https://sputnik.az/20220103/azerbaycan-zergerlik-senayesinde-il-yarimda-neler-deyisdi---musahibe-437776590.html
Azərbaycan zərgərlik sənayesində il yarımda nələr dəyişdi? - Müsahibə
Azərbaycan zərgərlik sənayesində il yarımda nələr dəyişdi? - Müsahibə
Sputnik Azərbaycan
2021-ci ildən etibarən 3 il müddətinə Azərbaycana idxal olunan qızıl və gümüşdən olan zərgərlik məmulatları həm gömrük rüsumundan, həm də aksiz vergisindən azad olunur.
2022-01-03T10:00+0400
2022-01-03T10:00+0400
2022-01-03T10:00+0400
azərbaycan
cəmiyyət
qızıl
zərgərlik
assosiasiya
https://cdnn1.img.sputnik.az/img/41003/36/410033697_0:0:2000:1125_1920x0_80_0_0_1090a901309e45965ef0d4e764383473.jpg
BAKI, 3 yanvar — Sputnik. 2020-ci ilin fevralında Azərbaycan Zərgərlər Assosasiyası təsis edildi. Assosasiyanın yaradılmasında əsas məqsəd və seçilən hədəf zərəgərlik sənayesinin inkişafına dəstək vermək, bu sahədəki mövcud problemləri aradan qaldırmaq idi. Maraqlıdır, təxminən iki ilə yaxın müddətdir ki, fəaliyyət göstərən assosasiya bu istiqamətdə nələrə nail olub, hansı problemləri həll edib?Assosasiyanın sədri Toğrul Abbasquliyev bununla bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb:- Zəhmət olmasa, əsas fəaliyyət istiqamətlərinizdən danışın- Tarix boyu zərəglik bazarı pərakəndə fəaliyyət göstərib. Çalışırıq ki, zərgərləri bir araya gətirək və onlar arasında ünsiyyət formalaşdıraq. Artıq qısa zamanda bu istiqamətdə müəyyən müsbət nəticələr əldə etmişik. Satıcıları, xammal təchizatçılarını istehsalçılarla əlaqələndiririk. Digər fəaliyyət istiqamətimiz bazar iştirakçıları ilə dövlət qurumları arasında ünsiyyətin formalaşmasıdır. Önəmli fəaliyyətərimizidən biri Azərbaycanda yerli sənayeni inkişaf etdimək, "Made in Azerbaijan" brendlərinin sayının artırılmasına nail olmaq, Azərbaycanda istehsal olunan zərgərlik brendlərinin ixrac səbətində yer almasını və ümumiyyətlə zərgərlik məhsullarının əhəmiyyətli ixrac seqmentinə çevrilməsini təmin etməkdir. Eyni zamanda müxtəlif stimullaşdırıcı tədbirlərlə sahibkarlara dəstək olmağa çalışırıq. Sərgilərin keçirilməsi də stimullaşdırıcı tədbirlər sırasında yer alır. Bundan başqa, peşə təhsilinə də dəstək vermək niyyətimiz var. Bu sənəti populyarlaşdıraraq qoruyub saxlamağı hədəfləmişik.- Bu qısa müddətdə nələrə nail olduz?- Bazarda əsas problemlərdən biri rüsumla bağlı idi. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə KOBİA və "AzerGold" QSC-nin iştirakı ilə yradılan işçi qrupunun müəyyən təklifləri oldu. Bu təkliflərin böyük qismi qəbul olundu. 2021-ci ildən etibarən 3 il müddətinə Azərbaycana idxal olunan qızıl və gümüşdən olan zərgərlik məmulatları həm gömrük rüsumundan, həm də aksiz vergisindən azad olunur. Daha öncə 40-50 faiz idisə, bu təkliflərin qəbulundan sonra idxalçı sadəcə 18 faiz ƏDV ödəyərək zərgərlik məmulatını ölkəyə gətirə bilər. Yerli sənayenin inkişafı üçün əsas güzəştlər istehsalçılar üçün nəzərdə tutulub. Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı üçün lazım olan avadanlıq və qurğuların, dəzgahların idxalı zamanı 3 il müddətində 18 faizlik ƏDV-dən azad olunmaları müəyyənləşdi. Bundan başqa, xaricdən gətirilən xammala və qiymətli daşlara görə sadəcə olaraq 18 faizlik ƏDV ödənilir.