Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Sumqayıt" strategiyasını dəyişməyəcək

© Photo : FACEBOOK / Neftçi PFKSumqayıt Neftçi oyunu zamanı
Sumqayıt Neftçi oyunu zamanı - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
"Sumqayıt" klubunun prezidenti son üç ildəki nəticələri yerli futbolçularla qazandıqlarını xatırladıb.
BAKI, 6 yanvar — Sputnik. "Sumqayıt" Kipr "Etnikos"undan ayrılan Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin kluba mümkün keçidinə münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin prezidenti Riad Rəfiyev yeni baş məşqçi Aleksey Baqanın təqdimat mərasimində açıqlama verib.
Funksioner 30 yaşlı yarımmüdafiəçinin belaruslu mütəxəssisə təklif olunacağını bildirib: "Araz Abdullayevin özündən də soruşmaq lazımdır ki, görək, burada oynamaq istəyirmi? Bildiyim qədərilə, ölkə xaricində çıxış etmək niyyətindədir. Baş məşqçimiz istədiyi təqdirdə, onunla danışıqlara başlayacağıq".
"Sumqayıt" prezidenti onu da bildirib ki, klub heyətdə yalnız yerli futbolçuların oynamaları ilə bağlı strategiyasını dəyişməyəcək.
Funksioner son 3 ildəki nəticələri yerli futbolçularla qazandıqlarını xatırladıb: "Ona görə də hazırda planımızda belə şey yoxdur. Heç bir əcnəbi oyunçu ilə danışmamışıq. Bundan sonra da yerli futbolçularla davam edəcəyik".
Qeyd edək ki, Araz Abdullayev ötən gün "Etnikos"la yollarını ayırıb.
Xəbər lenti
0