Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DSX-nın hərbi qulluqçularını qətlə yetirən kiçik çavuşdan xəbər var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidCəbrail rayonunda
Cəbrail rayonunda - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Abunə olmaq
Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb.
BAKI, 4 yanvar - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.
Qeyd olunub ki, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edək ki, yanvarın 2-i saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Həmçinin oxuyun:
Öldürülən DSX giziri Rəfail İbrahimov bayram günü telefon söhbətində anasına nə deyib?
Hərbi Prokurorluq DSX hərbi qulluqçularının qətli ilə bağlı cinayət işini nəzarətə götürdü
DSX-nın üç hərbi qulluqçusunu qətlə yetirən kiçik çavuş saxlanılıb
Üç sərhədçi həlak olub, axtarış aparılır - Baş Prokurorluq
Hərbçimiz Kəlbəcərdə minaya düşüb - RƏSMİ
Xəbər lenti
0