- "Made in Azerbaijan" brendi haqda ətraflı məlumat verə bilərsinizmi? Hazırda nə qədər belə brendimiz var? - Hazırda Azərbaycanın 20-dən artıq "Made in Azerbaijan" zərgərlik brendi var və bu say daim artmaqdadır. Biz istehsalçılar arasında daim təbliğat aparırıq ki, sırf Azərbaycan brendi yaradaraq təmsil olunsunlar və bununla nəinki yerli, eyni zamanda da xarici bazarlarda iştiraklarını təmin eləsinlər. Azərbaycanın qızıl hasilatçısı olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq edirik. "AzerGold" QSC assosasiyamızın üzvidir. Onlarla belə bir razılaşmamız var ki, assosasiyaya üzv olan sahibkarlar qızıla olan tələbətatını çox cüzi marja fərqi ilə əldə edə bilərlər. Bu da ən çox səsləndirilən problemlərin həlli demək idi. Bundan əlavə, Azərbaycan brendlərinin xarici sərgilərdə təmsil olunması üçün AZPROMO ilə danışıqlar aparırıq. İlkin razılaşmaya əsasən "İstanbul Jewellery Show"da "Made in Azerbaijan" brendi altında stendlərlə təmsil olunmağı düşünürük. Bu sərgidə böyük regional alıcı ölkələr də olacaqlar. Hazırda ixracımız olsa da, ixrac rəqəmlərinin daha da artırılmasını istəyirik. Yerli bazarda "Made in Azerbaijan" brendinə maraq var. Yaxın keçmişə nəzər yetirsək, görərik ki, Azərbaycanda bir neçə brend mövcud idi. Bu gün isə həmin brendlərin sayı çoxdur və bu sırf Azərbaycan naxışları, ornamentlərindən hazırlanan brendlərdir. Bu zərgərlik məmulatlarının özünün xüsusi auditoriyası var. Bu auditoriyanın əsasını isə turistlər təşkil edirdi. Hazırda isə turistlərin gəliş-gedişində məhdudiyyətlər var. Yaranmış bu vəziyyət satışlara da təsirsiz ötüşməyib. Satış azaldığı üçün istehsal da azalıb.- Assosasiya olaraq peşə təhsilinə nə kimi töhfə verirsiniz? - Bu ilin əvvəlində Peşə Təhsili Dövlət Agentliyi ilə saziş imzaladıq və elə bu sazişə əsasən də bir neçə fəaliyyət istiqamətimiz var. Assosasiya olaraq bir neçə məsələdə onara dəstək olacağımızı bildirmişik. İlk növədə zərgərlik peşəsi ilə əlaqədar təhsil alan tələbələrin gələcəkdə işlə təmin olunması məsələsi qarşımızda olan hədəflərdən biridir. İri istehsalçılarla danışıqlar aparmışıq ki, bu peşə üzrə təhsil alan tələbələr həmin istehsalçılara məxsus zavodlarda təcrübə keçsinlər. Çünki bu zavodlar müasir avadanlıqlar, müasir texnologiyalarla təmin olunur. Təbii ki, tələbələr birbaşa bu proseslərdə iştirak etsələr, sonradan onlaırn işlə təminatı məsələsi də rahat olar. Bundan başqa, ayda 1-2 dəfə olmaqla ustad zərgərlər tərəfindən peşə dərslərinin keçirilməsini təşkil edirik. Bundan əlavə, Peşə Təhsili Dövlət Agentliyinə təhsil proqramının mövcud sənaye biliklərinə uyğunlaşdırılması üçün hansı tədbirlər görülə bilər, bununla bağlı rəy bildirmişik. Düşünürük ki, fəaliyyətimizin nəticəsi olaraq məşğulluq artacaq. - Emalatxanaların təminatı və müəllimlərlə bağlı vəziyyət nə yerdədir?- Emalatxanalarda avadanlıq təminatı minimal səviyyədədir. Peşəkar müəllimlərin sayı kifayət qədərdir.- Bazrda son vəziyyət necədir?- Son bir neçə aydır ki, pərakəndə zərgərlik bazarında ciddi durğunluq var və biz bunun tam olaraq səbəbini bilmirik. Cari ilin yay aylarınadək alış-veriş mərkəzləri bağlı idi, toyların keçirilməsi qadağan idi. Lakin iyundan etibarən toyların keçirilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı, alış-veriş mərkəzləri açıldı. Bununla da bazarda müəyyən bir sıçrayış oldu. Lakin Məhərrəmlik ayının daxil olması ilə bazarda yenidən durğunluq yarandı. Ən qəribəsi isə budur ki, Məhərrəmlik ayı bitdikdən sonra da durğunluq davam etdi. Hazırda sanki bizim üçün Məhərrəmlik ayı davam edir. Alıcılıq qabiliyyəti zəifləyib. Əsas problemimiz budur. Ümumiyyətlə sadalasaq isə, çətinliklərimiz təbii ki, var. AZPROMO İlə çalışırq ki, xarici bazarlara çıxışı təmin edək. KOBİA da bizə dəstək olur, Gələn il Azərbaycanda zərgərliklə bağlı beynəlxalq sərgi-yarmarka keçirməyi planlaşdırırıq. Məqsəd Azərbaycan istehsalçılarına maraq yaratmaq, alıcılıq kütləsi formalaşdırmaqdır. - Bəlkə durğunluğun səbəbi məhsulun bazarda kifayət qədər tanıdılmamasıdır?