https://sputnik.az/20211208/nkisaf-etmis-olkelerin-bir-coxunda-tehsil-12-13-illikdir---tehsil-naziri-437062123.html
İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri
İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri
Sputnik Azərbaycan
İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə... 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T12:22+0400
2021-12-08T12:22+0400
2021-12-08T12:22+0400
emin əmrullayev
təhsil
təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031238_0:0:3072:1728_1920x0_80_0_0_0fa40f5dc566cafc9242023d7f89f16b.jpg
BAKI, 8 dekabr — Sputnik. Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük: "İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Təbii ki, bütün bunları bir gün ərzində həll ediləcək məsələ deyil. Amma biz bu işə dərhal başlamalıyıq ki, uzunmüddətli dövrə artıq keçək. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".Nazir deyib ki, məşğulluq baxımından əsas məsələ bacarıqların səviyyəsidir. Onun szölərinə görə, bacarıqların səviyyəsi nə qədər yüksək olsa, o zaman məşğulluğa müsbət mənada təsir göstərmiş olur: "İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var".Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycanda 12 illik təhsilə keçid məsələsi müzakirə olunub. Təhsil ekspertləri də bununla bağlı təkliflərini irəli sürüblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031238_341:0:3072:2048_1920x0_80_0_0_94b08d948865661f9ae47f343d24ccd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, təhsil nazirliyi
emin əmrullayev, təhsil nazirliyi
İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri
İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var - Nazir
BAKI, 8 dekabr — Sputnik. Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük: "İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Təbii ki, bütün bunları bir gün ərzində həll ediləcək məsələ deyil. Amma biz bu işə dərhal başlamalıyıq ki, uzunmüddətli dövrə artıq keçək. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".
Nazir deyib ki, məşğulluq baxımından əsas məsələ bacarıqların səviyyəsidir. Onun szölərinə görə, bacarıqların səviyyəsi nə qədər yüksək olsa, o zaman məşğulluğa müsbət mənada təsir göstərmiş olur: "İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var".
Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycanda 12 illik təhsilə keçid məsələsi müzakirə olunub. Təhsil ekspertləri də bununla bağlı təkliflərini irəli sürüblər.