https://sputnik.az/20220106/tehsil-haqqini-odemeyen-telebelerin-adini-divara-vurdular---diskriminasiya-437910257.html
Təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - Universitetdən cavab
Təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - Universitetdən cavab
Sputnik Azərbaycan
Universitetdən verilən açıqlamada deyilir ki, həmin şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T17:15+0400
2022-01-06T17:15+0400
2022-01-06T17:15+0400
tələbə
cəmiyyət
təhsil
ödəniş
haqq
ayrıseçkilik
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_0:97:3073:1825_1920x0_80_0_0_c5eebf63d6e37caf5593e065a4ae9f1b.jpg
BAKI, 6 yanvar — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) təhsil haqqını ödəməyən tələbələrin adının divara vurulmasına münasibət bildirib.Universitetdən Sputnik Azərbaycan-a bildirilib ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər. Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir. "Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan-kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur", - açıqlamada deyilir.----------14:43Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları yazılaraq bu formada nümayiş olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əks etdirən görüntülər "Facebook" sosial şəbəkəsində paylaşılıb.Təhsil haqqının qalanını ödəməyən tələbələrin adlarının bu formada divara vurulması qınanılır. Qeyd edilir ki, məsələni bu formada yayımlamaq tələbəni universitetdə alçaltmaqdır.Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşviqlə əlaqə saxlayıb. Ş.Müşviq universitetin yaxın saatlarda bu məsələ ilə bağlı açıqlama yayacağını söyləyib.Hüquqşünas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil haqqı ödəməyən tələbələrin adlarının divara yazılıb vurulması hər hansı hüquqi məsuliyyət yaratmır:Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitetin təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını divara vurması tələbələrə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu zaman həmin tələbələr özlərini aşağılanmış hiss edə bilərlər:Qeyd edək ki, noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.Məlumat üçün bildirək ki, təhsil tələbə krediti həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir. Kredit tələbənin özünə yox, təhsil aldığı ali təhsil müəssisəsinə köçürülür. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.Həmçinin oxuyun:Qanunsuz pul yığanların kökünü kəsmək olar - İstək olsaİnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_39:0:2770:2048_1920x0_80_0_0_d19349d98eae4be743f2d2185ec06391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - diskriminasiya universitet açıqlama cavab
təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - diskriminasiya universitet açıqlama cavab
Təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - Universitetdən cavab
Universitetdən verilən açıqlamada deyilir ki, həmin şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) təhsil haqqını ödəməyən tələbələrin adının divara vurulmasına münasibət bildirib.
Universitetdən Sputnik Azərbaycan-a bildirilib ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.
Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.
"Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan-kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur.
Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib.
Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur", - açıqlamada deyilir.
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları yazılaraq bu formada nümayiş olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əks etdirən görüntülər "Facebook" sosial şəbəkəsində paylaşılıb.
Təhsil haqqının qalanını ödəməyən tələbələrin adlarının bu formada divara vurulması qınanılır. Qeyd edilir ki, məsələni bu formada yayımlamaq tələbəni universitetdə alçaltmaqdır.
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi
Şəhanə Müşviqlə əlaqə saxlayıb. Ş.Müşviq universitetin yaxın saatlarda bu məsələ ilə bağlı açıqlama yayacağını söyləyib.
Hüquqşünas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil haqqı ödəməyən tələbələrin adlarının divara yazılıb vurulması hər hansı hüquqi məsuliyyət yaratmır:
"Qanunvericilikdə də bu məlumatın sirr saxlanılması əksini tapmayıb. Yalnız tələbənin xəstəliyi ilə bağlı məlumatların paylaşılması yolverilməzdir. Amma universitet rəhbərliyi bu addımı atmaya da bilərdi. Bu məsələlər universitetlərin daxili qaydaları ilə tənzimlənir".
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitetin təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını divara vurması tələbələrə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu zaman həmin tələbələr özlərini aşağılanmış hiss edə bilərlər:
"Biz bilmirik ki, bu gənclərin psixoloji durumu necədir. Bu onların intihar etməsinə belə gətirib çıxara bilər. Əgər tələbələr təhsil haqqını ödəyə bilməyibsə, bunun sosial səbəbləri olub. Belə tələbələr ailədəki maddi sıxıntılardan dolayı onsuz da çox həssas olur. Maddi sıxıntı çəkən tələbənin adını yazıb divara vurmaq isə onun psixoloji gərginliyini daha da artıra bilər. Halbuki, universitet rəhbərliyi təhsil haqqı ödəməyən tələbəni imtahana buraxmaya bilərdi. Bu hazırda atdıqları addımdan daha yaxşı olardı".
Qeyd edək ki, noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.
Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Məlumat üçün bildirək ki, təhsil tələbə krediti həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir. Kredit tələbənin özünə yox, təhsil aldığı ali təhsil müəssisəsinə köçürülür. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.