- Düşünmürəm ki, hansısa istehsalçı brendini yaratdıqdan sonra onun tanıtımına vəsaitin qoyulmasında xəsisliyə yol verir. Hər bir istehsalçı məhsulunun maksimum dərəcədə geniş kütləyə çıxmasında maraqlıdır. Zərgərlik spesifik sahədir və bizim qəbul etdiyimiz reklam alətlərinin çoxu burada işləmir. Bazardakı istehsalçılar böyük bir təcrübəyə malikdirlər və onlar daimi alıcıları ilə ünsiyyətə girərək onlarla maraqlanırlar. Zərgərlik məhsulunun keyfiyyətli olub-olmamasını görmək üçün onu ən azı əllərinə alıb baxmalıdırlar. Bu gün hər bir istehsalçının öz alıcı bazası var və bu gün də sosial şəbəkə və SMS vasitəsilə alıcılara məlumatların ötürülməsi metodu çox populyardır. Hansısa istehsalçının ən azı 10 min alıcısı varsa, düşünür ki, bu SMS bildirişlər vasitəsi ilə ən azı onların bir qismi yenidən müştəri qismində çıxış edəcəklər. Qarşıdan da zərgərlik bazarı üçün əlamətdar olan bayramlar - 14 fevral, 8 Mart gəlir. Bu dövr kommersiya nöqteyi-nəzərdən zərgərlər üçün kifayət qədər maraqlı bir dövrdür.Həmçinin oxuyun:Yerli qızıl - həm ucuz, həm keyfiyyətliÇəkisi 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr satışa çıxarılıbEkspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdirEkspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41003/36/410033697_187:0:1894:1280_1920x0_80_0_0_33dbb8a3464dc83455d26096b21dfd4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan zərgərlik sənayesində il yarımda nələr dəyişdi? - müsahibə
azərbaycan zərgərlik sənayesində il yarımda nələr dəyişdi? - müsahibə
Azərbaycan zərgərlik sənayesində il yarımda nələr dəyişdi? - Müsahibə
Yerli bazarda "Made in Azerbaijan" brendinə maraq var. Yaxın keçmişə nəzər yetirsək, görərik ki, Azərbaycanda bir neçə brend mövcud idi - Toğrul Abbasquliyev
BAKI, 3 yanvar — Sputnik. 2020-ci ilin fevralında Azərbaycan Zərgərlər Assosasiyası təsis edildi. Assosasiyanın yaradılmasında əsas məqsəd və seçilən hədəf zərəgərlik sənayesinin inkişafına dəstək vermək, bu sahədəki mövcud problemləri aradan qaldırmaq idi. Maraqlıdır, təxminən iki ilə yaxın müddətdir ki, fəaliyyət göstərən assosasiya bu istiqamətdə nələrə nail olub, hansı problemləri həll edib?
Assosasiyanın sədri
Toğrul Abbasquliyev bununla bağlı
Sputnik Azərbaycan-ın suallarını cavablandırıb:
- Zəhmət olmasa, əsas fəaliyyət istiqamətlərinizdən danışın
- Tarix boyu zərəglik bazarı pərakəndə fəaliyyət göstərib. Çalışırıq ki, zərgərləri bir araya gətirək və onlar arasında ünsiyyət formalaşdıraq. Artıq qısa zamanda bu istiqamətdə müəyyən müsbət nəticələr əldə etmişik. Satıcıları, xammal təchizatçılarını istehsalçılarla əlaqələndiririk. Digər fəaliyyət istiqamətimiz bazar iştirakçıları ilə dövlət qurumları arasında ünsiyyətin formalaşmasıdır. Önəmli fəaliyyətərimizidən biri Azərbaycanda yerli sənayeni inkişaf etdimək, "Made in Azerbaijan" brendlərinin sayının artırılmasına nail olmaq, Azərbaycanda istehsal olunan zərgərlik brendlərinin ixrac səbətində yer almasını və ümumiyyətlə zərgərlik məhsullarının əhəmiyyətli ixrac seqmentinə çevrilməsini təmin etməkdir. Eyni zamanda müxtəlif stimullaşdırıcı tədbirlərlə sahibkarlara dəstək olmağa çalışırıq. Sərgilərin keçirilməsi də stimullaşdırıcı tədbirlər sırasında yer alır. Bundan başqa, peşə təhsilinə də dəstək vermək niyyətimiz var. Bu sənəti populyarlaşdıraraq qoruyub saxlamağı hədəfləmişik.
