https://sputnik.az/20220106/covid-19-qis-olimpiya-oyunlarina-da-engel-olacaq-437925657.html
COVID-19 Qış Olimpiya Oyunlarına da əngəl olacaq?
COVID-19 Qış Olimpiya Oyunlarına da əngəl olacaq?
Sputnik Azərbaycan
Pekin-2022 Olimpiya Oyunları 4-20 fevralda keçirilməsi planlaşdırılır. 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T20:35+0400
2022-01-06T20:35+0400
2022-01-28T15:27+0400
qış
idman
pekin
üst
qış olimpiya oyunları - 2022
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437925628_0:137:3073:1865_1920x0_80_0_0_191c4f06927b60e648f77478facbe6d3.jpg
BAKI, 6 yanvar — Sputnik. Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib. Sputnik Azərbaycan RTS-yə istinadən xəbər verir ki, təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsələr, vəziyyət çətin olacaq".Qeyd edək ki, Pekin-2022 Olimpiya Oyunları 4-20 fevralda keçiriləcək. Hələlik Olimpiya Oyunlarına Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıblar.Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünyada COVID-19 infeksiyasının artım tempini açıqlayıb. Qurumun məlumatına görə, son həftə ərzində COVID-19-a yoluxma 71% artıb. ÜST həmçinin qeyd edib ki, Çinin COVID-19 əleyhinə gördüyü tədbirlər nəzərə alınarsa, Qış Olimpiya Oyunlarının Pekində leçirilməsi elə də təhlükəli deyil.Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Tokio Yay Olimpiya Oyunları bir il təxirə salınmış və 2021-ci ildə keçirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437925628_0:0:2731:2048_1920x0_80_0_0_c23c70ad0ea31c87aaab92cb6c18e232.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid 19 qış olimpiya oyunları əngəl çin üst koronavirus təxirə salmaq təklif
covid 19 qış olimpiya oyunları əngəl çin üst koronavirus təxirə salmaq təklif
COVID-19 Qış Olimpiya Oyunlarına da əngəl olacaq?
20:35 06.01.2022 (Yenilənib: 15:27 28.01.2022) Pekin-2022 Olimpiya Oyunları 4-20 fevralda keçirilməsi planlaşdırılır.
BAKI, 6 yanvar — Sputnik. Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib. Sputnik Azərbaycan RTS-yə istinadən xəbər verir ki, təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.
O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsələr, vəziyyət çətin olacaq".
Qeyd edək ki, Pekin-2022 Olimpiya Oyunları 4-20 fevralda keçiriləcək. Hələlik Olimpiya Oyunlarına Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıblar.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünyada COVID-19 infeksiyasının artım tempini açıqlayıb. Qurumun məlumatına görə, son həftə ərzində COVID-19-a yoluxma 71% artıb.
ÜST həmçinin qeyd edib ki, Çinin COVID-19 əleyhinə gördüyü tədbirlər nəzərə alınarsa, Qış Olimpiya Oyunlarının Pekində leçirilməsi elə də təhlükəli deyil.
Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Tokio Yay Olimpiya Oyunları bir il təxirə salınmış və 2021-ci ildə keçirilmişdi.