Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zorlanan qızcığazın reabilitasiyası davam edir

Qız - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 30-31 həftəlik körpə doğulduqdan bir neçə gün sonra tələf olub.
BAKI, 7 yanvar - Sputnik. İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın sosial reabilitasiyası davam etdirilir. Bu barədə Sputnik Azərbaycan Report-a istinadən xəbər verir.
Agentliyin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, azyaşlı psixoloji konsultasiya və terapiyalara cəlb olunub:
"Təhsil hüququ bərpa edilib, sosial pedaqoq tərəfindən pedaqoji dəstək göstərilir. Nəticədən asılı olaraq onların reinteqrasiyası məsələsinə baxılacaq".
Qeyd edək ki, İmişlidə 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
30-31 həftəlik körpə doğulduqdan bir neçə gün sonra tələf olub. Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Həmçinin oxuyun:
Zorakılığa məruz qalan on bir yaşlı uşağın qardaşının taleyi məlum oldu
"Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir"
Xəbər lenti
0