- Bu qısa müddətdə nələrə nail olduz?
- Bazarda əsas problemlərdən biri rüsumla bağlı idi. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə KOBİA və "AzerGold" QSC-nin iştirakı ilə yradılan işçi qrupunun müəyyən təklifləri oldu. Bu təkliflərin böyük qismi qəbul olundu. 2021-ci ildən etibarən 3 il müddətinə Azərbaycana idxal olunan qızıl və gümüşdən olan zərgərlik məmulatları həm gömrük rüsumundan, həm də aksiz vergisindən azad olunur. Daha öncə 40-50 faiz idisə, bu təkliflərin qəbulundan sonra idxalçı sadəcə 18 faiz ƏDV ödəyərək zərgərlik məmulatını ölkəyə gətirə bilər. Yerli sənayenin inkişafı üçün əsas güzəştlər istehsalçılar üçün nəzərdə tutulub. Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı üçün lazım olan avadanlıq və qurğuların, dəzgahların idxalı zamanı 3 il müddətində 18 faizlik ƏDV-dən azad olunmaları müəyyənləşdi. Bundan başqa, xaricdən gətirilən xammala və qiymətli daşlara görə sadəcə olaraq 18 faizlik ƏDV ödənilir.
- "Made in Azerbaijan" brendi haqda ətraflı məlumat verə bilərsinizmi? Hazırda nə qədər belə brendimiz var?
- Hazırda Azərbaycanın 20-dən artıq "Made in Azerbaijan" zərgərlik brendi var və bu say daim artmaqdadır. Biz istehsalçılar arasında daim təbliğat aparırıq ki, sırf Azərbaycan brendi yaradaraq təmsil olunsunlar və bununla nəinki yerli, eyni zamanda da xarici bazarlarda iştiraklarını təmin eləsinlər. Azərbaycanın qızıl hasilatçısı olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq edirik. "AzerGold" QSC assosasiyamızın üzvidir. Onlarla belə bir razılaşmamız var ki, assosasiyaya üzv olan sahibkarlar qızıla olan tələbətatını çox cüzi marja fərqi ilə əldə edə bilərlər. Bu da ən çox səsləndirilən problemlərin həlli demək idi. Bundan əlavə, Azərbaycan brendlərinin xarici sərgilərdə təmsil olunması üçün AZPROMO ilə danışıqlar aparırıq. İlkin razılaşmaya əsasən "İstanbul Jewellery Show"da "Made in Azerbaijan" brendi altında stendlərlə təmsil olunmağı düşünürük. Bu sərgidə böyük regional alıcı ölkələr də olacaqlar. Hazırda ixracımız olsa da, ixrac rəqəmlərinin daha da artırılmasını istəyirik. Yerli bazarda "Made in Azerbaijan" brendinə maraq var. Yaxın keçmişə nəzər yetirsək, görərik ki, Azərbaycanda bir neçə brend mövcud idi. Bu gün isə həmin brendlərin sayı çoxdur və bu sırf Azərbaycan naxışları, ornamentlərindən hazırlanan brendlərdir. Bu zərgərlik məmulatlarının özünün xüsusi auditoriyası var. Bu auditoriyanın əsasını isə turistlər təşkil edirdi. Hazırda isə turistlərin gəliş-gedişində məhdudiyyətlər var. Yaranmış bu vəziyyət satışlara da təsirsiz ötüşməyib. Satış azaldığı üçün istehsal da azalıb.
- Assosasiya olaraq peşə təhsilinə nə kimi töhfə verirsiniz?
