https://sputnik.az/20211021/yerli-qizil---hem-ucuz-hem-keyfiyyetli-434424175.html
Yerli qızıl - həm ucuz, həm keyfiyyətli
Yerli qızıl - həm ucuz, həm keyfiyyətli
Sputnik Azərbaycan
ƏDV-dən və gömrük rüsumlarından azadolunma nəticəsində "AzerGold"un rəsmi satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın... 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T09:30+0400
2021-10-21T09:30+0400
2021-10-21T12:35+0400
azərbaycan xəbərləri
qiymət
iqtisadi
qızıl
cəmiyyət
azergold
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434175361_0:160:3072:1888_1920x0_80_0_0_7ee0a308ae8e51a0e0c022c11503b150.jpg
BAKI, 21 oktyabr — Sputnik. Ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə "AzerGold" QSC tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi istifadəyə verilib.Sputnik Azərbaycan-ın müxbiri mərkəzə baş çəkərək satış və mübadilə prosesi ilə tanış olub:Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb."AzerGold" QSC tərəfindən ixrac edilən qızılın cari həcminə müəyyən qədər təsir etməsinə baxmayaraq, hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi Cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır."AzerGold" QSC-dən bildirilib ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanan məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən məhsullar maya dəyərinə kifayət qədər yüksək əlavələr edilməklə satılırdı. Hazırda isə qiymətlərdə kifayət qədər fərq nəzərə çarpır.Qızıl məhsullarının qiymətləri hər gün səhər 09:00-da birjaya uyğun olaraq dəyişir. "AzerGold"dan bildirilib ki, ƏDV-dən və gömrük rüsumlarından azadolunma nəticəsində "AzerGold"un rəsmi satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.Bu arada, fəaliyyətə başlanılmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzə müraciət edənlərin sayı kifayət qədərdir. Satıcılar qeyd edir ki, qızıl sikkələrə böyük maraq var:Hazırlanma prosesinə gəldikdə isə həmsöhbətimiz deyir ki, Daşkəsəndə yerləşən "Çovdar", "Ağyoxuş" və "Mərəh" qızıl yataqlarından hasil edilən qızıl "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsində emal olunaraq saflaşdırılma üçün İsveçrəyə göndərilir. Məhsullar dünyaca məşhur "Argor-Heraeus" şirkəti tərəfindən istehsal edilir və sertifikatlaşdırılaraq Azərbaycana göndərilir.Satış və mübadilə mərkəzinin fəaliyyətə başlaması ilə artıq "AzerGold"un qızıl məhsullarının təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq."AzerGold" un məhsulların 5, 10, 20 qram olmaqla müxtəlif - Heydər Əliyev Mərkəzi, Qarabağın Çələbi xalçası və Qobustanın qayaüstü təsvirləri, Qarabağ inciləri və Şuşa şəhərini simvolizə edən dizaynlarda istehsal olunub.Mərkəzin satıcıları deyir ki, alıcılar arasında qadınlarla müqayisədə kişilər daha çox üstünlük təşkil edir:Yerli məhsullar yerli bazar üçün topdan da satılır. Zərgərlər "AzerGold"dan qızıl almaq istəsələr, bunun üçün baş ofislə əlaqə saxlamalıdırlar və müqavilə əsasında onlara çəki halında satış həyata keçiriləcək. Bu satışların, ümumilikdə Satış və mübadilə mərkəzinin fəaliyyətinin yerli zərgərlik bazarının inkişafına müsbət töhfə verəcəyi gözlənilir.Yerli qızıl məhsulları ƏDV və digər rüsumlardan azad olunduğundan zərgərlər üçün daha əlçatan hesab edilir. Bununla da onlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən, saxta əyarlı qızıllara deyil, təmiz, saf məhsullara üstünlük vermiş olacaqlar.Bundan əlavə, qeyd edək ki, artıq "AzerGold" QSC tərəfindən bugünlərdə yeni növ qızıl sikkələr satışa çıxarılıb. Belə ki, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.Müsabiqədə birinci yerin qalibi seçilən layihə əsasında istehsal edilən "Qarabağ inciləri" kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin "İzləyici rəğbəti" nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.Bütün növ məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzi ilə yanaşı onlayn satış platforması www.azergold.gift vasitəsi ilə də alıcılara təqdim edilir.Kolleksionerlər, eləcə də digər alıcılar tərəfindən üstünlük verilən, sərmayə aləti kimi, yaxud da hədiyyəlik olaraq alınan bu məhsullar bəlkə də əsrlər sonra nadir nümunələrdən olacaq və gələcəyə keçmişdən xəbər aparacaq.Həmçinin oxuyun:* Çəkisi 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr satışa çıxarılıb* Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir* Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434175361_171:0:2902:2048_1920x0_80_0_0_7dd0416d9ccfbbda4edca945b25099e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qiymət, iqtisadi, qızıl, cəmiyyət, azergold
qiymət, iqtisadi, qızıl, cəmiyyət, azergold
Yerli qızıl - həm ucuz, həm keyfiyyətli
09:30 21.10.2021 (Yenilənib: 12:35 21.10.2021) ƏDV-dən və gömrük rüsumlarından azadolunma nəticəsində "AzerGold"un rəsmi satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir.
BAKI, 21 oktyabr — Sputnik. Ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə "AzerGold" QSC tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi istifadəyə verilib.
Sputnik Azərbaycan-ın müxbiri mərkəzə baş çəkərək satış və mübadilə prosesi ilə tanış olub:
Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.
