CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçay sakini ov tüfəngi ilə özünə, İmişli sakini isə oğluna xəsarət yetirib

© AP Photo / Bob Edmetüfəng
tüfəng - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
BAKI, 3 yanvar — Sputnik. Göyçay sakini ov tüfəngindən özünə xəsarət yetirib. Sputnik azərbaycan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olan "İJ" markalı ov tüfəngi götürülüb. B.Muradov xəstəxanaya yerləşdirilib.
İmişlidə isə ata oğluna ov tüfənginin qundağı ilə xəsarət yetirib.
Bildirilib ki, Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Y.Rüstəmovdan müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngi götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun:
Qəribə azərbaycanlı: Zaqatala sakini bayram gecəsi həmkəndlilərinin mülklərinə od vurub
Tağıyevin cinayət işi: Bakıda ana və azyaşlı oğlunu öldürən şəxsə 7 il iş verildi
Xəbər lenti
0