- Bu ilin əvvəlində Peşə Təhsili Dövlət Agentliyi ilə saziş imzaladıq və elə bu sazişə əsasən də bir neçə fəaliyyət istiqamətimiz var. Assosasiya olaraq bir neçə məsələdə onara dəstək olacağımızı bildirmişik. İlk növədə zərgərlik peşəsi ilə əlaqədar təhsil alan tələbələrin gələcəkdə işlə təmin olunması məsələsi qarşımızda olan hədəflərdən biridir. İri istehsalçılarla danışıqlar aparmışıq ki, bu peşə üzrə təhsil alan tələbələr həmin istehsalçılara məxsus zavodlarda təcrübə keçsinlər. Çünki bu zavodlar müasir avadanlıqlar, müasir texnologiyalarla təmin olunur. Təbii ki, tələbələr birbaşa bu proseslərdə iştirak etsələr, sonradan onlaırn işlə təminatı məsələsi də rahat olar. Bundan başqa, ayda 1-2 dəfə olmaqla ustad zərgərlər tərəfindən peşə dərslərinin keçirilməsini təşkil edirik. Bundan əlavə, Peşə Təhsili Dövlət Agentliyinə təhsil proqramının mövcud sənaye biliklərinə uyğunlaşdırılması üçün hansı tədbirlər görülə bilər, bununla bağlı rəy bildirmişik. Düşünürük ki, fəaliyyətimizin nəticəsi olaraq məşğulluq artacaq.
- Emalatxanaların təminatı və müəllimlərlə bağlı vəziyyət nə yerdədir?
- Emalatxanalarda avadanlıq təminatı minimal səviyyədədir. Peşəkar müəllimlərin sayı kifayət qədərdir.
- Bazrda son vəziyyət necədir?
- Son bir neçə aydır ki, pərakəndə zərgərlik bazarında ciddi durğunluq var və biz bunun tam olaraq səbəbini bilmirik. Cari ilin yay aylarınadək alış-veriş mərkəzləri bağlı idi, toyların keçirilməsi qadağan idi. Lakin iyundan etibarən toyların keçirilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı, alış-veriş mərkəzləri açıldı. Bununla da bazarda müəyyən bir sıçrayış oldu. Lakin Məhərrəmlik ayının daxil olması ilə bazarda yenidən durğunluq yarandı. Ən qəribəsi isə budur ki, Məhərrəmlik ayı bitdikdən sonra da durğunluq davam etdi. Hazırda sanki bizim üçün Məhərrəmlik ayı davam edir. Alıcılıq qabiliyyəti zəifləyib. Əsas problemimiz budur. Ümumiyyətlə sadalasaq isə, çətinliklərimiz təbii ki, var. AZPROMO İlə çalışırq ki, xarici bazarlara çıxışı təmin edək. KOBİA da bizə dəstək olur, Gələn il Azərbaycanda zərgərliklə bağlı beynəlxalq sərgi-yarmarka keçirməyi planlaşdırırıq. Məqsəd Azərbaycan istehsalçılarına maraq yaratmaq, alıcılıq kütləsi formalaşdırmaqdır.
- Bəlkə durğunluğun səbəbi məhsulun bazarda kifayət qədər tanıdılmamasıdır?
- Düşünmürəm ki, hansısa istehsalçı brendini yaratdıqdan sonra onun tanıtımına vəsaitin qoyulmasında xəsisliyə yol verir. Hər bir istehsalçı məhsulunun maksimum dərəcədə geniş kütləyə çıxmasında maraqlıdır. Zərgərlik spesifik sahədir və bizim qəbul etdiyimiz reklam alətlərinin çoxu burada işləmir. Bazardakı istehsalçılar böyük bir təcrübəyə malikdirlər və onlar daimi alıcıları ilə ünsiyyətə girərək onlarla maraqlanırlar. Zərgərlik məhsulunun keyfiyyətli olub-olmamasını görmək üçün onu ən azı əllərinə alıb baxmalıdırlar. Bu gün hər bir istehsalçının öz alıcı bazası var və bu gün də sosial şəbəkə və SMS vasitəsilə alıcılara məlumatların ötürülməsi metodu çox populyardır. Hansısa istehsalçının ən azı 10 min alıcısı varsa, düşünür ki, bu SMS bildirişlər vasitəsi ilə ən azı onların bir qismi yenidən müştəri qismində çıxış edəcəklər. Qarşıdan da zərgərlik bazarı üçün əlamətdar olan bayramlar - 14 fevral, 8 Mart gəlir. Bu dövr kommersiya nöqteyi-nəzərdən zərgərlər üçün kifayət qədər maraqlı bir dövrdür.
Çəkisi 500 qram və 1 kiloqram olan yeni
qızıl külçələr satışa çıxarılıb
Ekspert:
hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər