirməyə hazırdır:"Rusiya bəyan edir ki, ABŞ və NATO-nun təlimləri onun təhlükəsizliyini təhdid edir. Odur ki, biz bir-birimizin ərazilərimizin yaxınlığında strateji bombardmançıların uçuşu da daxil olmaqla təlimlərin miqyasının qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirə bilərik".Ancaq Ağ Ev rəsmisi həmçinin bəyan edib ki, ABŞ Cenevrədəki danışıqlarda Amerikanın Avropa ölkələrində hərbi mövcudluğunu azaltmaq imkanını müzakirə etmək niyyətində deyil."Biz guya ABŞ-ın müzakirə etməyə hazırlaşdığı bəzi məsələlər barədə məlumatları görmüşük, məsələn, Avropada qoşunlarımızın sayı barədə. Diqqətinizə çatdırmaq istərdim ki, bu məsələ gündəliyə daxil deyil", - o bildirib.ABŞ admnisitrasiyasının məmuru vurğulayıb ki, ölkəsi Ukrayna ərazisində hücum raket silahları yerləşdirməyi planlaşdırmır və bu mövzuda Rusiya ilə razılaşacaqlarını mümkün hesab edir."Rusiya bəyan edir ki, perspektivdə Ukrayna ərazisində hücum raket silahları yerləşdirilməsində təhlükə görür. Prezident Co Baydenin prezident Vladimir Putinə dediyi kimi, ABŞ belə davranmaq niyyətində deyil. Odur ki, bu, Rusiya üzərinə qarşılıqlı öhdəlik götürməyə hazır olarsa, qarşılıqlı anlaşma əldə edə biləcəyimiz məsələlərdəndir", - o deyib.Bayden administrasiyasının üzvü əlavə edib ki, üçüncü ölkələrin kiminlə müttəfiqlik edəcəyinə Rusiya qərar verməməlidir.O vurğulayıb ki, Rusiyanın tələbləri arasında elə məsələlər var ki, ABŞ onlarla "heç vaxt razı ola bilməz".Ağ Ev rəsmisi həmçinin Qazaxıstandakı iğtişaşlara ABŞ-ın heç bir aidiyyatı olmadığını vurğulayıb.Həmçinin oxuyun:NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydirPutinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləriNazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkib
abş
iran
ankara
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437972784_171:0:2902:2048_1920x0_80_0_0_f04c00ef4e31f2518e985b80afc66dfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nüvə beşliyi, qazaxıstan və rusiya-abş danışıqları - həftənin önəmli hadisələri barədə
nüvə beşliyi, qazaxıstan və rusiya-abş danışıqları - həftənin önəmli hadisələri barədə
BAKI, 9 yanvar — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Nüvə beşliyi nüvə müharibəsi etməmək barədə bəyanat yaydı
Yanvarın 3-ü ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.
Bu dövlətlərin rəsmi saytlarında yerləşdirilən bəyanatda nüvə müharibəsində qalibin olmayacağı vurğulanır:
“Nüvə silahlarının tətbiqi çox böyük əhatəli fəsadlara səbəb olacağı üçün hələ də mövcud olan nüvə silahlarının yalnız müdafiə məqsədlərinə, hərbi təcavüzə yol verməmək, müharibənin qarşısını almaq məqsədlərinə xidmət etməsinin vacibliyini təsdiqləyirik. Fikrimizcə, bu cür silahların yayılmasına son qoyulmalıdır”.
Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər.
Sözügedən bəyanatı şərh edən rusiyalı politoloq Marat Başirov deyib ki, tərəflər Rusiya Prezidenti Vladimir Putinə əzmkarlığına görə təşəkkür etməlidirlər. Çünki məhz onun əzmkarlığı sayəsində belə məsələlər uzun müddətə təxirə salınmır.
Digər rusiyalı politoloq, Ən Yeni Dövlətlər İnstitutunun direktoru Aleksey Martınov da vurğulayıb ki, prosesin təşəbbüskarı Rusiya tərəfidir. Təkcə Rusiya şəxsi məqsədlərdən deyil, hamının təhlükəsizliyindən çıxış edir.
"Bu, əslində Rusiya Prezidenti Vladimir Putinin şəxsən nail olduğu məsələdir. O, istəyinə çatdı. Təəccüblü olan odur ki, bu sənədin təşəbbüskarı olan Rusiyadan başqa, imzalayanların hər biri öz mənfəətini güdür. Rusiya isə hamının təhlükəsizliyi nöqteyi-nəzərindən çıxış edir”, - deyə Martınov əlavə edib.
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək məqsədilə iş birliyini artırmaq, nüvə silahlarından tam və ya qismən imtina etməyi hədəfləyən beynəlxalq müqavilədir.
Bu müqavilə 1968-ci ildə imzalanıb, 1970-ci ildə qanuni qüvvəyə minib. Müqavilə 11 may 1995-ci ildə müddətsiz uzadılıb.
Rəisi Paşinyanla danışdı: Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan məmnundur
Yanvarın 3-ü İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”, - Rəisi deyib.
İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.
Prezident Şuşa ilə bağlı sərəncam imzaladı
Yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:
"Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır".
Sərəncama əsasən, 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilib. Nazirlər Kabinetinə "Şuşa İli" ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
İlin əvvəlində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndib.
Bakı və Ankara Qazaxıstandakı vəziyyət müzakirə olunub
Yanvarın 6-sı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Nazirlər, Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Nazirliyin məlumatında deyilir.
Rusiya-ABŞ danışıqları nə vəd edir?
ABŞ nümayəndə heyəti bazar günü, yanvarın 9-da Cenevrədə Rusiya nümayəndələri ilə strateji sabitlik üzrə ikitərəfli dialoq çərçivəsində danışıqların ilkin mərhələsinə başlayacaq. Əsas məsələ isə gələn həftənin birinci günü, yanvarın 10-da keçiriləcək.
Bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi telefonla keçirdiyi brifinqdə deyib.
"Bizim nümayəndə heyətimiz sabah Cenevrəyə gəlir. Mümkündür ki, bazar günü onlar danışıqların ilkin mərhələsinə başlasınlar, ancaq əsas görüş sabahı gün olacaq", - o deyib.
Onun sözlərinə görə, ABŞ Rusiya ilə dialoq çərçivəsində hərbi təlimlərin qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirməyə hazırdır:
"Rusiya bəyan edir ki, ABŞ və NATO-nun təlimləri onun təhlükəsizliyini təhdid edir. Odur ki, biz bir-birimizin ərazilərimizin yaxınlığında strateji bombardmançıların uçuşu da daxil olmaqla təlimlərin miqyasının qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirə bilərik".
Ancaq Ağ Ev rəsmisi həmçinin bəyan edib ki, ABŞ Cenevrədəki danışıqlarda Amerikanın Avropa ölkələrində hərbi mövcudluğunu azaltmaq imkanını müzakirə etmək niyyətində deyil.
"Biz guya ABŞ-ın müzakirə etməyə hazırlaşdığı bəzi məsələlər barədə məlumatları görmüşük, məsələn, Avropada qoşunlarımızın sayı barədə. Diqqətinizə çatdırmaq istərdim ki, bu məsələ gündəliyə daxil deyil", - o bildirib.
ABŞ admnisitrasiyasının məmuru vurğulayıb ki, ölkəsi Ukrayna ərazisində hücum raket silahları yerləşdirməyi planlaşdırmır və bu mövzuda Rusiya ilə razılaşacaqlarını mümkün hesab edir.
"Rusiya bəyan edir ki, perspektivdə Ukrayna ərazisində hücum raket silahları yerləşdirilməsində təhlükə görür. Prezident Co Baydenin prezident Vladimir Putinə dediyi kimi, ABŞ belə davranmaq niyyətində deyil. Odur ki, bu, Rusiya üzərinə qarşılıqlı öhdəlik götürməyə hazır olarsa, qarşılıqlı anlaşma əldə edə biləcəyimiz məsələlərdəndir", - o deyib.
Bayden administrasiyasının üzvü əlavə edib ki, üçüncü ölkələrin kiminlə müttəfiqlik edəcəyinə Rusiya qərar verməməlidir.
O vurğulayıb ki, Rusiyanın tələbləri arasında elə məsələlər var ki, ABŞ onlarla "heç vaxt razı ola bilməz".
Ağ Ev rəsmisi həmçinin Qazaxıstandakı iğtişaşlara ABŞ-ın heç bir aidiyyatı olmadığını vurğulayıb.