Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti: Alim Qasımovu müzakirə etməyə heç kimin haqqı çatmır

© Sputnik / Kemale AliyevaAlim- Qasimov
Alim- Qasimov - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Tamilla Qasımova: Əli Mirəliyevin "ilişmədiyi" adam qalmayıb, indi də Alim Qasımov haqqında danışır.
BAKI, 7 yanvar — Sputnik. Verdiyi açıqlamaları hər zaman qalmaqallara səbəb olan müğənni Əli Mirəliyev Kanal13-ə müsahibəsində xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb. Müğənni Alim Qasımovun ifasını bəyənmədiyini bildirib:
"Onun ifasını yalnız 1992-ci ilə qədər bəyənirdim, hətta gözüm dolurdu. Çünki həmin vaxta qədər çox gözəl, ağıllı-başlı oxuyurdu".
Müğənni əlavə edib ki, Alim Qasımov farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir:
"Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyur. Sən isə dərviş kimi oxuyursan. Oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirələmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!"
Məsələ ilə bağlı dünya şöhrətli xanəndənin sənət yoldaşlarının fikirlərini öyrəndik. Xalq artisti Mənsum İbrahimov Sputnik Azərbaycan-a mövqeyini bildirərkən deyib ki, Alim Qasımovun sənəti müzakirəolunmazdır:
© Sputnik / Kamal AlmuradlıMənsum İbrahimov
Mənsum İbrahimov - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Mənsum İbrahimov
"Alim Qasımov Azərbaycan muğamını həm dünyada, həm Azərbaycanda ləyaqətlə təmsil edir. Xətrini dünyalar qədər istədiyim sənət dostumdur. Hər bir sənətkarın öz dəsti-xətti var. Onun da öz yolu var. Dahi sənətkarımız oxuduğu hər muğama öz möhürünü vurub. Alim Qasımovu təkcə xalqımız deyil, xarici ölkələrdə də sevirlər".
UNESCO-nun "Ən gözəl səs" xüsusi mükafatını alan xalq artisti Nəzakət Teymurova Əli Mirəliyevin "Alim Qasımov farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur" kimi fikrinə münasibətini bildirdi:
© Photo : Courtesy of Nazaket TeymurovaНародная артистка Азербайджана Назакет Теймурова, фото из архива
Народная артистка Азербайджана Назакет Теймурова, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Народная артистка Азербайджана Назакет Теймурова, фото из архива
"Əsas sənətkarın nə oxuduğudur. Onun yerdə, ya da göydə oxumağı əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, sən sənətini layiqincə davam etdirəsən. Ta qədimdən muğam ifaçıları yerdə bardaş qurub oxuyardılar. Sənətkarlar, "Məclisi-üns"də iştirak edən xanəndələr yerdə bardaş qurub oxuyublar. Əli Mirəliyev mahnı ifaçısıdır, onun muğam sənətini müzakirə etməyə haqqı çatmır. Sən bax gör ki, sən kimin haqqında danışırsan. İndi hər şey o qədər cılızlaşıb ki, artıq Alim Qasımova da "əl atırlar"".
"Bir dəfə rəhmətlik Ağaxan Abdullayev bir məclisdə olub. Orada da muğam sənətinin ən mötəbər insanları əyləşib. Bir nəfər əlinə mikrafon alıb gəlib muğam oxumağa cəhd edib. Guya qəzəl oxuyurmuş kimi oxuyub. Ağaxan müəllim də deyib ki, gör insan nə qədər utanmaz olar ki, gəlib bu qədər sənətkarların içində oxuyur. Sözümün canı odur ki, Alim Qasımovu müzakirə eləməyə nə Əli Mirəliyevin, nə də başqasının haqqı çatır", - deyə Xalq artisti fikrini tamamladı.
Muğam ifaçısı Təyyar Bayramov bildirdi ki, Alim Qasımov toxunulmaz bir şəxsiyyətdir. Onun haqqında kiminsə, nəsə danışmağa ixtiyarı yoxdur:
"Onun muğam sənətinə gətirdiyi yenilikləri bütün dünya sevir, qəbul edir. Onun xarici sənət adamları ilə oxuduğu duetlər, improvizləri hər kəs sevə-sevə dinləyir. Oxuduğu hər bir əsər bənzərsizdir. Onun haqqında danışmağa heç kəsin haqqı çatmır".
Həmin müsahibədə adı hallanan Əməkdar artist Elnarə Abdullayeva qeyd etdi ki, elə insanlar var ki, onlar incəsənətin sütunlarıdır. Onları müzakirə etmək, onun adından istifadə edib gündəmə gəlmək olmaz:
© Photo : Instagram / elnare.abdullayevaofficialElnarə Abdullayeva, arxiv şəkli
Elnarə Abdullayeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Elnarə Abdullayeva, arxiv şəkli
"Bizim nəsə deməyimizə ehtiyac yoxdur. Əli Mirəliyev deyir ki, Alim Qasımov Azərbaycan musiqisinin düşmənidir. Məni də muğamımızın düşməni hesab edir. Siz xalqın içində soğru aparın - kimdir Azərbaycan musiqi sənətinin düşməni, Alim Qasımov, yoxsa onun adından istifadə edib gündəmdə qalmağa çalışan Əli Mirəliyev? Xalq özü cavab verəcək".
Dünya şöhrətli sənətkarımızın xanımı Tamilla Qasımova deyib ki, Əli Mirəliyevin "ilişmədiyi" adam qalmayıb, indi də Alim Qasımov haqqında danışır. Alim Qasımov belə məsələlərdə heç nə demir, sadəcə susmaqla cavab verir:
"Amma baxın, Alim Qasımov nə zaman getdiyi səfərlərdən Azərbaycana əliboş gəlib? Bəşəriyyətin ən gözəl mükafatı - UNESCO-nun Beynəlxalq Musiqi Mükafatını ilk Azərbaycana gətirən məhz Alim Qasımov olub. O, Azərbaycan musiqisini bütün dünyada tanıdıb. Onun Azərbaycan musiqisində gördüyü işlər misilsizdir. Bəlkə də bəziləri bilmir, Alim Qasımov farsların çəkdiyi "Həsrət" filmində oxuyub. Onun farsların musiqisini bilməsi, onların içində o cür oxuya bilməsi, Azərbaycanı təmsil etməsi necə gözəl sənətkar olmasından xəbər verir. Düşünürəm ki, Əli Mirəliyevin cavabını Alim Qasımov deyil, məhz mətbuat nümayəndələri, ictimaiyyət verməlidir".
Həmçinin oxuyun:
Alim Qasımov moskvalıları Şərq lirikasına qərq edəcək
Alim Qasımov: "Qaydasız döyüş kimiydi, kim haradan gəldi vururdu" - VİDEO
Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO
Alim və Fərqanə Qasımovalardan möhtəşəm Azərbaycan himni
Xəbər lenti
0