CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktyor onun videosunu gizlin çəkənlərə etiraz etdi: Qazi deyiləm - VİDEO

© Depositphotos.com / PrykhodovTelefon
Telefon - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
ƏSA teatrının aktyoru İmran Lalayev metroda onun gizlicə videosunu çəkib sosial şəbəkədə paylaşan insana qarşı etirazını bildirib. Həmin videoda onu qazi kimi təqdim ediblər.
BAKI, 7 yanvar — Sputnik. ƏSA teatrının aktyoru İmran Lalayev metroda onun gizlicə videosunu çəkib sosial şəbəkədə paylaşanlara qarşı etirazını bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, həmin videoda onu qazi kimi təqdim ediblər. Aktyor bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib.
Aktyor bildirib ki, dəfələrlə yazmağına rəğmən video silinməyib:
"Bu hadisənin bir gün yaşanacağını bilirdim. Çox gözəl bilirəm ki, bizdə dar düşüncəli insanlar çoxdur. Mən kimisə təhqir edən xarakterdə biri deyiləm, amma dəfələrlə yazıb bildirməyimizə baxmayaraq bu insan videonu silməyib, özünə reytinq yığır. Niyə bu insanlar öz işləri ilə məşğul olmurlar? Niyə özlərinə xeyirli olan işlərlə məşğul olmurlar? Niyə bu ölkədə rahat yaşamağ olmur? Niyə bizim psixologiyamız bu cür insanlara görə pozulmalıdır?"
Qeyd edək ki, İmran Lalayev 21 yaşında olarkən ağır qəza keçirib və ayaqlarını itirib.
Həmçinin oxuyun:
Deputat: "Elə ailə və əlil var ki, qapısı heç döyülməyib"
Qəhrəman qızının qəhrəmanı: Regina Kovalyova və Denis Quzlayevin sevgi hekayəsi
Deputatdan inanılmaz təklif - Onlar Qarabağda pul istəməyəcəklər
Xəbər lenti
0