CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il hansı maşınlar ucuzlaşacaq? Deputat hibrid avtomobillərin idxalı barədə - VİDEO

© Sputnik / Anar MustafayevДвижение транспорта в Баку, фото из архива
Движение транспорта в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Elektrik mühərrikli avtomobillərin idxalı ilə yanaşı satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq.
BAKI, 3 yanvar — Sputnik. Vergi Məcəlləsinə son dəyişikliklər avtomobil bazarına iki istiqamətdə təsir göstərəcək.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
O qeyd edib ki, bu aydan Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərin əhatə etdiyi sektorlardan biri də avtomobil idxalı və satışı ilə bağlıdır. Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, eləcə də satışı bu aydan başlayaraq növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edildi:

"Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci, üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur".

Deputatın dediyinə görə, digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox, istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir.
Millət vəkili oxu.az-a açıqlamasında onu da qeyd edib ki, iqtisadi baxımdan son dəyişikliklər avtomobil bazarına iki istiqamətdə təsir göstərməlidir:

"Birincisi, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar istisna edilmir. ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır".

Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də satışının ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq.
Bundan başqa, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox, istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılmasının onların xərclərini yüksəldəcəyini deyən Vüqar Bayramov vurğulayıb ki, bunun həmin maşınların qiymətlərində artımlara gətirib çıxaracağı istisna deyil:
"Doğrudur, Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi baxımdan anlaşılandır. Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq, mühərriki böyük, ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu, ekoloji və yol təhlükəsizliyi baxımdan da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını, volatilliyin yüksək olduğunu nəzərə aldıqda, hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur".
Həmçinin oxuyun:
Azərbaycanda hibrid avtomobillərə tələbat artır
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
Xəbər lenti
0