https://sputnik.az/20220104/mistika-polis-serjanti-sakitlesen-ermeniler-ve-efsane-geri-dondu--susa-qeydler-437840740.html
Mistika, polis serjantı, sakitləşən ermənilər və "Əfsanə geri döndü"... – ŞUŞA QEYDLƏRİ
Mistika, polis serjantı, sakitləşən ermənilər və "Əfsanə geri döndü"... – ŞUŞA QEYDLƏRİ
Sputnik Azərbaycan
Şuşanı görmək həyəcanı ilə onu fəth etmək, azad etməyin həyəcanı arasında ən azı Şuşanın dağları qədər fərq var. 04.01.2022, Sputnik Azərbaycan
2022-01-04T14:35+0400
2022-01-04T14:35+0400
2022-01-04T16:45+0400
şuşa
füzuli
zəfər günü
yazarlar
https://cdnn1.img.sputnik.az/img/07e6/01/03/437840491_0:59:1280:779_1920x0_80_0_0_ca0724ab2f6612cfb046c7c75d405aae.jpg
BAKI, 4 yanvar — Sputnik. Şuşa barədə düşünəndə uşaqlıqdan ağlıma aristokratlıq, kübarlıq gəlirdi. Görünür, Vaqif, Natavan, Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli və başqalarının adı ilə bərabər hallanması, mədəniyyət hadisələrinin mərkəzinə çevrilməsi bu assosiasiyanı yaratmışdı...Çəkiliş üçün Şuşaya getmək ideyası yarananda səfər cəmi 2 gün sonraya planlaşdırılırdı. Açığı, bunun tələm-tələsik gerçəkləşməsini arzulamırdım. Çünki bu həyacanın günlərcə uzanmasını istəyirdim... belə də oldu, hava şəraitinə görə səfər 4 gün sonraya təxirə salındı....Yolboyu hər şey viran qoyulmuş, dağıdılmış vəziyyətdə idi – həqiqətən də hiss edirdin ki, burdan vəhşi qəbilə keçib.Şuşaya yaxınlaşdıqca isə şəhərin mistikasını duyursanAvtomobil dolanbac, dik yolları ağır-ağır qalxdıqca başa düşürsən ki, niyə sərt havada səfər təxirə salınıb – qarlı-buzlu havada burdan ancaq xüsusi texnikalar qalxa bilər... Maşının əziyyətlə qalxdığı Şuşanı igid oğullarımız qayalardan dırmanaraq azad ediblər. Və başa düşürsən ki, avtomobillə, Şuşanı görmək həyəcanı ilə onu fəth etmək, azad etməyin həyəcanı arasında ən azı Şuşanın dağları qədər fərq var. Zəfər yolu ilə gedirik – nəhəng dağları yarıb yol çəkib Azərbaycan inşaatçıları.Dekabrın son günləri olmasına baxmayaraq Şuşa bizi mülayim, xoş havası ilə qarşılayır. Yerdə qar olmasa dekabr yox, mart ayı olduğunu zənn edərsən... Bakıdan çıxdıqdan təxminən 5 saat yarım sonra mədəniyyət, qələbə, qürur paytaxtımıza çatırıq. Adamın içinə sonsuz fəxarət, qürur dolur...Şəhərdə həyatın bərpa olunduğu hiss olunur. Yollar, binalar, abidələr təmir olunur, hamı harasa tələsir...Şuşa Polis İdarəsində ezamiyyə sənədimizə möhür vurdurmaq üçün dayanırıq. Mehriban polislə ayaqüstü söhbətləşmək fürsətini qaçırımırıq. "Şuşalıyam. İdarə işə başlayandan burdayam..." – deyir polis serjantı. "Özlərini necə aparırlar?" – erməniləri nəzərdə tutub soruşuruq. "Sakitlikdir, sakitləşiblər" – deyə cavab verir.Şuşa çörəyindən dadmaq üçün çörək sexinin qarşısında dayanırıq. Çörək bişirənlərdən biri jurnalist görüb danışmaq həvəsinə düşür: "Şuşa başqadır. Bakıdanam. 600-700 manat maaş alırıq, yeməyimiz, qalmaq üçün yerimiz təmin olunur. Çox yaxşıdır. Arabir Bakıya gedib-qayıdırıq".Kiçik ölçülü çörək 20 qəpikdir. Bir adamlıq.Şəhərdə gəzişdikcə Şuşanın təkcə havasını yox, ruhunu da ciyərlərinə çəkirsən... bu şəhərin özünəxas mistikasını duyursan...Hər yerdə unikal mövzu axtarışını davam etdirən həmkarımız Vəfa Ağabalayeva Şuşanın ilk kuryerini tapır. Füzulidən olan Qəzənfər öz motosikleti ilə iş başındadır. Neçə ildir Bakıda işləyən bu gənc oğlan Şuşanı öz arzusu ilə seçib, yeni ili də burda qarşılamağa hazırlaşır.Şuşada yerləşən hərbçilər, işçilər burda yeni il yolkası qurmağa da ərinməyiblər.Əksər binların üstündə isə şanlı əsgərin əl işləri qalır: "Yaşma", "Əfsanə geri döndü", "Sumqayıt", "Lerik"...Cıdır düzünün də öz aurası var.Xankəndi isə çox yaxında – lap düz ayağının altında görünür.Şuşa ilimiz mübarək!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/03/437840491_82:0:1199:838_1920x0_80_0_0_2908b5bd2c0c828a1d89809672ce42b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
şuşa, füzuli, zəfər günü
Mistika, polis serjantı, sakitləşən ermənilər və "Əfsanə geri döndü"... – ŞUŞA QEYDLƏRİ
14:35 04.01.2022 (Yenilənib: 16:45 04.01.2022) Şuşanı görmək həyəcanı ilə onu fəth etmək, azad etməyin həyəcanı arasında ən azı Şuşanın dağları qədər fərq var.
