https://sputnik.az/20220107/yol-polisi-de-ehaliye-muraciet-etdi---ehtiyatli-olun-437966944.html
Yol Polisi də əhaliyə müraciət etdi - Ehtiyatlı olun!
Yol Polisi də əhaliyə müraciət etdi - Ehtiyatlı olun!
Sputnik Azərbaycan
Piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməlidirlər.
2022-01-07T20:45+0400
2022-01-07T20:45+0400
2022-01-07T20:45+0400
azərbaycan xəbərləri
hava
müraciət
dyp
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436902930_0:303:1440:1113_1920x0_80_0_0_885c12b0ad16db1c4a7a2104d43d24cf.jpg
BAKI, 7 yanvar - Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi verilən hava proqnozu ilə əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edib. Sputnik Azərbaycan DİN-ə istinadən xəbər verir ki, müraciətdə küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmaq, qabaqlayıcı tədbirlər görmək tövsiyə edilir.Daha sonra müraciətdə deyilir:"Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər".Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bəzi rayonlarında güclü külək əsəcəyi, şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal edilir.Həmçinin oxuyun:Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətŞənbə gününün hava proqnozu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436902930_0:366:1440:1446_1920x0_80_0_0_d6bf59312f029bf2511959122e65fb11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol polisi də əhaliyə müraciət etdi - ehtiyatlı olun!
yol polisi də əhaliyə müraciət etdi - ehtiyatlı olun!
Yol Polisi də əhaliyə müraciət etdi - Ehtiyatlı olun!
Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalıdırlar.
BAKI, 7 yanvar - Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi verilən hava proqnozu ilə əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edib. Sputnik Azərbaycan DİN-ə istinadən xəbər verir ki, müraciətdə küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmaq, qabaqlayıcı tədbirlər görmək tövsiyə edilir.
Daha sonra müraciətdə deyilir:
"Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.
Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bəzi rayonlarında güclü külək əsəcəyi, şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal edilir.