"AzerGold" QSC tərəfindən ixrac edilən qızılın cari həcminə müəyyən qədər təsir etməsinə baxmayaraq, hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi Cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
"AzerGold" QSC-dən bildirilib ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanan məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən məhsullar maya dəyərinə kifayət qədər yüksək əlavələr edilməklə satılırdı. Hazırda isə qiymətlərdə kifayət qədər fərq nəzərə çarpır.
Qızıl məhsullarının qiymətləri hər gün səhər 09:00-da birjaya uyğun olaraq dəyişir. "AzerGold"dan bildirilib ki, ƏDV-dən və gömrük rüsumlarından azadolunma nəticəsində "AzerGold"un rəsmi satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.
Bu arada, fəaliyyətə başlanılmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzə müraciət edənlərin sayı kifayət qədərdir. Satıcılar qeyd edir ki, qızıl sikkələrə böyük maraq var:
"Alıcılıq qabiliyyəti yüksəkdir. Satış gözlədiyimizdən daha çoxdur. Rayonlardan, kəndlərdən gələrək məhsullarımızı alanlar var. Ən çox satılan sikkələrdir".
Hazırlanma prosesinə gəldikdə isə həmsöhbətimiz deyir ki, Daşkəsəndə yerləşən "Çovdar", "Ağyoxuş" və "Mərəh" qızıl yataqlarından hasil edilən qızıl "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsində emal olunaraq saflaşdırılma üçün İsveçrəyə göndərilir. Məhsullar dünyaca məşhur "Argor-Heraeus" şirkəti tərəfindən istehsal edilir və sertifikatlaşdırılaraq Azərbaycana göndərilir.
"AzerGold"un Satış və mübadilə mərkəzinin daha bir özəlliyi ondan ibarətdir ki, burada dövlət şirkətinin öz istehsalı olan məhsulların geri alışı, yəni mübadiləsi də təşkil olunur. Bu zaman da gündəlik birja qiymətləri nəzərə alınır: "İnanırıq ki, tətbiqinə başlanılan yeni sistem bu sahədə ikinci əl bazarının "kölgə iqtisadiyyatı"ndan çıxarılmasına müsbət təsir göstərəcək. Bu da öz növbəsində, yerli zərgərlik bazarının qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirələn saxta əyarlı məhsullardan azad olmasına töhfə verəcək. Bununla yanaşı, "AzerGold"un ilk satış və mübadilə mərkəzinin istifadəyə verilməsi Azərbaycan Zərgərlik Asosiasiyası ilə əməkdaşlıq şəraitində yerli zərgərlərin xam qızıla təlabatlarının ödənilməsində də mühüm rol oynayacaq".
Satış və mübadilə mərkəzinin fəaliyyətə başlaması ilə artıq "AzerGold"un qızıl məhsullarının təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.
"AzerGold" un məhsulların 5, 10, 20 qram olmaqla müxtəlif - Heydər Əliyev Mərkəzi, Qarabağın Çələbi xalçası və Qobustanın qayaüstü təsvirləri, Qarabağ inciləri və Şuşa şəhərini simvolizə edən dizaynlarda istehsal olunub.
Mərkəzin satıcıları deyir ki, alıcılar arasında qadınlarla müqayisədə kişilər daha çox üstünlük təşkil edir:
"Lakin qeyd edək ki, burada hər təbəqədən alıcı var. Məsələn, baba gəlib nəvələri üçün külçə alır, onların gələcəyi üçün investisiya yatırır. Xüsusi ilə onu vurğulayaq ki, Qarabağ inciləri və Şuşa təsvirlərinin olduğu məhsullarımız daha çox alınır. Gümüş məhsullarımıza da böyük tələbat var. Numizmatlar arasında bu məhsulları alaraq kolleksiyalarına daxil edənlər də var".
Yerli məhsullar yerli bazar üçün topdan da satılır. Zərgərlər "AzerGold"dan qızıl almaq istəsələr, bunun üçün baş ofislə əlaqə saxlamalıdırlar və müqavilə əsasında onlara çəki halında satış həyata keçiriləcək. Bu satışların, ümumilikdə Satış və mübadilə mərkəzinin fəaliyyətinin yerli zərgərlik bazarının inkişafına müsbət töhfə verəcəyi gözlənilir.
Yerli qızıl məhsulları ƏDV və digər rüsumlardan azad olunduğundan zərgərlər üçün daha əlçatan hesab edilir. Bununla da onlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən, saxta əyarlı qızıllara deyil, təmiz, saf məhsullara üstünlük vermiş olacaqlar.
Bundan əlavə, qeyd edək ki, artıq "AzerGold" QSC tərəfindən bugünlərdə yeni növ qızıl sikkələr satışa çıxarılıb. Belə ki, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.
Müsabiqədə birinci yerin qalibi seçilən layihə əsasında istehsal edilən "Qarabağ inciləri" kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin "İzləyici rəğbəti" nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.
Bütün növ məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzi ilə yanaşı onlayn satış platforması www.azergold.gift vasitəsi ilə də alıcılara təqdim edilir.
Kolleksionerlər, eləcə də digər alıcılar tərəfindən üstünlük verilən, sərmayə aləti kimi, yaxud da hədiyyəlik olaraq alınan bu məhsullar bəlkə də əsrlər sonra nadir nümunələrdən olacaq və gələcəyə keçmişdən xəbər aparacaq.
* Çəkisi 500 qram və 1 kiloqram olan yeni
qızıl külçələr satışa çıxarılıb
* Ekspert:
hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər