https://sputnik.az/20211231/dunya-ucun-kritik-danisiqlarin-vaxti-aciqlandi-437757653.html
Putinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləri
Putinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləri
Sputnik Azərbaycan
Kreml Cozef Baydenlə Vladimir Putinin telefon danışıqlarını şərh edib. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T10:30+0400
2021-12-31T10:30+0400
2021-12-31T10:30+0400
rusiya
dünya xəbərləri
abş
görüş
cozef bayden
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/40918/83/409188322_0:0:2989:1682_1920x0_80_0_0_9b952d05a4f8df223b895bae9ec295d5.jpg
BAKI, 31 dekabr — Sputnik. ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə söhbətində hər iki ölkənin Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyinin təminatında xüsusi məsuliyyət daşıdığını vurğulayıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.ABŞ və Rusiya liderləri ötən gecə telefonla danışıblar, söhbət 50 dəqiqə çəkib. Əsasən təhlükəsizlik məsələləri üzrə danışıqlara başlanması müzakirə edilib. Qeyd olunur ki, danışıqların əsas mövzusu dekabrın 7-də keçirilmiş videokonfrans zamanı əldə edilən Rusiyanın təhlükəsizliyinə dair hüquqi zəmanətin verilməsi üzrə danışıqların başladılması olub. "Bayden söhbət zamanı bir neçə dəfə vurğulayıb ki, nüvə müharibəsinə başlamaq olmaz, eləcə də bildirib ki, həmin müharibənin qalibi olmayacaq, bu, çox vacibdir", - danışıqları şərh edən Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov söyləyib.O bildirib ki, dünyanın ən nəhəng nüvə potensialı ABŞ və Rusiyanın əlində cəmləşib."Qərbin ikinci dərəcəli siyasətçiləri Rusiya və ABŞ prezidentlərinin danışıqlarını şərh edirdilər, Bayden özü və danışıqlara cavabdeh olanlar isə sərt mövzulardan bir qayda olaraq yayınırdılar. "Ağırçəkili" NATO, Fransa, Almaniya, İngiltərə də həmçinin. Heç nə həll eləməyən ölkələr isə, eləcə də Jozep Borrel, çox danışırdılar, deyirdilər ki, onların maraqları nəzərə alınmalıdır, Rusiya NATO-nun genişlənməsi məsələsinə toxunmamalıdır", - Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbər müavini Vladimir Cabarov deyib. -----------01:10Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Baydenin telefon danışığı başlayıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. Danışıqlar Vaşinqton vaxtı ilə 15:35-də (Bakı vaxtı ilə 00:35-də) başlayıb. Putinin sözçüsü Dmitri Peskovun öncə xəbər verdiyi kimi, danışıqlar Moskvanın təşəbbüsü ilə keçirilir. Onun sözlərinə görə, bu, ictimaiyyətə açıq olmayan adi telefon danışığıdır. Tərəflər son videokonfrans vaxtı qaldırılan məsələlərin müzakirəsini davam etdirəcək, eləcə də təhlükəsizlik zəmanətləri haqda fikir mübadiləsi aparacaqlar. Danışıqların məqsədi, Kremldən bildirildiyinə görə, "bir-birinin mövqeyi nəzərə alınmaqla kompromiss eldə etməkdir".-------------------30.12.2021ABŞ-la Rusiya arasında danışıqlar 2022-ci il yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.Məlumatda vurğulanıb ki, görüşün keçiriləcəyi tarixin alternativi yoxdur."Rusiyanın nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə Dövlət katibinin birinci müavini Uendi Şerman başçılıq edəcəklər", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.Qeyd edək ki, bu gün Vladimir Putin amerikalı həmkarı Co Baydenlə telefona danışacaq.Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar.Videoyayımdan bəlli olur ki, amerikalı prezident gələcəkdə rusiyalı həmkarı ilə əyani görüşməyə ümid etdiyini deyib.Qarşılıqlı salamlaşmadan sonra iki ölkənin liderləri söhbətə başlayıblar. Öncə söz alan Cozef Bayden bu il oktyabrın sonunda Romada keçirilən "Böyük iyirmilik" sammitində rus həmkarı ilə görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib: "Ancaq ümid edirəm ki, gələn dəfə biz üz-üzə görüşəcəyik". Vladimir Putin bu barədə razılığını bildirib.Rusiya və ABŞ liderlərinin tet-a-tet başlayan görüşü bağlı qapılar arxasında davam edib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40918/83/409188322_0:0:2731:2048_1920x0_80_0_0_8c0401125c6854ff74d63d2aacdbe235.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş rusiya prezident görüş isveçrə görüş tarix yer telefon danışığı kreml şərh
abş rusiya prezident görüş isveçrə görüş tarix yer telefon danışığı kreml şərh
Putinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləri
Kreml Cozef Baydenlə Vladimir Putinin telefon danışıqlarını şərh edib.
BAKI, 31 dekabr — Sputnik. ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə söhbətində hər iki ölkənin Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyinin təminatında xüsusi məsuliyyət daşıdığını vurğulayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.
ABŞ və Rusiya liderləri ötən gecə telefonla danışıblar, söhbət 50 dəqiqə çəkib. Əsasən təhlükəsizlik məsələləri üzrə danışıqlara başlanması müzakirə edilib.
"Bu kontekstdə Cozef Bayden Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyinin təminatında Rusiya və Amerikanın xüsusi məsuliyyət daşıdıqlarını vurğulayaraq qeyd edib ki, Vaşinqton Ukrayna ərazisində hücum-zərbə silahları yerləşdirmək niyyətində deyil", - məlumatda bildirilir.
Qeyd olunur ki, danışıqların əsas mövzusu dekabrın 7-də keçirilmiş videokonfrans zamanı əldə edilən Rusiyanın təhlükəsizliyinə dair hüquqi zəmanətin verilməsi üzrə danışıqların başladılması olub.
"Bayden söhbət zamanı bir neçə dəfə vurğulayıb ki, nüvə müharibəsinə başlamaq olmaz, eləcə də bildirib ki, həmin müharibənin qalibi olmayacaq, bu, çox vacibdir", - danışıqları şərh edən Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov söyləyib.
O bildirib ki, dünyanın ən nəhəng nüvə potensialı ABŞ və Rusiyanın əlində cəmləşib.
"Qərbin ikinci dərəcəli siyasətçiləri Rusiya və ABŞ prezidentlərinin danışıqlarını şərh edirdilər, Bayden özü və danışıqlara cavabdeh olanlar isə sərt mövzulardan bir qayda olaraq yayınırdılar. "Ağırçəkili" NATO, Fransa, Almaniya, İngiltərə də həmçinin.
Heç nə həll eləməyən ölkələr isə, eləcə də Jozep Borrel, çox danışırdılar, deyirdilər ki, onların maraqları nəzərə alınmalıdır, Rusiya NATO-nun genişlənməsi məsələsinə toxunmamalıdır", - Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbər müavini Vladimir Cabarov deyib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Baydenin telefon danışığı başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Danışıqlar Vaşinqton vaxtı ilə 15:35-də (Bakı vaxtı ilə 00:35-də) başlayıb.
Putinin sözçüsü Dmitri Peskovun öncə xəbər verdiyi kimi, danışıqlar Moskvanın təşəbbüsü ilə keçirilir. Onun sözlərinə görə, bu, ictimaiyyətə açıq olmayan adi telefon danışığıdır.
Tərəflər son videokonfrans vaxtı qaldırılan məsələlərin müzakirəsini davam etdirəcək, eləcə də təhlükəsizlik zəmanətləri haqda fikir mübadiləsi aparacaqlar. Danışıqların məqsədi, Kremldən bildirildiyinə görə, "bir-birinin mövqeyi nəzərə alınmaqla kompromiss eldə etməkdir".
ABŞ-la Rusiya arasında danışıqlar 2022-ci il yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.
Məlumatda vurğulanıb ki, görüşün keçiriləcəyi tarixin alternativi yoxdur.
"Rusiyanın nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə Dövlət katibinin birinci müavini Uendi Şerman başçılıq edəcəklər", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Qeyd edək ki, bu gün Vladimir Putin amerikalı həmkarı Co Baydenlə telefona danışacaq.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar.
Videoyayımdan bəlli olur ki, amerikalı prezident gələcəkdə rusiyalı həmkarı ilə əyani görüşməyə ümid etdiyini deyib.
Qarşılıqlı salamlaşmadan sonra iki ölkənin liderləri söhbətə başlayıblar. Öncə söz alan Cozef Bayden bu il oktyabrın sonunda Romada keçirilən "Böyük iyirmilik" sammitində rus həmkarı ilə görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib: "Ancaq ümid edirəm ki, gələn dəfə biz üz-üzə görüşəcəyik". Vladimir Putin bu barədə razılığını bildirib.
Rusiya və ABŞ liderlərinin tet-a-tet başlayan görüşü bağlı qapılar arxasında davam edib.