https://sputnik.az/20220106/qarabagin-reqibinin-heyetinde-kutlevi-yoluxma-bas-verib-437922385.html
"Qarabağ"ın rəqibinin heyətində kütləvi yoluxma baş verib
"Qarabağ"ın rəqibinin heyətində kütləvi yoluxma baş verib
Sputnik Azərbaycan
"Qarabağ" pley-offda ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T21:09+0400
2022-01-06T21:09+0400
2022-01-06T21:09+0400
futbol
idman
oyun
qarabağ fk
futbolçu
marsel
yoluxma
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437922274_0:0:2711:1526_1920x0_80_0_0_0c7a526a5503576d066d3f957be1c254.jpg
BAKI, 6 yanvar — Sputnik. UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində koronavirusa yoluxma hallarının sayı artıb. Sputnik Azərbaycan xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusunda infeksiya aşkarlanıb. Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir. Adıçəkilən oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib."RMC Sport" xəbər verir ki, klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi test nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.Daha əvvəl komandanın heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxublar.Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
marsel
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437922274_267:0:2676:1807_1920x0_80_0_0_50fe3f0faa1080cfc32d1e8030f3472b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ marsel oyun matç futbolçu koornavirus yoluxma
qarabağ marsel oyun matç futbolçu koornavirus yoluxma
"Qarabağ"ın rəqibinin heyətində kütləvi yoluxma baş verib
"Qarabağ" pley-offda ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
BAKI, 6 yanvar — Sputnik. UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində koronavirusa yoluxma hallarının sayı artıb.
Sputnik Azərbaycan xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusunda infeksiya aşkarlanıb. Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir.
Adıçəkilən oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib.
"RMC Sport" xəbər verir ki, klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi test nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.
Daha əvvəl komandanın heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxublar.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.