https://sputnik.az/20220103/herbi-prokurorluq-dsx-herbi-qulluqcularinin-qetli-ile-bagli-cinayet-isini-nezarete-goturdu-437830533.html
Hərbi Prokurorluq DSX hərbi qulluqçularının qətli ilə bağlı cinayət işini nəzarətə götürdü
Hərbi Prokurorluq DSX hərbi qulluqçularının qətli ilə bağlı cinayət işini nəzarətə götürdü
Sputnik Azərbaycan
Hərbi Prokurorluq DSX-nın üç hərbi qulluqçusunun qətli ilə bağlı cinayət işini nəzarətə götürdü
2022-01-03T10:55+0400
2022-01-03T10:55+0400
2022-01-03T10:58+0400
azərbaycan xəbərləri
baş prokurorluq
dövlət sərhəd xidməti
dsx
hərbi prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_0:0:1221:686_1920x0_80_0_0_9efdd726f37b87c3bd95b526985d61a2.jpg
BAKI, 3 yanvar - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.Qeyd edək ki, yanvarın 2-i saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.Həmçinin oxuyun:DSX-nın üç hərbi qulluqçusunu qətlə yetirən kiçik çavuş saxlanılıbÜç sərhədçi həlak olub, axtarış aparılır - Baş ProkurorluqHərbçimiz Kəlbəcərdə minaya düşüb - RƏSMİ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_152:0:1067:686_1920x0_80_0_0_43d94492d5cdb07e568b9700403a0685.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi prokurorluq qətl işini nəzarətə götürdü
hərbi prokurorluq qətl işini nəzarətə götürdü
Hərbi Prokurorluq DSX hərbi qulluqçularının qətli ilə bağlı cinayət işini nəzarətə götürdü
10:55 03.01.2022 (Yenilənib: 10:58 03.01.2022) Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
BAKI, 3 yanvar - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edək ki, yanvarın 2-i saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.