https://sputnik.az/20220103/sahmatcimiz-beynelxalq-turnirde-liderliye-yukselib-437835818.html
Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib
Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib
Sputnik Azərbaycan
Azər Mirzəyev Macarıstanda, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə İtaliyada qələbəyə imza atıblar. 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T14:23+0400
2022-01-03T14:23+0400
2022-01-03T14:23+0400
budapeşt
idman
şahmat
şahmat turniri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373122_0:160:3072:1888_1920x0_80_0_0_f81e77a7699feccbdd13a1a94a693786.jpg
BAKI, 3 yanvar — Sputnik. Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev liderliyə yüksəlib. Təmsilçimiz 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb. Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.Qeyd edək ki, bu gün İtaliyada da şahmat festivalı start götürüb.Azərtac-ın xəbərinə görə, yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar.A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373122_171:0:2902:2048_1920x0_80_0_0_5f03d7045e2a1c11aefc88053d7b3a11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan şahmatçıları dünyaya meydan oxuyurlar
azərbaycan şahmatçıları dünyaya meydan oxuyurlar
Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib
Azər Mirzəyev Macarıstanda, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə İtaliyada qələbəyə imza atıblar.
BAKI, 3 yanvar — Sputnik. Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev liderliyə yüksəlib.
Təmsilçimiz 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb. Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Qeyd edək ki, bu gün İtaliyada da şahmat festivalı start götürüb.
Azərtac-ın xəbərinə görə, yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar.
A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.