CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alim Qasımov moskvalıları Şərq lirikasına qərq edəcək

© Sputnik / Kemale AliyevaНародный артист Азербайджана Алим Гасымов
Народный артист Азербайджана Алим Гасымов - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Xanəndə Alim Qasımov festivalda oxuyacağı muğamın sözlərini qeyri-azərbaycanlıların yaxşı anlamayacağını bildiyindən, onlara həmin şeirləri kimin tərcümə etdiyini söyləyib.

BAKI, 3 iyul - Sputnik. Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblıiyulun 3-ü və 4-də Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər. Kompoziya barədə fikirlərini bölüşən Xalq artisti Alim Qasımov bildirib ki, o, qastrollarla dünyanın 70%-ni gəzib: “Bir şeyi anladım ki, insanlar muğamın sözlərini anlamasalar da musiqi onlara təsir edir. Əlbəttə, qeyri-azərbaycanlılar üçün muğamın sözlərini anlamaq çətin ola bilər, ancaq onlar ürəkləri ilə bunu hiss edirlər. Muğam ifaçısı xüsusi ruh halına girmədən xanındə bunu dinləyicilərinə ötürə bilməz”.

O bildirib ki, kompozisiya çərçivəsində 17-ci əsr ortodoksal şeirlərindən oxuyacaq. Bu şeirlər Allahı və onun hər şeyi əhatə edən sevgisini tərənnüm edir. Muğam ifaçısı bildirib ki, dinləyicilər kompozisiyada səsləndiriləcək şeirlərlə Rimma Kazakova və Yevgeni Yevtuşenkonun tərcüməsində tanış ola bilərlər.

Azərbaycanlı xanəndə, aktyor, Xalq artisti, "Şöhrət" ordenli sənətkar Alim Qasımov 1999-cu il noyabrın 19-da UNESCO-nun beynəlxalq musiqi mükafatına layiq görülüb. Onun qızı Fərqanə Qasımova isə iki dəfə - 2012 və 2014-cü illərdə Azərbaycan müsiqisinin təbliğinə görə prezident mükafatlarına layiq görülüb.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0