Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şənbə gününün hava proqnozu

Bakı  - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq
BAKI, 7 yanvar — Sputnik. Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.
Xəbər lenti
0