BAKI, 4 yanvar — Sputnik. Şuşa barədə düşünəndə uşaqlıqdan ağlıma aristokratlıq, kübarlıq gəlirdi. Görünür, Vaqif, Natavan, Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli və başqalarının adı ilə bərabər hallanması, mədəniyyət hadisələrinin mərkəzinə çevrilməsi bu assosiasiyanı yaratmışdı...
Çəkiliş üçün Şuşaya getmək ideyası yarananda səfər cəmi 2 gün sonraya planlaşdırılırdı. Açığı, bunun tələm-tələsik gerçəkləşməsini arzulamırdım. Çünki bu həyacanın günlərcə uzanmasını istəyirdim... belə də oldu, hava şəraitinə görə səfər 4 gün sonraya təxirə salındı.
...Yolboyu hər şey viran qoyulmuş, dağıdılmış vəziyyətdə idi – həqiqətən də hiss edirdin ki, burdan vəhşi qəbilə keçib.
Şuşaya yaxınlaşdıqca isə şəhərin mistikasını duyursan
Avtomobil dolanbac, dik yolları ağır-ağır qalxdıqca başa düşürsən ki, niyə sərt havada səfər təxirə salınıb – qarlı-buzlu havada burdan ancaq xüsusi texnikalar qalxa bilər... Maşının əziyyətlə qalxdığı Şuşanı igid oğullarımız qayalardan dırmanaraq azad ediblər. Və başa düşürsən ki, avtomobillə, Şuşanı görmək həyəcanı ilə onu fəth etmək, azad etməyin həyəcanı arasında ən azı Şuşanın dağları qədər fərq var. Zəfər yolu ilə gedirik – nəhəng dağları yarıb yol çəkib Azərbaycan inşaatçıları.
Dekabrın son günləri olmasına baxmayaraq Şuşa bizi mülayim, xoş havası ilə qarşılayır. Yerdə qar olmasa dekabr yox, mart ayı olduğunu zənn edərsən... Bakıdan çıxdıqdan təxminən 5 saat yarım sonra mədəniyyət, qələbə, qürur paytaxtımıza çatırıq. Adamın içinə sonsuz fəxarət, qürur dolur...
Şəhərdə həyatın bərpa olunduğu hiss olunur. Yollar, binalar, abidələr təmir olunur, hamı harasa tələsir...
Şuşa Polis İdarəsində ezamiyyə sənədimizə möhür vurdurmaq üçün dayanırıq. Mehriban polislə ayaqüstü söhbətləşmək fürsətini qaçırımırıq. "Şuşalıyam. İdarə işə başlayandan burdayam..." – deyir polis serjantı. "Özlərini necə aparırlar?" – erməniləri nəzərdə tutub soruşuruq. "Sakitlikdir, sakitləşiblər" – deyə cavab verir.
Şuşa çörəyindən dadmaq üçün çörək sexinin qarşısında dayanırıq. Çörək bişirənlərdən biri jurnalist görüb danışmaq həvəsinə düşür: "Şuşa başqadır. Bakıdanam. 600-700 manat maaş alırıq, yeməyimiz, qalmaq üçün yerimiz təmin olunur. Çox yaxşıdır. Arabir Bakıya gedib-qayıdırıq".
Kiçik ölçülü çörək 20 qəpikdir. Bir adamlıq.
Şəhərdə gəzişdikcə Şuşanın təkcə havasını yox, ruhunu da ciyərlərinə çəkirsən... bu şəhərin özünəxas mistikasını duyursan...
Hər yerdə unikal mövzu axtarışını davam etdirən həmkarımız Vəfa Ağabalayeva Şuşanın ilk kuryerini tapır. Füzulidən olan Qəzənfər öz motosikleti ilə iş başındadır. Neçə ildir Bakıda işləyən bu gənc oğlan Şuşanı öz arzusu ilə seçib, yeni ili də burda qarşılamağa hazırlaşır.
Şuşada yerləşən hərbçilər, işçilər burda yeni il yolkası qurmağa da ərinməyiblər.
Əksər binların üstündə isə şanlı əsgərin əl işləri qalır: "Yaşma", "Əfsanə geri döndü", "Sumqayıt", "Lerik"...
Cıdır düzünün də öz aurası var.
Xankəndi isə çox yaxında – lap düz ayağının altında görünür.